Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


13.02.2025  19:58 

Beynəlxalq axtarışda olan şəxs ölkəyə gətirildi





A+  A-

“Ekstradisiya haqqında” 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Ceyhun Dadaxan oğlu Mərdəliyevin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən XəzərNews.az-a bildirilib ki, onun külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

Fevralın 7-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib.

Xəbər 3005 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +