Türkiyədə matəm elan olundu
Prezident İsrail lideri ilə görüşdü
Meloni yenə diqqət çəkdi
Bu qurumda 400-ə yaxın əməkdaş işdən çıxarılıb?
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Nəzrinin ölümü ilə bağlı cərrah saxlanıldı
Baş həkim niyə İŞDƏN ÇIXARILDI?
Azərbaycanlı idmançı Çində çempion oldu
Azərbaycanlı fəal ETTELAAT-a çağırıldı
Hərbçimiz vəfat etdi


13.01.2025  16:55 

“Kartımdan 30 manat oğurlayıblar“ - “Kapital Bank“a fırıldaqçılıq ittihamı - VİDEO





A+  A-

BirBank istifadəçiləri kartlarından icazəsiz olaraq, müəyyən məbləğlərin çıxarılmasından şikayət edir, "Kapital Bank"ı fırıldaqçılıqda günahlandırırlar

Xəzərnews.az Bakupost.az xəbər verir ki, təkcə son günlər bununla bağlı sosial şəbəkələrdə bir neçə video paylaşılıb.

Videolardan birində BirBank müştərisi bildirir ki, kartından 30 manat pul çıxılıb:

“Yanvarın 10-da kartımın balansından 30 manat çıxılıb. "Kapital Bank"a zəng etdim, dedilər ki, guya "BakıKart"dan istifadə edirəm, buna görə səhvən “BakuBus” üçün kartıma 30 manat kəşbek vurublar. Ancaq mən BirBank kartımdan 1 dəfə də olsun, "BakıKart" üçün istifadə etməmişəm. Bunu onlara bildirəndə bankın əməkdaşı dedi ki, ola bilməz. Əgər kart mənimdirsə, mən bilirəm ki, bundan istifadə etməmişəm. Niyə mənim kartımdan 30 manat çəkirsiniz? Hətta mənə bildirirlər ki, səhvən "Kapital Bank" sizə kəşbekləri geri qaytarıb. Tutalım ki, mən BakıKart üçün istifadə etmişəm. Kəşbek mənə məxsusdursa, bu kart mənimdirsə, niyə Kapital Bank mənim kəşbekimi özünə çəkir?"

Şikayətçi əlavə edib ki, bu halla bankın başqa müştəriləri də üzləşib:

“Tək mən deyiləm. 10 milyondan çox əhali var, yoxdursa, 9 milyon "Kapital Bank" istifadəçisi var. Bunların hər birindən 1 manatdan çəkəndə 9 milyondan çox pul edir. 10 manat, 20 manat çəkiləni var. Mənim kartımdan 30 manat çəkiblər. Sual verirəm ki, siz mənim kartıma nə vaxt o 30 manatı vurmusunuz ki, indi o pulu oradan çəkirsiniz? Çalışın, diqqətli olun. Belə şeylərə aldanmayın. Yığışdırın bu fırıldaqçılığı.”

Məsələ ilə bağlı "Kapital Bank"ın Marketinq Departamentinin rəhbəri Günel Fərzəliyeva Bakupost.az -a açıqlamasında bildirdi ki, hazırda həmin şikayət araşdırılır:

“Hal-hazırda bankda o vətəndaşın şikayətinə baxılır. Ona görə də sizə açıqlama verə bilmərəm. Biz gərək şikayəti ətraflı araşdıraq”.

"Kapital Bank"ın mətbuat katibi Arzu Əliyeva isə Bakupost.az-ın sorğusuna cavab olaraq bildirdi ki, məsələ araşdırılandan sonra məlumat veriləcək.




Xəbər 2116 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.01.2025  20:05 

Türkiyədə matəm elan olundu

21.01.2025  18:08 

Meloni yenə diqqət çəkdi

21.01.2025  15:15 

Hərbçimiz vəfat etdi

21.01.2025  11:20 

685 gün İran zinadında...

21.01.2025  11:16 

Tramp 1500 nəfəri ƏFV ETDİ


BÜTÜN XƏBƏRLƏR +