Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


30.04.2018  19:46 

Bu ilin 3 ayında 148 nəfər İİV-ə yoluxub





A+  A-

Bu ilin 3 ayı ərzində İİV-ə yoluxması yeni aşkar olunanların sayı 148 nəfər təşkil edib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan XəzərNews.az-a verilən məlumata görə, İİV-ə yoluxanlardan 145-i (98%) Azərbaycan vətəndaşı, 3-ü (2%) isə əcnəbilərdir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 1 aprel 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6903 nəfər qeydiyyata götürülüb. Onlardan 6680-i (96,8%) Azərbaycan vətəndaşı, 223-ü (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5037-i (73%) kişi, 1866-sı (27%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6903 nəfərdən 3087-də (44,7%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2270 (73,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4367 nəfər təşkil edib ki, onların da 1823 nəfəri İNİ olub. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 160 pasiyentdən 18 nəfərində İNİ aşkar edilib.

Xəbər 1449 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +