Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


31.05.2020  21:46 

Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı





A+  A-

Türkiyədə iyunun 1-dən etibarən koronavirus pandemiyası səbəbindən tətbiq olunan karantin rejimi məhdudiyyətləri aradan qaldırılır.
XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, məktəbəqədər özəl təhsil müəssisələri, xarici dil, computer kursları, sürücülük kursları sabahdan etibarən fəaliyyətini bərpa edəcək.

Şəhərlərarası səyahət məhdudiyyətlərinə də son qoyulur.

Küçəyə çıxmaları qadağan edilən uşaqlar və gənclər dayə, valideyn himayəsində gündüz növbəsi tərbiyə müəssisələrinə gedəcək, valideyn nəzarətində səyahət edə biləcəklər.

Daxili uçuşlar bərpa olunur. Təyyarələrin göyərtəsinə yük yığılmasına icazə verilməyəcək.

Dəmiryol stansiyalarında 06:00-dan 22:00-dək gündəlik 285 səfər gerçəkləşdiriləcək. Qatarlar Zeytinburnu-Maltəpə-Zeytunburnu aralığında 8 dəqiqə, digər stansiyalarda isə 15 dəqiqə intervalla işləyəcək.

Turizm məqsədli gəmi səyahətlərinə icazə veriləcək.

Dövlət müəssisələrində işçilər normal iş fəaliyyətinə keçəcəklər.

Sabahdan etibarən restoran, kafe, konditerlər, qiraətxanalar, çay bağçaları, dərnəklər, hovuzlar qapalı məkanların işlədilməsi qaydalarına uyğun olaraq saat 22:00-dək fəaliyyət göstərəcək.

Əyləncə məkanlarında qəlyan satışı qadağandır. Çimərliklər, parklar, muzeylər müəyyən qaydalar çərçivəsində açılacaq.

İdman zalları saat 24:00-dək xidmət göstərəcək. Buxar hamamları və sauna işləməyəcək.

Heyvan satışı mərkəzləri sabahdan etibarən yenidən açılacaq.

Əczaxanaların iş qrafiki 09:00-dan 19:00-dək olacaq.

Uşaq bağçaları, meydançalar, tennis meydanları fəaliyyətə başlayacaq.

Kitabxanalar, gənclik mərkəzləri, düşərgələr müəyyən şərtlər daxilində açılacaq.

Açıq hava konsertləri saat 24:00-dək davam etmək şərtiylə başlayacaq.

Dəniz turizmi, balıqçılıqla bağlı məhdudiyyətlər bəlli qaydalar çərçivəsində aradan götürülüb.

Apellyasiya və vergi məhkəmələri istisna olmaqla digər məhkəmələr sabahdan fəaliyyətini davam etdirəcək.

Cəzaçəkmə müəssisələrində qapalı görüşlər başlayacaq.

0-18 yaş qrupundan olan vətəndaşların çərşənbə və cümə günləri saat 14:00-dan 20:00-dək küçəyə çıxmaq qadağası ləğv edilir.

65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmaq məhdudiyyəti və bazar günləri 14:00-dan 20:00-dək istisna hallar davam edəcək.

Xəbər 1762 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +