Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


16.10.2017  16:23 

Neft 20 dollara qədər ucuzlaşa bilər





A+  A-

Sentyarbın 25-də neftin bir barelinin qiyməti 60 dollar olub. Neft daha sonrakı günlərdə dəyər itirsə də, oktyabrın 9-dan etibarən cüzi olsa da bahalaşa bilib.
Bununla belə, iqtisadçı Vüqar Bayramov XəzərNews.az-a deyib ki, hazırda hər barelinə 58 dollara yaxın pul ödənilən Brent markalı neftin gələcək qiyməti heç də nikbin görünmür:

Neft ucuzlaşacaq?

“Bir tərəfdən şist neft, digər tərəfdən elektrik avtomobillərin istehsalının genişləndirilməsi ilə bağlı planlar neftin qiymətinin orta müddətli dövrdə yüksəlməyəcəyindən xəbər verir. “Amazon effekti” adlandırılan texnoloji yeniliklər neft bazarına ciddi alternativ yaratmaqla “qara qızıla” olan tələbin azalmasına gətirib çıxarır. Xüsusilə də, Çinin elektrik avtomobilləri (EVs) istehsalı ilə bağlı planları növbəti 20 ildə neftin bir barelinin qiymətinin 20 dollara qədər aşağı düşməsinə gətirib çıxara bilər. Bunu bəlkə də təsəvvür etmək çətindir, amma dünyada ən böyük avtomobil bazarına sahib olan Çinin bu istiqamətdəki gələcək planlarının necə reallaşması neftin qiymətinə birbaşa təsir göstərəcək. Bununla belə, bu proqnozlar növbəti dekada üçündür. Hələlik isə neftin bir barelinin 50 dollar intervalında dəyişməsi daha çox bazar tarazlığına uyğundur”.

Avronun məzənnəsində dəyişiklik gözlənilir

Ekspert bildirib ki, son günlər baş verənlər avronun məzənnəsinə təsirsiz ötüşməyəcək:
“Bir ay öncə, dollara nisbətdə 1.20-dək bahalaşan avro ötən müddətdə müəyyən qədər ucuzlaşdı. Yenidən oktyabr 11-də 1.186-dək bahalaşan avro dollara nisbətən yenə də cüzi dəyər itirməkdədir. Bu ayın sonunda Avropa Mərkəzi Bankının yığıncağı avro perspektiv məzənnəsinin müəyyənləşdirilməsində həlledici olsa da, İspaniyada baş verənlər bu dönərli valyutanın dəyərinə təsir göstərməkdədir. Avrozonanın ən böyük dördlüyündəki ərazi bütövlüyü problemi Avropanın valyuta bazarına təsirsiz ötüşmür. Bütövlükdə isə, növbəti günlərdə avronun məzənnəsi İspaniyada mərkəzi hökümət ilə separatçıları arasında razılıq əldə edilib-edilməsindən asılı olacaq. Potensial razılıq avronun dollara nisbətən 1.18-1.20 ətrafında stabilləşməsinə, qarşıdurmanın davam etməsi isə məzənnənin yenidən 1.16-dək azalmasına gətirib çıxara bilər”.

“Manatın məzənnəsi Mərkəzi Bankın qərarından asılıdır”

V.Bayramov deyib ki, gözlənildiyi kimi, sentyabrda dollara tələb yüksək olmadı:

“Sentyabrda manatın dəyər itirəcəyi ilə bağlı bir sıra proqnozlara nisbətən əslində ötən ay valyuta bazarı üçün sakit oldu. Dollara tələbin azalması gözlənilən idi. Ümumiyyətlə, avqustda idxalın artması səbəbindən dollara tələbin yüksəldiyini nəzərə alsaq, sentyabrda tələbin azalması gözlənilən idi.

Çünki idxalçılar adətən böyük həcmli idxaldan sonra növbəti ay ölkəyə daha az məhsul gətirirlər. Nəticədə, sentyabrda Dövlət Neft Fondu valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satdı. Qeyd edim ki, avqust ayında keçirilən valyuta hərraclarında fond 292,6 mln. dollar satmışdı. Bu isə o deməkdir ki, avqust ayı ilə müqayisədə sentyabrda Fond tərəfindən satılan valyutanın həcmi 13,81% azalıb.

Deməli, dollara tələbin azalması müşahidə edilib. Bununla belə, dekabr ayında dollara tələbin yenidən artacağı gözlənilir. Bu idxalın artması, dövlət və yerli müəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirilməsi və eləcə də xarici səfərlərin sayının artması ilə əlaqədardır. O baxımdan, manatın məzənnəsi üçün dekabr vacib aylardan hesab edilir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

“Qızıla tələbat artacaq”

Ekspertin sözlərinə görə, son 1 ildə dünya bazarında 3.75 faiz bahalaşan qızılın 1 qramı hazırda 42 dollara təklif edilir:

“Bu hər unsiyanın qiymətinin 1300 dollar olması deməkdir. Bu gün qızılın hər unsiyasında 2.5 dollar artım qeydə alınıb. Amma hələlik dünya bazarında qızılın qiymətində kəskin artımlar proqnozlaşdırılmır.

Məhərrəmlik ayının başlaması ilə bağlı olaraq Azərbaycanın qızıl bazarında durğunluq müşahidə edilir. Bununla belə, güman olunur ki, növbəti ayın ortalarından başlayaraq daxil bazarda qızıla tələb yenidən yüksələcək və bu da qiymət artımlarına gətirib çıxara bilər.

Mənzil bazarında durğunluq...

V.Bayramovun sözlərinə görə, evlərin qiymətinin artması və ya artacağı ilə bağlı açıqlamalara baxmayaraq, mənzil bazarında durğunluq davam edir:

“Xatırlayırsınızsa, yayda avqust ayında mənzillərin qiymətinin artacağı proqnozlaşdırılan zaman bunun real olmadığını yazmışdım. Reallıqda hələlik mənzil bazarında tələb aşağı olaraq qalmaqdadır. Evlərin qiyməti manatın hansı müddət stabil qalmasından birbaşa asılı olacaq.

Əgər milli valyutamız ili stabil başa vura bilərsə o zaman gələn ildən mənzil bazarında canlanmanın müşahidə edilməsi mümkündür. Bu halda xarici valyutada olan yığımların bir qisminin daşınmaz əmlak bazarına yönəldiləcəyi gözləniləndir”.

Xəbər 1820 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +