Ramin İsmayılov işdən çıxarıldı
“Gərək “Azərişıq“da da adamın olsun“
Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?
Bu ərazilərdə evlər ucuzlaşacaq
“Qlobal” Media Qrupun saytlarına yenə hücum EDİLDİ
Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB


03.10.2017  09:56 

Fəzail Ağamalının oğlu maşınla adam vurdu





A+  A-

Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi "Jeep" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.

Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.

***

Fəzail Ağamalının kiçik oğlu Elçin Ağamalı "Qafqazinfo" ilə əlaqə saxlayaraq qardaşının 15 gündür Türkiyədə olduğunu bildirib: "Qardaşım oğlunun Türkiyədə təhsili ilə əlaqədar 15 gündən çoxdur ki oradadır. Yayılmış məlumat kökündən yalandır. Bu xəbəri yayan polis əməkdaşını da aidiyyəti qurumlara şikayət edəcəyik".

Xəbər 2381 dəfə oxunub.



22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı


BÜTÜN XƏBƏRLƏR +