“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


03.12.2024  15:10 

Əhməd Vəliyevin bankında minlərlə yerli və xarici müştərinin pulları batıb - Hüquqşünas





A+  A-

Hüquqşünas Əkrəm Həsənov ölkədə ən son bağlanan bank olan "Muğanbank"ın ləğv prosesindəki özbaşınalığın arxasında dayanan qaranlıq məqamlara aydınlıq gətirib

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hüquqşünas "Muğanbank"ın kreditorlarını birləşməyə səsləyib:

"Muğanbank" ötən ilin oktyabr ayında müflis elan olunub. Müştərilərin dağıdılmış vəsaitin həcminə görə "Bank Standard", "Texnikabank" və "AtaBank"ın günündədir. Yəni bu bankın sahibləri və rəhbərləri orada daşı-daş üstdə qoymayıblar. Minlərlə yerli və xarici müştərinin bu bankda yüz milyonlarla vəsaiti qalıb. Hətta işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən tikinti şirkətlərinin də. Məlum olduğu kimi, bu bank keçmiş deputat, "Odlar Yurdu" Universitetinin rektoru kimi tanınan Əhməd Vəliyevə və onun ailəsinə məxsus idi. Bu bankda vəziyyət həmişə bərbad olub. Hətta ötən ilin may ayında "GünayBank" bağlananda sual etdim ki, bundan qat-qat ağır vəziyyətdə olan "Muğanbank"ı niyə bağlamırlar bəs? Bir neçə ay sonra onu da bağladılar. Daha çox müştəri cəlb edib pullarının başına daş salandan sonra."

Ekspert bildirib ki, bu bankda heç vaxt normal idarəetmə olmayıb:

"Məlumat var ki, xeyli qanunsuz bank qarantiyaları da verib və s. Gözləmək olardı ki, digər müflis bankların çoxunun sahibləri kimi bunun da yiyələrinə qarşı tədbirlər görüləcək. Lakin əksi oldu. Belə ki, bu il hətta Əhməd Vəliyevin oğlu Samir Vəliyev deputat da oldu. Görünür, bizdə daha çox vəsaitin başına daş salmaq lazımdır ki, yekunda sudan quru çıxasan. Hər bir halda indi əsas məsələ Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Muğanbank"ın ləğvinin necə həyata keçirilməsidir. Xatırladıram ki, bu proses əsnasında fond bankın əmlakını hərracda satmalı, verdiyi kreditləri qaytarmalı, bankın sahibləri və rəhbərlərinin pozuntuları olduğu halda vəsaiti onlardan tələb edərək almalı və yekunda yığılmış vəsaiti kreditorlar (bankda pulu qalmışlar) arasında bölüşdürməlidir. Bu prosesə də Kreditorlar Komitəsi nəzarət etməlidir. Rübdə bir dəfə fond bütün kreditorlara hesabat və ləğv planını təqdim etməlidir".



Əkrəm Həsənov qeyd edib ki, indiyədək Bakı Apellyasiya Məhkəməsi kreditorların siyahısını belə təsdiq etməyib:

"Halbuki, qanunvericiliyə görə məhkəmə onu bu ilin fevral ayında təsdiq etməli idi. Böyük ehtimalla fond hələ də siyahını məhkəməyə tam təqdim etməyib. Niyə? Ona görə ki, bu halda Kreditorlar Komitəsi yaranacaq və Fondun işinə nəzarət edəcək. Fond isə bunu istəmir. Əvvəla, öz maraqları naminə: məlumdur ki, ləğv prosesində olan bankların olan-qalan əmlakının başına da məhz bu fond tam daş salır. Digər tərəfdən isə böyük ehtimalla fond bu bankın sahibləri və rəhbərlərini zərbədən qoruyur. Çünki prosesə nəzarət başlasa, bu bankın niyə müflisləşməsi sualı ortaya çıxacaq, təqsirkarlar axtarılacaq. Hələlik isə fond heç kreditorların məktublarına belə cavab vermir. Xarici kreditorlar mənə müraciət edir ki, heç belə də şey olar, pulumuz orada qalıb, buna başa düşdük, bəs ləğv prosesi niyə qeyri-şəffaf aparılır, bizə məlumat verilmir? Zavallılar heç bir ölkədə belə şey görməyiblər. Bu, Azərbaycansayağı müflisləşmə və ləğv prosesidir".

Əkrəm Həsənov yaranmış vəziyyəti nəzərə alaraq bu bankın kreditorlarına üz tutub:

"Gözləməyin! Heç kəslə separat danışıqlara getməyin, sizi aldadacaqlar, gözlə deyəcəklər ki, vaxt udsunlar. Özünüz biri-birinizlə əlaqə saxlayaraq toplantı keçirin. Yalnız siz birləşdiyiniz halda fond və məhkəmələr sizin maraqlarınızla hesablaşacaq. Əks halda, fond sizə bir qəpik də qaytarmayacaq. Bir sözlə, gəlin özümüz bu bankın kreditorlarının toplantısını keçirək, bankın müflisləşmə səbəblərini araşdıraq, təqsirkarları müdafiə edək. Fonddan şəffaf və ədalətli ləğv prosesini tələb edək".


Xəbər 2492 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +