Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


11.10.2017  14:36 

Bu rayonlarda 10 və 11-də oxuyan qızları məktəbə qoymurlar





A+  A-

Bu gün dünyada "Beynəlxalq Qız Uşağı Günü" kimi qeyd olunur. Bəs dünyada qız uşaqlarına həsr olunmuş hər hansı bir günün qeyd olunmasında əsas məqsəd nədən ibarətdir? Sualımızın cavabı isə həm ölkəmizdə, həm də dünyada aparılmış hesabat və araşdırmaların nəticələrində öz əksini tapıb.
XəzərNews.az həmin hesabatları təqdim edir:

Əvvəlcə bu günün keçirilmə tarixinə və məqsədlərinə nəzər salaq.

Türkiyə, Kanada və Peru ölkələrinin təklifləri əsasında 2012-ci ildən bu yana hər il 11 oktyabr tarixi Dünya Qız Uşağı Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd isə mühafizəkar ölkələrdə qız uşaqlarına olan ayrıseçkiliyin qarşısını almaq, onları cəmiyyətin əsas dayağı kimi böyütməyə dəstək olmaqdır.

UNICEF-in hesabatında nəzər saldıqda bu addımın atılmasının nə dərəcədə vacib olduğunu görə bilərik. Belə ki, hesabata əsasən, dünyada hər 10 dəqiqə bir qız uşağı şiddətə məruz qaldığı üçün həyatını itirir.

Hər 7 saniyədə bir isə yaşı 18-ə çatmamış qız uşağı evləndirilir. İnkişaf Etməkdə Olan ölkələrdə hər 3 qızdan biri 18, hər 9 qızdan biri isə 15 yaşına çatmamış məcbur ailə həyatı qurur. Onlardan böyük əksəriyyəti ailə problemləri ilə əlaqədar olaraq təhsilini yarıda buraxmaq məcburiyyətində qalır.

Ümumilikdə isə, hər gün 18 yaşına çatmamış 47 min 700 qız uşağı evləndirilir.

Müəyyən olunan rəsmi rəqəmlərə görə, son 6 ildə 232 min qız uşağı məcbur evləndirilib, onlardan 142 mini yetkinlik yaşına çatmamış övlad sahibi olub. Bundan başqa, dünyada 1,1 milyard qız uşağı var və onlardan 62 milyonu məjtəbə getmir. ibtidai sinfə göndərilməyən qız uşaqlarının sayı oğlan uşaqlarının sayına nisbətən 600 min daha çoxdur.
Ölkəmizə nəzər saldıqda isə, son illərdə doğulan uşaqlar arasında oğlanların sayı daha çoxdur. Ekspertlər, belə davam edərsə, ciddi demoqrafik problemlərin yaranacağından ehtiyat edirlər.

Son statistikaya əsasən Azərbaycanda doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Beynəlxalq tibbi normalara görə, hər doğulan 100 qız uşağına 105-106 oğlan uşağı düşməli olsa da, hazırda Azərbaycanda hər 100 qıza 112 oğlan düşür. Qız uşaqlarının faizinin aşağı olmasının əsas səbəblərindən biri isə ailələrin cinsi selektiv abortlara müraciət etməsidir. Belə ki, ana bətnindəki dölün cinsiyyəti yalnız 16-cı həftədə məlum olur. Qanuna görə isə 12-ci həftəyə qədər ana abort etmək istəsə, heç bir sorğu-sualsız bu istəyi təmin olunur. Ancaq nəticələrə əsasən valideynlərin çoxu 16-cı həftədə abort etdirilməyi seçir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Hazırda uşaq sığınacaqlarında qızların üstünlük təşkil etdiyini bildirib.

2016-cı ildə Təhsil Nazirliyinin “Valideynlər nə üçün qızları məktəbə qoymurlar?” araşdırmasında qeyd olunur:

Etiraf edək ki, yetkinlik yaşına çatmış qızların təhsildən yayınması, daha dəqiq desək, yayındırılması ilə bağlı problemlər əsasən Azərbaycanın cənub, şimal rayonlarında və Bakının bir sıra kəndlərində daha çox müşahidə olunur. Valideynlər 10 və 11-ci sinifdə oxuyan qız uşaqlarının nişanlanmasını və ailə qurmasını önəmli sayırlar.

Bölgələrdə elə kəndlər var ki, onların arasındakı məsafə 5 km-dir. Belə olan halda valideynlər yetkinlik yaşına çatmış qız uşaqlarının bu məsafəni piyada getməsinə razı olmurlar və 10-11-ci siniflərdə qız uşaqlarının məktəbə gəlişində problemlər yaranır.

Araşdırmalardan məlum olur ki, qızların təhsildən erkən ayrılmasının əsas səbəbkarı valideynlərdir. Onların maarifpərvər olmaması, övladlarını erkən nikaha məcbur etmələri qızların təhsildən kənarda qalmasına səbəb olur. Bundan başqa, uşaqların maddi imkanlarının zəif, oxumaq arzularının aşağı olması və digər səbəblər də qızların təhsildən yayınmasına gətirib çıxarır. Belə olduğu təqdirdə isə təhsildən kənarda qalan qızlar cəmiyyətdə müxtəlif problemlərlə qarşılaşırlar. Müvafiq dövlət qurumları, inzibati idarəetmə orqanlarının nümayəndələri isə ciddi müqavimətlə üzləşdikləri üçün bir çox hallarda geri çəkilməli olurlar. Nəticədə isə, son sözü valideynlər deyir”.

Xəbər 1686 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +