07.07.2023 12:08
“Qədir-Xum“ həqiqəti...
Bu gün, Zilhiccə ayının 18-də İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – "Qədir-Xum" bayramı qeyd edilir.
Bismilləh. Qədir Xum bayramınız mübarək olsun. Allah ( c.c ) dünya və axirətdə İmam Əlidən ( ə ) sizləri ayrı salmasın. Bu günün bərəkətini əldən verməyəsiz.
Təbliğ” və “ikmal” ayələri və onlarin qisa təfsir və təhlilləri
Allah-taala Qur`ani-kərimdə əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-ə xitab edərək buyurur:
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
“Ey Peyğəmbər! Rəbbinin tərəfindən sənə nazil olanı camaata çatdır. Əgər bu işi yerinə yetirməsən, onun risalətini yerinə yetirməmisən. Allah səni camaatın (şərrindən) qoruyub, saxlayar. Və Allah heç vaxt (inadkar) kafir qövmü hidayət etməz.”[1]
“Təbliğ” və “İkmal” ayələrinin nazil olma səbəbi
Tarix və mö`təbər hədislərin şahidliyinə əsasən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) sonuncu həcc ziyarətindən qayıdarkən, Cəbrayıl (əleyhis-salam) o həzrətə nazil oldu və Əlini (əleyhis-salam) öz canişinliyinə tə`yin etməsi barədə Allah-taalanın əmrini ona çatdırdı. Lakin Peyğəmbəri Əkrəm bu məsələnin onun bir qrup səhabəsi tərəfindən qəbul edilməsinin ağır olduğunu bilib, bu məsələni başqa bir münasib vaxtda camaata e`lan etməyi qərara aldı.
Lakin qadir Allah “Təbliğ” ayəsini nazil etməklə tə`kid etdi ki, əgər Peyğəmbər bu məsələni indi camaata e`lan etməsə, həqiqətdə öz ilahi risalətini yerinə yetirməyibdir. Həmçinin həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə ürək-dirək verərək onu qarşıya çıxa biləcək hər bir xətərdən qoruyacağını və`d etdi.[2]
Odur ki, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) hacıların ayrılıb öz vətənlərinə tərəf üz tutduğu “Qədir-Xum” adlı bir məkanda dayanıb əmr verdi ki, dəstədən qabağa düşənlər geri qayıtsın və dəstədən geri qalanlar özlərini onlara çatdırsınlar.
Sonra dəvələrin palanlarını toplayıb üst-üstə yığaraq minbər düzəltdilər və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) həmin minbərə çıxıb geniş bir xütbə oxudu.
Şiə və sünnülərin hədis və təfsir alimləri bu müfəssəl xütbənin hamısı və ya bə`zi hissələrini öz kitablarında nəql etmişlər.
Biz burada mərhum Əbul-Fütuhun (hicri-qəməri tarixi ilə 6-cı əsrində yaşamış böyük şiə təfsirçisi) buyurduğunu ixtisarla nəql edirik:
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) “Qədir-Xum” xütbəsində buyurdu:
وَ اِنِّى مُخَلِّفٌ فِيكُمْ مَا اِنْ تَمَسَّكْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا: كِتَابَ اللهِ وَ عِتْرَتِى اَهْلَ بَيْتِى وَ اِنَّ اللَّطِيفَ الْخَبِيرَ اَخْبَرَنِى اَنَّهُمَا لَنْ يَفْتَرِقَا حَتَّى يَرِدَا عَلَىَّ الْحَوْضَ
“Mən sizin aranızda iki ağır şeyi əmanət qoyuram. Əgər siz onlara sarılıb itaət etsəniz, heç vaxt düz yoldan azmazsınız; Allahın kitabı və mənim yaxınlarım olan Əhli-beytim.
Xəbir və lətif olan Allah mənə xəbər veribdir ki, onlar (Kovsər) hovuzunun kənarında mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaqlar.”
Sonra buyurdu:
اللّهُمَّ هَلْ بَلَّغْتُ؟
“İlahi, görəsən (öhdəmə qoyulan risaləti) çatdırdımmı?”
Daha sonra əlavə etdi:
اَلَسْتُ اَوْلَى بِكُمْ مِنْ اَنْفُسِكُمْ؟
“[Ey camaat], Mən sizə, sizin özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?”
Onlar cavab verdilər: “Bəli.”
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:
مَنْ كُنْتُ مَوْلاَهُ فَهذَا عَلِىٌّ مَوْلاَهُ، اَللّهُمَّ وَالِ مَنْ وَالاَهُ وَ عَادِ مَنْ عَادَاهُ وَ انْصُرْ مَنْ نَصَرَهُ وَ اخْذُلْ مَنْ خَذَلَهُ
“Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol! İlahi, ona kömək edənə kömək ol və ona öz köməyini əsirgəyənə sən də öz köməyini əsirgə!”
Sonra o, bu məsələni xalqa çatdırdığı barədə səhabələrdən şahidlik və e`tiraf alaraq buyurdu:
اَللّهُمَّ اُشْهَدْ عَلَيْهِمْ
“İlahi, özün onlara şahid ol!”[3]
Sünnü alimləri də bu xütbəni gah kamil və gah da qeyri-kamil şəkildə öz kitablarında nəql etmişlər. Biz burada onların bə`zilərinə işarə edirik:
1- Müslüm ibnl-Həccac Ən-Nişapuri (206-261 hicri-qəməri ilində yaşamışdır) öz “Səhih” adlı kitabında (“Səhabələrin fəzilətləri” bölümünün “Əliyyibni Əbi Talib (əleyhis-salam)-ın fəzilətləri”-nə aid hissəsi, 1043-cü səhifə və 2408-ci hədisdə) “Qədir-Xum” xütbəsini Zeyd ibni Ərqəmdən nəql etmişdir. Lakin o, bu xütbənin yalnız bir hissəsini yə`ni Peyğəmbəri Əkrəmin (səlləllahu əleyhi və alihi və səlləm) “Səqəleyn” (Qur`an və Əhli-beyt əleyhimus-salam) barəsində olan vəsiyyət və tövsiyələrini nəql etməklə kifayətlənmişdir.
2- Əl-Hafiz Əbu Əbdür-Rəhman Əhməd ibni Şüəyb Ən-Nisai (215-303 h.q.) “Xəsaisu Əmiril-mö`minin Əliyyibni Əbi Talib” adlı dəyərli kitabının müxtəlif hədislərində də (məsələn; 9-cu, 78-ci, 96-cı, 99-cu və s... hədislərdə) “Qədir-Xum” hədisinin bə`zi hissələrini nəql etmişdir. O, bu kitabın 78-ci hədisində Zeyd ibni Ərqəmdən bu rəvayəti nəql edir:
لَمَّا رَجَعَ رَسُولُ اللهِ صلى الله عليه [و آله] و سلم عَنْ حَجَّةِ الْوِدَاعِ وَ نَزَلَ غَدِيرَ خُمْ اَمَرَ بَدَوْحَاتٍ فَقُمِمْنَ ثُمَّ قَالَ: كَاَنِّى قَدْ دُعِيتُ فَاُجِبْتُ اِنِّى قَدْ تَرَكْتُ فِيكُمُ الثَّقَلَيْنِ اَحَدُهُمَا اَكْبَرُ مِنَ الْآخَرِ: كِتَابَ اللهِ وَ عِتْرَتِى اَهْلَ بَيْتِى، فَانْظُرُوا كَيْفَ تخلفُونِى فِيهِمَا، فَإِنَّهُمَا لَنْ يَتَفَّرِقَا حَتَّى يَرِدَا عَلَىّ
الْحَوْضَ، ثُمَّ قَالَ: اِنَّ اللهَ مَوْلاَىَ وَ اَنَا مَوْلَى كُلِّ مُؤْمِنٍ ثُمَّ أَخَذَ بِيَدِ عَلِىٍّ فَقَالَ: مَنْ كُنْتُ وَلِيُّهُ فَهَذَا وَلِيُّهُ، اللّهُمَّ وَالِ مَنْ وَالاَهُ وَ عَادِ مَنْ عَادَاهُ
“Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) son həcc ziyarətindən qayıtdığı vaxt “Qədir-Xum” adlı yerdə dayandı...”
Sonra buyurdu: “Tezliklə mən Allah tərəfindən çağırılacaq və onun də`vətini qəbul edəcəyəm. Həqiqətən mən sizin aranızda iki ağır şeyi əmanət qoyuram ki, onlardan biri digərindən daha böyükdür; Allahın kitabı və mənim yaxınlarım olan Əhli-beytim. Onlarla necə rəftar edəcəyinizi bilin!
Həqiqətən onlar (cənnətdə) hovuzun kənarında mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaqlar.”
Sonra buyurdu: “Həqiqətən Allah mənim mövlamdır və mən də hər bir mö`min şəxsin vəlisiyəm.”
Daha sonra Əlinin (əleyhis-salam) əlini tutub, buyurdu: “Mən hər kimin vəlisiyəmsə, Əli də onun vəlisidir! İlahi, onu sevənləri sev və ona düşmən olanlarla düşmən ol!”[4]
3- Əl-Hafiz Əmr ibni Əbi Asim Əz-Zəhhak (287-ci hicri-qəməri ilində vəfat edib) “Kitabus-sünnə” adlı kitabının 590-cı səhifəsindəki 1354, 1355, 1356 və 1357-ci hədislərində, habelə həmin kitabın 591-ci səhifəsindəki 1360 və 1362-ci hədislərində, yenə də həmin kitabın 592-ci səhifəsindəki 1376-cı hədisdə və 593-cü səhifəsindəki 1370-ci hədisdə “Qədir-Xum” hədisinin bə`zi hissələrini (o cümlədən:
مَنْ كُنْتُ مَوْلاَهُ فَهذَا عَلِىٌّ مَوْلاَهُ
– yə`ni, mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır) –hissəsi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in səkkiz səhabəsindən (o cümlədən; Əbu Əyyub Ənsari, Cabir ibni Əbdullah, Zeyd ibni Ərqəm, Əliyyibni Əbi Talib (əleyhis-salam) və s.-dən nəql etmişdir.
4- Übeydullah ibni Əbdullah ibni Əhməd Əl-Hakim Əl-Həsəkani (hicri-qəməri ilinin beşinci əsrində yaşamışdır) özünün “Şəvahidut-tənzil” adlı kitabının 245, 247, 249 və 250-ci hədislərində “Təbliğ” ayəsinin (Maidə surəsi, ayə 67) nazil olmasının bə`zi hissələrini nəql etmişdir.
5- Əbu İsa Məhəmməd ibni İsa Ət-Termezi (209-297-ci h.q.) “Camius-səhih” adlı kitabının 5-ci cildinin 632-ci səhifəsindəki 3712 və 3713-cü hədislərdə Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən Əliyyibni Əbi Talib (əleyhis-salam) barədə və o cümlədən “Qədir-Xum” hədisini nəql etmişdir.[5]
O, 3713-cü hədisdə “Qədir-Xum” hədisini nəql etmiş və onu səhih (mö`təbər və doğru) adlandırmışdır.[6]
6- Əl-Hafiz Əbu Əbdullah Hakim Ən-Nişapuri (405-ci hicri-qəməri ilində vəfat edib) “Əl-müstədrək Ələs-səhihəyn” adlı kitabının 5-ci cildinin 109-cu səhifəsində “Qədir-Xum” yə`ni; - “(Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” hədisini Peyğəmbərdən nəql edərək onu düzgün və mö`təbər bilmişdir.
7- Əli ibni Əhməd Əl-Vahidi Ən-Neysaburi (468-ci hicri-qəməri ilində vəfat edib) “Əsbabun-nüzul” adlı kitabının 164-cü səhifəsində Əbu Səid Əl-Xüdridən rəvayət nəql edərək “Təbliğ” ayəsinin “Qədir-Xum” hədisi və Əliyyibni Əbi Talibin (əleyhis-salam) vilayəti ilə əlaqədar nazil olduğunu bildirmişdir.
8- Əl-Muvəffəq ibni Əhməd ibni Məhəmməd Məkki Əl-Xarəzmi (vəfat: 568 h.q.) “Əl-Mənaqib” adlı kitabının 155-156-cı səhifələrindəki 183-cü hədisdə, habelə həmin kitabın 154-cü səhifəsindəki 182-ci hədisində “Qədir-Xum” hadisəsi və orada Peyğəmbərin söylədiyi xütbənin bə`zi hissələrini nəql etmişdir.
9- Əllamə Əlaüddin Müttəqi ibni Hisamüddin Əl-Hindi (vəfat: 975 h.q.) “Kənzül-ümmal fi sünənil-əqval vəl-əf`al” adlı kitabının birinci cildinin 187-ci səhifəsindəki 953-cü hədisdə Zeyd ibni Ərqəmdən nəql edib ki, həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur:
اِنَّ اللهَ مَوْلاَىَ وَ اَنَا وَلِىُّ كُلِّ مؤمن، مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِى مَوْلاَهُ، اللّهُمَّ وَالِ مَنْ وَالاَهُ وَ عَادِ مَنْ عَادَاهُ
“Həqiqətən Allah mənim mövlam, mən isə hər bir mö`minin mövlasıyam. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, Onu sevəni sev və onunla düşmən olana düşmən ol.”[7]
O, həmin kitabın 957-ci hədisində “Qədir-Xum” hədisini Zeyd ibni Ərqəmdən nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurdu:
اَلَيْسَ تَشْهَدُونَ اَنْ لاَ إِلهَ إِلاَّ الله وَ اَنْ مُحَمَّدً عَبْدُهُ وَ رَسُولُهُ وَ اَنَّ الجَنَّةَ حَقٌّ وَ اَنَّ النَّارَ حَقٌّ وَ اَنَّ البَعْثَ بَعْدَ المَوْتِ حَقٌّ قَالُوا نَشْهَدُ قَالَ: وَ اَنَا اَشْهَدُ مَعَكُمْ ألا هَلْ تَسْمَعُونَ فَإِنِّى فَرطُكُمْ عَلَى الحَوْضِ وَ اَنْتُمْ وَارِدُونَ عَلَىَّ الحَوْضِ وَإِنْ عَرْضَهُ اَبْعَدُ مَا بَيْنَ صَنْعَاء وَ بُصْرَى فِيهِ اقْدَاحٌ عَدَد النُّجُومِ مِنْ فِضَّةٍ فَانْظُرُوا كَيْفَ تخْلِفُونِى فِى الثَّقَلَيْنِ،قَالُوا وَ مَا الثَّقَلاَنِ يَا رَسُولَ الله؟قَالَ كِتَابُالله طَرَفَهُ بِيَدِ اللهِ وَ طَرَفَهُ بِاَيْدِيَكُمْ فَاسْتَمْسِكُوا بِهِ وَ لاَ تَضِلُّوا وَ الآخِرُ عِتْرَتِى وَ اَنَّ اللَّطِيفَ الخَبِير نَبَانِى اَنَّهُمَا لَنْ يَتَفَرِّقَا حَتَّى يَرِدَا عَلَىَّالحَوْضَ فَسْاَلَتْ ذلِكَ لَهُمَا رَبِّى فَلاَ تُقَدِّمُوهُمَا فَتَهْلكُوا وَ لاَ تقصرُوا عَنْهُمَا،فَتَهْلِكُوا وَ لاَ تَعْلُوهُمْ فَإِنَّهُمْ اَعْلَمْ مِنْكُمْ،مَنْ كُنْتُ اُوْلَى بِهِ مِنْ نَفْسِهِ فَعَلِىٌّ وَلِيُّهُ اللّهُمَّ وَالِ مَنْ وَالاَهُ وَ عَادَ مَنْ عَادَاهُ.
“Şəhadət verirsinizmi ki, həqiqətən Allahdan başqa bir mə`bud yoxdur və Məhəmməd Onun bəndəsi və elçisidir?
Şəhadət verirsinizmi ki, həqiqətən cənnət və cəhənnəm və həmçinin öldükdən sonra dirildiləcəyiniz haqdır?
Cavab verdilər: Biz bunların hamısına şəhadət veririk.
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Mən də sizinlə birgə bunlara şəhadət verirəm. Eşidirsinizmi?!
Şübhəsiz ki, mən sizdən qabaq “Kovsər” hovuzuna yetişəcəyəm və siz məndən sonra hovuzun kənarına və mənim yanıma gələcəksiniz. O hovuzun eni “Sən`a”dan “Busra”-ya kimidir və onda ulduzların sayı qədər gümüş qədəhlər vardır.
“Səqəleyn” ilə necə rəftar edəcəyinizə baxın!
Camaat soruşdu: Ey Peyğəmbər, “Səqəleyn” nədir?
Həzrət buyurdu: “Onlardan biri Allahın kitabıdır ki, onun bir tərəfi Allahın və digər tərəfi isə sizin əlinizdədir. Buna görə də ona itaət edin və yolunuzu azmayın. O biri isə mənim yaxınlarım olan (Əhli-beytimdir).
Lətif və xəbir Allah mənə xəbər vermişdir ki, onlar hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmazlar və bunu, mən Allah-taaladan xahiş etmişəm. Odur ki, onlardan qabağa düşməyin ki, həlak olarsınız və onlardan geri qalmayın ki, yenə də həlak olarsınız. Onlara heç nə öyrətməyin, çünki onlar sizdən biliklidirlər.
Mən hər kimə onun özündən daha artıq ixtiyar sahibyəmsə, Əli də onun mövlası və başçısıdır. İlahi! Əlini sevəni sev və ona düşmən olana düşmən ol![8]
Qeyd etməliyik ki, adını çəkdiyimiz alimlərdən başqa bir çox sünni alimləri də öz kitablarında məşhur “Qədir-Xum” xütbəsini nəql etmişlər.
Biz burada ixtisara riayət etmək məqsədilə yalnız onların adını və bu hədisi nəql etdikləri kitabların dəqiq ünvanlarını qeyd edirik:[9]
10- İbni Həcər Əl-Heysəmi Əl-Məkki Əş-Şafei “Əs-Səvaiqul-mühriqə” adlı kitabının 25-ci səhifəsində bu xütbəni nəql etmiş və onun düzgün və mö`təbər olduğunu bildirmişdir.
11- Əl-Heysəmi Əş-Şafei “Məcməüz-zəvaid” adlı kitabının 9-cu cildinin 164-cü səhifəsində bu xütbəni nəql etmişdir.
12- İbni Əsakir Əş-Şafei “Tarixu-Dəməşq” adlı kitabının 2-ci cildinin 45-ci səhifəsində yerləşən 545-ci hədisdə bu xütbəni nəql edibdir.
13- İbni Səbbağ Əl-Maliki “Füsulul-mühimmə” adlı kitabının 24-cü səhifəsində bu xütbəni nəql etmişdir.
14- Ət-Termezi Əş-Şafei “Nəvadirül-üsul” adlı kitabının (Misir çapı) 289-cu səhifəsində bu xütbəni nəql edibdir.
15- İbni Məğazəli Əş-Şafei “Mənaqibu Əliyyibni Əbi Talib” adlı kitabında bu xütbəni nəql edibdir.
16- Əl-Bədxəşi bu xütbəni “Nəzəlül-Əbrar” adlı kitabının 18-ci səhifəsində nəql edibdir.
17- Ət-Təbərani bu xütbəni “Əl-Mö`cəmül-kəbir” adlı kitabında nəql etmişdir.
Qeyd etmək lazımdır ki, bu barədə sünnü qardaşlarımızın elmi mənbələrdəki sübutlar yuxarıda qeyd etdiklərimizdən qat-qat çoxdur.
Həmçinin deməliyik ki, bu qiymətli xütbə şiənin təfsir, hədis və sair elmi mənbələrində həm kamil və həm qeyri-kamil surətdə mövcuddur.
İndi isə əsas mətləbə keçək:
İslamın əziz Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ilahi fərmana əsasən “Qədir-Xum” adlı məkanda dayanaraq, müfəssəl bir xütbə söylədikdən sonra Əliyyibni Əbi Talib (əleyhis-salam)-ı özündən sonra fasiləsiz olaraq canişin tə`yin etmişdir.
Sonra öz səhabələrinə fərman vermişdir ki, Əliyyibni Əbi Talib (əleyhis-salam)-la özlərinin gələcək rəhbəri ünvanında bey`ət etsinlər və beləliklə səhabələr o həzrətlə (ə) bey`ət etmişlər.
Nəql olunan hədislərdə əsasən Peyğəmbərin bu fərmanından sonra Ömər ibni Xəttab, imam Əli (əleyhis-salam)-ın hüzuruna gələrək demişdir:
هَنِيئًا لَكَ يَابْنَ اَبِى طَالِبٍ، اَصْبَحْتَ مَوْلَىَ كُلِّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍ
Yə`ni: “Ey Əbi Talibin oğlu! Xoş halına ki, hər bir mö`min və mö`minənin mövlası oldun.”[10]
Həmçinin Fəxri Razinin (544-601 h.q.) nəql etdiyinə əsasən Ömər ibni Xəttab belə demişdir:
هَنِيئًا لَكَ يَابْنَ اَبِى طَالِبٍ، اَصْبَحْتَ مَوْلاَىَوَ مَوْلَى كُلِّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍ
“Ey Əbu Talibin oğlu! Xoş halına ki, həm mənim və həm də bütün mö`min kişi və qadınların mövlası oldun!”[11]
Mö`təbər və düzgün hədislərə əsasən bu hədisdən sonra Allah-taala “İkmal” ayəsini (Maidə/3) nazil etdi:
اَلْيَوْمَ اَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَ اَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَ رَضِيتُ لَكُمْ اُلإسْلاَمَ دِينًا
“Bu gün mən sizin dininizi kamilləşdirdim və öz ne`mətimi sizin üçün tamamladım. Və İslam dinini sizin üçün (əbədi din olaraq) qərar verdim.”[12]
İslamın əziz Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) isə bu ayə nazil olduqdan sonra belə buyurdu:
الله اَكْبَرُ عَلَى إِكْمَالِ الدِّينِ وَ اِتْمَامِ النِّعْمَةِ وَ رِضَا الرَبِّ بِرِسَالَتِى وَ وِلاَيَةِ عَلِىِّ بْنِ اَبِى طَالِبٍ مِنْ بَعْدِى
“Dinin kamilləşməsi, ne`mətin tamamlanması və Allahın mənim risalətimdən və məndən sonra Əliyyibni Əbi Talibin rəhbərliyindən razı qaldığı üçün Allah daha böyükdür.”[13]
Bu mövzuya aid şiə və sünnülərin elmi mənbələrində nəql olunan hədislər kitabın ikinci fəslində ətraflı şəkildə təqdim olunacaqdır.
“Qədir-Xum” hadisəsində iştirak edənlərin sayı
İmam Əli (əleyhis-salam)-ın Peyğəmbərdən sonra fasiləsiz olaraq canişinliyə seçildiyi “Qədir-Xum” hadisəsində iştirak edənlərin sayı barəsində müxtəlif nəzəriyyələr mövcuddur ki, biz burada onlardan ən mühümünə işarə edirik:
1- “Qədir-Xum” hadisəsində iştirak edənlərin sayı 90000 nəfər olubdur.
2- Bu hadisədə iştirak edənlərin sayı 114000 nəfər olubdur.
3- Bu hadisədə iştirak edənlərin sayı 120000 nəfər olubdur.
4- Bu hadisədə iştirak edənlərin sayı 124000 nəfər olubdur.[14]
Bu mövzu barədə olan başqa nəzəriyyələrdə “Qədir-Xum” hadisəsində iştirak edənlərin sayının daha çox olduğu bəyan olunur və şübhəsiz ki, son həcc mərasimində iştirak edənlərin sayı qeyd etdiyimizdən daha çox olmuşdur.
Beləliklə də tam yəqinliklə demək olar ki, “Qədir-Xum”da Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) minlərcə insana xitab etmiş və onların hamısı və ya çoxu Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sözlərini eşitmişdir.
“Qədir-Xum” hədisi və sünnü hədis alimləri
Bura qədərki yazımızda müxtəlif münasibətlərlə “Qədir-Xum” hədisini müxtəlif sünnü elmi mənbələrindən nəql etmişik. Lakin burada bu hədisə başqa bir yöndən baxıb, onun barəsində bəhs etməyi münasib bilirik.
Bildiyiniz kimi İslamın əziz Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), “Qədir-Xum” adlı yerdə söylədiyi müfəssəl xütbə əsasında Əliyyibni Əbi Talib (əleyhis-salam)-ı özündən sonra fasiləsiz canişin tə`yin etdi və bu barədə belə buyurdu:
مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِىٌّ مَوْلاَهُ
“Mən hər kimin rəhbəri və mövlasıyamsa, Əli də onun rəhbəri və mövlasıdır.”
Bu hədis şiə və sünnü alimləri nöqteyi-nəzərində düzgün və e`tibarlı hədislərdən biri hesab olunur və həqiqətdə bu hədis, hər iki məzhəbin elmi mənbələrində olan məşhur hədislərdən biridir.
Tanınmış sünnü alim və hədisşünaslarından çoxu bu hədisi öz əsərlərində nəql etmişdir ki, biz də burada ixtisara riayət etdiyimiz üçün onların yalnız adlarını çəkməklə kifayətlənirik.[15]
1- Əhməd ibni Hənbəl;
2- İbni Macə Əl-Qəzvini;
3- Ən-Nisai;
4- Əş-Şeybani;
5- Əbu Yə`la;
6- Ət-Təbəri;
7- Ət-Termezi;
8- Ət-Təhavi;
9- İbni Üqdə;
10- Əl-Ənbəri;
11- Əbu Hatəm;
12- Ət-Təbərani;
13- Əl-Qəti`i;
14- İbni Bəttə;
15- Əd-dar Qütni;
16- Əz-Zəhəbi;
17- Əl-Hakim;
18- Əs-Sə`ləbi;
19- Əbu Nəim İsfəhani;
20- İbnus-Səmman;
21- Əl-Beyhəqi;
22- Əl-Xətib;
23- Əs-Secestani;
24- İbni Məğazəli;
25- Əl-Həsəkani;
26- Əl-Asimi;
27- Əl-Xələ`i;
28- Əs-Səm`ani;
29- Əl-Xarəzmi;
30- Əl-Beyzəvi;
31- Əl-Molla;
32- İbni Əsakir;
33- Əbu Musa;
34- Əbul-Fərəc;
35- İbni Əsir;
36- Ziyaüddin;
37- Qızoğlu;
38- Əl-Gənci;
39- Ət-Təftazani;
40- Mühibbiddin;
41- Əl-Vəssabi;
42- Əl-Həmmui;
43- Əl-İyci;
44- Vəliyyüddin;
45- Əz-Zərəndi;
46- İbni Kəsir;
47- Əş-Şərif;
48- Şəhabüddin;
49- Əl-Cəzri;
50- Əl-Miqrizi;
51- İbni Səbbağ Əl-Maliki;
52- Əl-Meybodi;
53- Əl-Heysəmi;
54- İbni Həcər;
55- Əsilüddin;
56- Əs-Səmhudi;
57- Kəmaləddin;
58- Əl-Bədəxşi;
59- Əş-Şeyxani;
60- Əs-Süyuti;
61- Əl-Hələbi;
62- İbni Baksir;
63- Əs-Səharənpuri;
64- İbni Həcər Əl-Məkki;
“Mövla” sözünün mə`nalarına bir baxış
Ərəb dilində “mövla” sözünün kökü “və-lə-yə”-dir və bu söz də başqa ərəb sözləri kimi bir çox mə`nalara malikdir ki, biz aşağıda bu mə`naları qeyd edirik:
1- Ər-Rəbb (Pərvərdigar);
2- Əl-əmm (əmi);
3- İbnul-əmmi (əmi oğlu);
4- Əl-ibn (oğul);
5- İbnul-Üxt (qızın oğlu);
6- Əl-Mu`təq (azad olmuş);
7- Mu`tiq (azad edən);
8- Əl-əbd (qul);
9- Əl-malik (malik və sahib);
10- Ət-tabe (ardıcıl);
11- Əl-Mun`əm əleyh (ne`mət verilən şəxs);
12- Əş-Şərik (şərik);
13- Əl-həlif (eyni şeyə görə and içənlər);
14- Əs-Sahib (dost);
15- Əl-car (qonşu);
16- Ən-Nəzil (sakin);
17- Əs-Sihr (kürəkən);
18- Əl-qərib (çox yaxın);
19- Əl-mün`im (ne`mət verən);
20- Əl-əqid (həmpeyman);
21- Əl-vəliyy (rəhbər, ixtiyar sahibi və s…);
22- Əl-əvla biş-şəy (bir şeyə nisbətdə daha layiqli);
23- Əs-seyyid ğəyrul-malik vəl-mu`tiq (ağa və sərvər);
24- Əl-mühibb (sevən);
25- Ən-Nasir (köməkçi);
26- Əl-mütəsərrif fil-əmr (işləri idarə edən);
27- Əl-mütəvəlli fil-əmr (işlərə başçılıq edən və ixtiyar sahibi).[16]
Əgər “Qədir-Xum” hədisinin məzmununu diqqətlə nəzərdən keçirtsək, məxsusən də bu hədisin hansı mövqe və şəraitdə söyləndiyini nəzərə alsaq, cür`ətlə deyə bilərik ki, bu hədisdəki “mövla” və ya “vəli” sözü, hər bir şeydən üstün və ləyaqətli mə`nasını daşıyır və “rəhbər, başçı və imam” sözləri bu mə`nanı hərtərəfli olaraq özündə cəm etmişdir.
Yuxarıda qeyd edilən “mövla” sözünün mə`naları içərisində bir neçəsi o cümlədən 21, 25 və 27-ci mə`nalar bu mətləbə dəlalət edir və onların hamısı rəhbər, başçı və imam mə`nalarını daşıyır.
Ər-Rağib Əl-İsfəhani (vəfat 425 h.q.) bu söz barəsində belədeyir:
وَ الوِلاَيَةِ وَ الوَلاَيَة نَحْو الدِلاَلَة وَ الدَلاَلَة وَ حَقِيقَتُهُ: تَوَلِى الأمْرِ:وَ الوَلِىّ وَ المَوْلاَ يَسْتَعْملانِفِى ذلِك
“Vilayət” və “vəlayət” (sözləri) eyni mə`nada olub “başçı” deməkdir. “Vəli” və “mövla” sözləri də bu mə`nanı daşıyır.[17]
Amma çox təəssüflər olsun ki, bə`zi islam alimləri “Qədir-Xum” hədisindəki “mövla” və ya “vəli” sözünün “dost və ya köməkçi” mə`nalarında işləndiyini bildirirlər. Bu isə “Qədir-Xum” hədisində mövcud olan sübut və şahidlərin əksinədir.
Əlbəttə əgər imam Əli (əleyhis-salam)-ı sevmək sözün həqiqi mə`nasında olarsa, yenə də bu hədis öz həqiqi mə`nasını itirmir. Çünki o həzrəti həqiqi sevənlər heç bir qeyd və şərt qoymadan ona itaət etməlidir.
Buna baxmayaraq “Qədir-Xum” hədisindəki “mövla” və ya “vəli” sözünü “dost və köməkçi” mə`nalandırmaq ciddi bir səhvdir və məntiq əhli tərəfindən qəbul edilmir.
Çünki mö`təbər sübutlar və şahidlərə əsasən bu söz “Qədir-Xum” hədisində rəhbər və başçı mə`nasında işlədilibdir.
Qur`ani-kərimə nəzər saldıqda, bir sıra Qur`an ayələrində “mövla” sözünün işlədildiyinin şahidi oluruq.
O cümlədən Allah-taala “Həcc” surəsində buyurur:
... وَاعْتَصِمُوا بِاللَّهِ هُوَ مَوْلَاكُمْ فَنِعْمَ الْمَوْلَى وَنِعْمَ النَّصِيرُ
“... Və Allaha sığının ki, Allah sizin [mövlanız] ixtiyar sahibinizdir. O nə yaxşı [mövla] ixtiyar sahibi və necə də gözəl imdada yetəndir.”[18]
Gördüyünüz kimi “mövla” sözü qeyd olunmuş ayədə ixtiyar sahibi (və başçı) mə`nasında işlədilmişdir. Əlbəttə biz bu sözlə “mövla” sözünün yalnız rəhbər və başçı mə`nalarda olduğunu iddia etmək istəmir, əksinə bu sözün yalnız dost və köməkçi mə`nada olmadığını sübuta yetirmək əzmindəyik.
İndi isə bir sıra məşhur Qur`an müfəssirlərinin bu ayədə buyurulmuş “mövla” sözü barədə irəli sürdükləri nəzərlərini diqqətinizə çatdırırıq:
1- Şeyx Təbərsi (vəfat: 548 h.q.) ayədə buyurulmuş “mövla” sözünü belə izah etmişdir:
هُوَ مَوْلاَكُمْ: - المُتَوَلِّى لِاَمْرِكُمْ وَ مَالِكُكُمْ
“[O sizin mövlanızdır] – Yə`ni; sizin ixtiyar sahibiniz və sizin malikinizdir.”[19]
2- Əbül-Leys Nəsr ibni Məhəmməd Əs-Səmərqəndi (vəfat: 375 h.q.) bu haqda belə deyir:
هُوَ مَوْلاَكُمْ – اى: وَلِيُّكُم وَ نَاصِرْكُمْ وَ حَافِظكُمْ
“[O, sizin mövlanızdır] – yə`ni; sizin ağanız, sizə kömək edən və sizi qoruyandır.”[20]
3- Fəxri Razi (544-604 h.q.) ayədə buyurulmuş “mövla” sözünü belə açıqlamışdır:
هُوَ مَوْلاَكُمْ وَ سَيِّدَكُمْ وَ الْمُتَصَرِّف فِيكُمْ
“Yə`ni; o sizin mövlanız, ağanız və ixtiyar sahibinizdir.”[21]
4- Əbul-Bərəkat Əbdullah ibni Əhməd Ən-Nəsəfi (vəfat: 710 h.q.) bu barədə belə yazmışdır:
هُوَ مَوْلاَكُمْ: اى مَالِككُمْ وَ ناصِرُكُمْ وَ متولِّى اُمُورَكُمْ
“[O, sizin mövlanızdır] – yə`ni; sizin malikiniz, sizə kömək edən və ixtiyar sahibinizdir.”[22]
5- Əbu Səid Əbdullah ibni Ömər Əl-Beyzavi (vəfat: 791 h.q.) isə bu haqda belə yazır:
هُوَ مَوْلاَكُمْ: - نَاصِرْكُمْ وَ مُتَوَلِّى اُمُورِكُمْ
“[O, sizin mövlanızdır] – yə`ni; sizə kömək edən və ixtiyar sahibinizdir.”[23]
6- Həmçinin “Təfsirul-Cəlaləyn”-də “mövla” sözü belə izah edilmişdir:
هُوَ مَوْلاَكُمْ: نَاصِرْكُمْ وَ مُتَوَلِّى اُمُورِكُمْ
“[O, sizin mövlanızdır] – yə`ni; sizə kömək edən və sizin ixtiyar sahibinizdir.”[24]
Əziz oxucular! Gördüyünüz kimi adlarını sadaladığımız şiə və sünnü müfəssirləri bu ayədə (Həcc/78) buyurulmuş “mövla” sözünü “ixtiyar sahibi”, “malik”, “ağa (rəhbər)” və sair bu kimi mə`nalarla izah etmişlər.
Bir halda ki, “Qədir-Xum” hədisində buyurulmuş “mövla” və ya “vəli” sözləri bə`zi alimlər tərəfindən “dost” və “köməkçi” mə`naları ilə izah edilir ki, bu isə heç bir elmi və məntiqi dəlilə əsaslana bilməz.
Çünki “Qədir-Xum” hədisində buyurulmuş “mövla” və ya “vəli” sözü bir çox elmi, tarixi, dini və s... sübutlara əsasən dost və köməkçi mə`nalarında deyil, əksinə məhz ixtiyar sahibi və rəhbər mə`nasında işlədilmişdir.
Əlbəttə qeyd olunduğu kimi “mövla” sözü bir çox mə`nalara malikdir və onun “Qədir-Xum” hədisində rəhbər və ixtiyar sahibi mə`nasında olması heç də onun sair mə`nalarını inkar etmək kimi qələmə verilə bilməz.
“Qədir-Xum” hədisinin araşdırması
Bizim əqidəmizə əsasən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) “Qədir-Xum” hədisində imam Əli (əleyhis-salam)-ı özündən sonra fasiləsiz canişin tə`yin etmişdir. Lakin təəssüflər olsun ki, bu mövzu barəsində bir sıra sübutlar və dəlillərin mövcud olmasına baxmayaraq, bə`zi islam alimləri “mövla” sözünü burada “rəhbər və başçı” mə`nasında deyil, əksinə başqa mə`nalarda (dost və s. bu kimi) işləndiyini iddia edirlər.
Lakin aşağıdakı sübutlara əsasən bu hədisdə mövcud olan “mövla” sözü “rəhbər və başçı” mə`nasında işlənmişdir və bu barədə aşağıdakı sübutları nəql edirik.[25]
Birinci sübut:
Əbdürrəhman Əhməd ibni Şüəyb Ən-Nisainin (215-303 h.q.) “Xəsais” kitabı və sair şiə və sünnü kitablarında mövcud olan hədislərə əsasən islam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) son həcc ziyarətindən qayıdarkən, “Qədir-Xum” adlı yerdə dayandı. “Qədir-Xum”-da hacılar bir-birindən ayrılaraq öz vətənlərinə tərəf hərəkət edirdilər.
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə bir məkanda dayanaraq əmr verdi ki, qabağa düşənlər geri dönsün və geri qalanlar isə özlərini onlara çatdırsınlar.
Xülasə, hacılar bir yerə cəm olduqdan sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) o məşhur xütbəni söyləmişdir.
Toplantı üçün belə bir yerin seçilməsi və hamının oraya cəm olması barədə Peyğəmbərin əmri, bizə o həzrətin söylədiyi xütbənin nə qədər əhəmiyyətli olduğunu və bu xütbədəki “mövla” sözünün hansı mə`nada işləndiyini çatdırır.
Şübhəsiz ki, bu məşhur sözün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in nəzərindəki mə`nası “canişin” olmuş, həmçinin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in bu xütbəni söylədikdə məqsədi, Əmirəl-mö`minin imam Əli (əleyhis-salam) üçün xüsusi bir itaətin vacibliyini bəyan etmək olmuşdur.
İkinci sübut:
Şiə və sünnü kitablarında nəql olunan hədislərə əsasən, İslamın əzəmətli Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) imam Əli (əleyhis-salam)-ı öz canişini e`lan etməmişdən qabaq, müqəddimə ünvanında belə bir söz buyurmuşdur:
اَلَسْتُ اَوْلَى بِكُمْ مِنْ اَنْفُسِكُمْ؟
“Mən sizə, sizin özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?”
Bu cümlə Qur`an ayəsindən götürülmüşdür. Belə ki, Allah-taala buyurur:
اَلنَّبِىُّ اَوْلَىبِالْمُؤْمِنِينَ مِنْ اَنْفُسِهِمْ وَ اَزْوَاجُهُ اُمَّهَاتُهُمْ وَ اُولُوا الْاَرْحَامِ بَعْضُهُمْ اَوْلَىبِبَعْضٍ فِى كِتَابِ اللهِ مِنَ المُؤْمِنِينَ وَ الْمُهَاجِرِينَ
“Peyğəmbər mö`minlərə nisbətdə onların özlərindən daha artıq ixtiyar sahibidir və onun (Peyğəmbərin) həyat yoldaşları onların (mö`minlərin) analarıdır və qohum mö`min və mühacirlərin Allahın tə`yin etdiyi şeylərdə bir-birinə nisbətdə üstünlükləri vardır.”[26]
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də bu ayəyə istinad edərək, imam Əli (əleyhis-salam)-ı öz canişinliyinə və ümmətinin rəhbəri tə`yin etməmişdən qabaq, orada toplaşan İslam ümmətinin nümayəndələrindən soruşur:
“Mən sizə, sizin özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?”
Xülasə orada iştirak edənlərdən e`tiraf aldıqdan sonra buyurdu: “Odur ki, mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
Həqiqətdə imam Əli (əleyhis-salam)-ın imamət və rəhbərliyini isbat edən ən aydın sübutlardan biri də “Qədir-Xum” hədisində mövcud olan müxtəlif şahid və sübutlardır.
Çünki şübhəsiz islam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ərəb dilində ən fəsahətli və bəlağətli danışan bir şəxs idi və o çox yaxşı bilirdi ki, verdiyi o suallardan sonra “mövla” və “vəli” sözünü işlətməkdə məqsədi “başçı və rəhbər” olmuşdur.
Buna görə də “Qədir-Xum” hədisində işlədilən bu sözü başqa mə`nalara yozmaq qeyri-məntiqi və əsassız bir iş sayılır.
Üçüncü sübut:
Şiə və sünnü elmi mənbələrində mövcud olan hədislərə əsasən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) “Qədir-Xum” hədisini söylədikdən sonra buyurdu:
اَللّهُمَّ وَالِ مَنْ وَالاَهُ وَ عَادِ مَنْ عَادَاهُ، وَ انْصُرْ مَنْ نَصَرَهُ وَ اخْذُلْ مَنْ خَذَلَهُ
“İlahi, onu sevəni sev və ona düşmən olana düşmən ol. Ona köməkçi olana köməkçi ol və ona öz köməyini əsirgəyənə sən də öz köməyini əsirgə!”
Bu dualar açıq-aşkar bildirir ki, Peyğəmbərin
“مَنْ كُنْتُ مَوْلاَهُ فَهذَا عَلِىٌّ مَوْلاهُ”
(yə`ni “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”) cümləsini söyləməkdə məqsədi imam Əli (əleyhis-salam)-ın imamət və rəhbərliyini bəyan etmək olmuşdur.
Belə ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) heç vaxt bir nəfəri məhz sevmək və ya ondan üz döndərməyin lazımlığı barəsində belə bir dua etməmişdir.
Beləliklə bu dualar Əliyyibni Əbi Talib (əleyhis-salam)-a itaət etməyin vacibliyini açıq-aydın şəkildə göstərir.
Başqa bir tərəfdən də bu cümlələrdən Əliyyibni Əbi Talib (əleyhis-salam)-ın mə`sum olduğu mə`lum olur. Çünki qeyri-mə`sum, günahkar və səhvə yol verən bir fərdi sevmək və ona kömək etmək vacib deyil, əksinə bə`zi vaxtlar belə bir fərdi sevmək və ona kömək etmək günaha düçar olmağa səbəb olur.
Bir sözlə Peyğəmbər (sələllahu əleyhi və alihi və səlləm) bu xütbəsində həzrət Əli (əleyhis-salam)-ı sevən və ona yardım edənlərə dua etmiş və o həzrətə məhəbbət bəsləmək və yardım göstərməkdən boyun qaçırdan şəxslərə lə`nət yağdırmışdır.
Şübhəsiz ki, İslamın uca məqamlı Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) heç bir zaman qeyri-mə`sum şəxslər üçün belə bir qətiyyətlə dua etməz.
Dördüncü sübut:
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in xitab etdiyi şəxslərdən Allah-taalanın yeganəliyi, öz Peyğəmbərliyi və habelə bir sıra əqidəvi məsələlər barəsində (o cümlədən cənnət, cəhənnəm və s... mövzulardan) şəhadət alması, sonra Allah-taalanı bu mətləbə şahid tutması və daha sonra Əlini (əleyhis-salam) müsəlmanların rəhbəri e`lan etməsi açıq-aydın göstərir ki, “Qədir-Xum” hədisindəki “mövla” və ya “vəli” sözü «rəhbər» və «başçı» mə`nasında işlənibdir.
Çünki müəyyən bir fərdi sadəcə sevməyin vacibliyini bildirmək üçün müqəddimədə bir sıra mühüm əqidəvi məsələləri və o cümlədən Allah-taalanın yeganəliyi, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in Peyğəmbərliyi, cənnət və cəhənnəm və s… bəyan edib, onların barəsində şəhadət almaq ağıl və məntiqlə uyğun gəlmir.
Beləliklə Əliyyibni Əbi Talib (əleyhis-salam)-ın “mövla” və “vəli”-liyi məsələsinin Allahın yeganəliyi, Peyğəmbərin elçiliyi və s... bu kimi əqidəvi məsələlərlə yanaşı qərar tutması bunu bizə bildirir ki, “Qədir-Xum” hadisəsindəki “mövla” və “vəli” sözü “imam və rəhbər” mə`nasında işlənmişdir.
Beşinci sübut:
Şiə və sünnü elmi mənbələrində mövcud olan hədislərə əsasən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) “İkmal” ayəsi (Maidə surəsi, ayə 3) nazil olduqdan sonra belə buyurmuşdur:
الله اَكْبَرُ عَلَى إِكْمَالِ الدِّينِ وَ اِتْمَامِ النِّعْمَةِ وَ رِضَا الرَبِّ بِرِسَالَتِى وَ وِلاَيَةِ عَلِىِّ بْنِ اَبِى طَالِبٍ مِنْ بَعْدِى
“Dinin kamilləşməsi, ne`mətin tamamlanması və Allahın mənim Peyğəmbərliyimdən və məndən sonra Əliyyibni Əbi Talibin (əleyhis-salam) imamətindən razı qaldığı üçün Allah hər şeydən böyükdür.”
Görəsən mümkündürmü ki, bir fərdə məhəbbət bəsləməyin lazımlığını e`lan etməklə ilahi din kamilləşsin və ilahi ne`mət tamamlansın?
Görəsən mümkündürmü ki, yalnız və yalnız bu işə xatir Allah-taala Peyğəmbəri Əkrəmin (səlləllahu əleyhi və alihi və səlləm) risalətindən razı qalsın?
Bir qədər fikirləşdikdən sonra tam qətiyyətlə demək olar ki, bu hədisdəki “mövla” sözü sırf “rəhbər, başçı və imam” mə`nasında işlənibdir. Həqiqətdə imamət nübüvvətin tamamlayıcısıdır və islam dini bunun vasitəsilə kamilləşmiş və islam ümməti üçün ilahi ne`mət tamamlanmışdır.
Altıncı sübut:
İslamın əziz Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) “Qədir-Xum” xütbəsinin əvvəlində vəfatının yaxınlaşdığını xəbər vermişdir.
“Təbliğ” ayəsinə əsasən mə`lum olur ki, o həzrət risalətini başa çatdırmaq üçün mühüm bir məsələni camaata çatdırmalıdır və əziz islam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) də bu dünya ilə vidalaşmamışdan qabaq onu öz ümmətinə çatdırmaq üçün nigaran idi.
Bu mühüm məsələ isə bir çox başqa hədislərdə dəfələrlə bəyan olunan imam Əli (əleyhis-salam) və ondan sonra gələn mə`sum imamlar (əleyhimus-salam)-ın imamət və rəhbərlik məsələsidir.
Görəsən mümkündürmü ki, müəyyən bir fərdə sadəcə məhəbbət bəsləməyin vacibliyini bildirmək üçün həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sözə belə başlayıb, vəfatının yaxınlaşdığını xəbər versin?!
Yeddinci sübut:
Şiə və sünnü elmi mənbələrində mövcud olan hədislərə əsasən “Qədir-Xum” xütbəsi sona yetdikdən sonra Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) fərmanına əsasən müsəlmanlar Əliyyibni Əbi Talib (əleyhis-salam)-la bey`ət edərək, bu böyük məqama tə`yin olunduğu üçün onu təbrik etdilər.
Fəxri Razi (544-604 h.q.) öz təfsirində belə nəql edir ki, Ömər ibni Xəttab bu hadisədən sonra imam Əli (əleyhis-salam) ilə görüşüb dedi:
هَنِيئًا لَكَ يَابْنَ اَبِى طَالِبٍ، اَصْبَحْتَ مَوْلاَىَ وَ مَوْلَى كُلِّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍ
“Ey Əbu Talibin oğlu! Xoş halına ki, həm mənim və həm də bütün mö`min kişi və qadınların mövlası oldun.” [27]
Hətta bə`zi rəvayətlərə əsasən Əliyyibni Əbi Talib (əleyhis-salam)-la bey`ət etmək və o həzrətə (ə) gözaydınlıq mərasimi üç gün davam etmişdir.
Bu mətləblərdən mə`lum olur ki, müsəlmanlar mühüm bir məsələ ilə qarşılaşıblar və bu məsələ də imamət və rəhbərlikdən başqa bir məsələ deyildir.
Yoxsa, bir nəfərlə sadəcə dostluq e`lan etmək və ona öz məhəbbətini bildirmək üçün onunla bey`ət edib onu təbrik etmək çox gülünc və yersiz bir əməl sayılır.
Səkkizinci sübut:
Bu məsələyə dair hədislərə əsasən Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) “Qədir-Xum” xütbəsinin sonunda müsəlmanlara belə fərman verdi:
فَلْيُبَلِّغِ الشَّاهِدُ الغَائِبَ
Yə`ni: “Hazır olanlar bu məsələni qayib olanlara çatdırsınlar.”
Şübhəsiz ki, İslam ümmətinin hər bir fərdi, Qur`an və gözəl İslam ən`ənələrinə itaət edərək bilirdilər ki, müsəlman və mö`min din qardaşlarını sevmək lazımlı və zəruridir. Odur ki, məsələni bir daha onlara çatdırmaq və ona ciddi yanaşmağı tə`kid etməyə heç bir ehtiyac yox idi.
Buna görə də Peyğəmbərin bu hədisdə bəyan etdiyi “vəlilik” məsələsi imam Əli (əleyhis-salam) və ondan sonra gələn mə`sum imamlar (əleyhimus-salam)-ın imamət və rəhbərlik məsələsidir. Odur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu məsələni orada iştirak etməyənlərə də çatdırmağı tə`kid etmişdir.
Doqquzuncu sübut:
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) öhdəsinə qoyulan risaləti ümmətinə çatdırdıqdan sonra buyurdu:
اَللّهُمَّ اَنْتَ شَهِيدٌ عَلَيْهِمْ اِنِّى قَدْ بَلَّغْتُ وَ نَصَحْتُ
Yə`ni: “İlahi! Sən özün onlara şahidsən. Şübhəsiz ki, mən təbliğimi yerinə yetirib nəsihət etdim.”
Bu cümlədən aydın olur ki, “Qədir-Xum”da bəyan olunan məsələ yeni bir məsələ olmuşdur. Belə ki, ya Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əvvəllər bu məsələni əsla bəyan etməmiş, ya da bu qədər açıq-aydın və müfəssəl şəkildə bəyan etməyibdir.
Bildiyiniz kimi mö`min və müsəlman din qardaşlarını sevmək və onlara yardım göstərmək bu hadisəyə qədər Qur`an ayələri və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in söhbətlərində dəfələrlə tövsiyə olunmuş və islam ümməti bu məsələni kamil surətdə öyrənmişdilər.
Buna görə də şübhə yoxdur ki, bu xütbədən məqsəd imam Əli və ondan sonra gələn mə`sum imamlar (əleyhimus-salam)-ın imamət və rəhbərliyini təbliğ etmək olmuşdur.
1- Qur`ani-kərim;
2- Qur`ani-kərim, tərcümə edən: Ayətullah Nasir Məkarim Şirazi, Mədrəsətul-imam Əmiril-mö`minin (ə), Qum, birinci çap/1378 şəmsi;
Təfsir kitabları:
3- Əd-dürrül-mənsur fit-təfsiril-mə`sur, Əbdür-Rəhman Cəlaləddin Əs-Süyuti (849-911 h.q.), Darul-fikr, Beyrut/1993 miladi;
4- Ənvarut-tənzil və əsrarut-tə`vil (Təfsirul-Beyzavi), Əbu Səid Əbdullah ibni Məhəmməd Əl-Beyzavi (vəfat: 791 h.q.), Darul-kutubil-elmiyyə, Beyrut, birinci çap/1988 miladi;
5- Təfsirul-Qur`anil-əzim, Əbül-Fida İsmayıl ibni Kəsir (701-774 h.q.), Darul-mə`rifət, Beyrut, ikinci çap/1987 miladi;
6- Təfsirul-Qur`anil-kərim, Seyyid Əbdullah Əş-Şübbər (vəfat: 1242 h.q.), Mətbuat ən-Nəcah, Qahirə, üçüncü çap/1966 miladi;
7- Camiul-bəyan ən tə`vili ayil-Qur`an, Məhəmməd ibni Cərir Əl-Ət-Təbəri (224-310 h.q.), Darul-fikr, Beyrut/1988 miladi;
8- Məcməul-bəyan fi təfsiril-Qur`an, Əbu Əl-Fəzl ibnl-Həsən Ət-Təbərsi (vəfat: 548 h.q.), Darul-mə`rifət, Beyrut, birinci çap/1986 miladi;
9- Ət-Tibyan fi təfsiril-Qur`an, Şeyx Məhəmməd ibnl-Həsən Ət-Tusi (385-460 h.q.), Daru ehyait-turasil-ərəbi, Beyrut/ tarixsiz;
10- Təfsiru Əbil-Fütuh Ər-Razi (Rəvzul-cinan və rəvhul-cənan fi təfsiril-Qur`an), Hüseyn ibni Əli Əl-Xüzai Ən-Nişapuri (6-cı h.q. əsrinin alimlərindən), təshih: Məhəmməd Cə`fər Yahəqqi və Məhəmməd Məhdi Nasih, Bünyade pejuheşhayi astani qüdsi Rəzəvi (ə), Məşhəd/1372 şəmsi;
11- Təfsirul-Fəxr Ər-Razi (Ət-Təfsirul-kəbir və məfatihul-ğəyb), Məhəmməd Ər-Razi Fəxrəddin ibni Ziyaəddin Ömər (544-604 h.q.), Darul-fikr, Beyrut/ tarixsiz;
12- Əl-mizan fi təfsiril-Qur`an, Seyyid Məhəmməd Hüseyn Təbatəbai, Darul-kutubil-islamiyyə, Tehran, beşinci çap/1372 şəmsi;
13- Təfsiru Furat Əl-Kufi, Əbül-Qasim Furat ibni İbrahim Əl-Kufi (3 və 4-cü h.q. əsrlərinin alimlərindən), təhqiq: Məhəmməd Əl-Kazim, Muəssisətut-təb`i vən-nəşr, Tehran, birinci çap/1990 miladi;
14- Təfsiri nümunə, Ayətullah Nasir Məkarim Şirazi və başqaları, Darul-kutubil-islamiyyə, Tehran, 27-ci çap/1378 şəmsi;
15- Zadul-məsir fi elmit-təfsir, Əbül-Fərəc Cəmaləddin Əbdür-Rəhman ibni Əli Əl-Covzi (vəfat: 597 h.q.), təhqiq: Əhməd Şəmsəddin, Darul-kutubil-elmiyyə, Beyrut, birinci çap/1994 miladi;
16- Əl-mühərrərul-vəciz fi təfsiril-kitab əl-əziz, Əbu Məhəmməd Əbdül-Həqq ibni Qalib Əl-Əndulsi (vəfat: 546 h.q.), təhqiq: Əbdüs-Səlam Əbdüş-Şafi Məhəmməd, Darul-kutubil-elmiyyə, Beyrut, birinci çap/2001 miladi;
17- Əl-bürhan fi təfsiril-Qur`an, Seyyid Haşim Əl-Bəhrani (vəfat: 1109 h.q.), Muəssisətul-ə`ləmi lil-mətbuat, Beyrut, birinci çap/1999 miladi;
18- Təfsirus-Safi, Molla Möhsün Feyz Əl-Kaşani (vəfat: 1091 h.q.), təhqiq: Hüseyn Ə`ləmi, Müəssisətul-ə`ləmi lil-mətbuat, Beyrut, ikinci çap/1982 miladi;
19- Təfsiru nuris-səqələyn, Şeyx əbd Əli Əl-Hüvəyzi (vəfat: 1112 h.q.), təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Muəssisətu İsmailan, Qum, dördüncü çap/1412 h.q.;
20- Təfsirul-Əyyaşi, Əbün-Nəzr Məhəmməd ibni Məs`ud ibni Əyyaş Əs-Sələmi Əs-Səmərqəndi (vəfat: 320 h.q.), təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Əl-məktəbətul-islamiyyə, Tehran/1380 h.q.;
21- Təfsirun-Nəsəfi (Mədarikut-tənzil və həqaiqut-tə`vil), Əbül-Bərəkat Əbdüllah ibni Əhməd Ən-Nəsəfi, (vəfat: 710 h.q.), təhqiq: Yusif Əli Bədəvi, Darul-kəlimit-təyyib, Beyrut, birinci çap/1998 miladi;
22- Bəhrul-ulum (Təfsirus-Səmərqəndi), Əbul-Leys Nəsr ibni Məhəmməd Əs-Səmərqəndi (vəfat: 375 h.q.), təhqiq: Əli Məhəmməd Müəvvəz və Adil Əhməd Əbdül-Mövcud, Darul-kutubil-elmiyyə, Beyrut, birinci çap/1993 miladi;
23- Təfsirul-Cəlaləyn, Cəlaləddin Məhəmməd ibni Əhməd Əl-Məhəlli (791-864 h.q.) və Cəlaləddin Süyuti (849-911 h.q.), Darul-kutubil-elmiyyə, Beyrut/ tarixsiz;
24- Ruhul-mə`ani fi təfsiril-Qur`anil-əzim və s. Səb`il-məsani, Əbül-Fəzl Şəhabəddin Əs-Seyyid Mahmud Əl-Asuli Əl-Bağdadi (vəfat: 1270 h.q.), İdarətut-təbaətil-muniriyyə, Misir/ tarixsiz;
25- Təfsiru cəvamiil-came`, Şeyx Əbu Əl-Fəzl ibnl-Həsən Ət-Təbərsi (vəfat: 548 h.q.), təhqiq: doktor Əbül-Qasim Gürci, Tehran universtetinin nəşriyyatı, üçüncü çap/1377 şəmsi;
26- Təfsirul-Qur`anil-əzim müsnədən ən Rəsulillah vəs-səhabəti vət-tabein, Əbdür-Rəhman ibni Məhəmməd Ər-Razi (vəfat: 328 h.q.), təhqiq: Əs`əd Məhəmməd Ət-Təyyib, Əl-məktəbətul-əsriyyə, Beyrut, ikinci çap/1999 miladi;
27- Əl-üsul minəl-kafi, Əbu Cə`fər Məhəmməd ibni Yə`qub Əl-Kuleyni (vəfat: 329 h.q.), təhqiq: Əli Əkbər Qəffari, Darul-kutubil-islamiyyə, Tehran, üçüncü çap/1388 h.q.
Qədir-Xum gününün müstəhəb əməlləri.
Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Müsəlmanlar üçün iki bayramdan (Fitr və Qurban bayramlarından) başqa bayram varmı?”
İmam cavab verdi: “Bəli, hətta onlardan daha böyük və daha şərəfli bayram var”. Sual erən adam soruşdu: “O hansı gündür?” İmam buyurdu: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gün”. Hədisin ravisi soruşdu ki, bəs bu gündə hansı əməlləri yerinə yetirməyimiz məsləhətdir? İmam Sadiq (ə) cavab verdi: “Oruc tutun, Mühəmmədə və nəslinə çoxlu salavat göndərin, onlara zülm edənlərin əlindən Allaha bizarlıq (narazılıq) edin. Hər peyğəmbər öz vəsisinə (canişinlərinə) tapşırırdı ki, canişin təyin edildiyi günü bayram kimi keçirsin”. Ravi bu günün orucunun savabı haqqında soruşanda İmam buyurur: “Altmış ayın orucuna bərabərdir”.
Başqa bir hədisdə İmam Sadiq (ə) Qədir gününün orucunu altmış mübarək ayın orucuna tay tutur. “Məfatihül-cinan” kitabında Qədir gününün orucunun 60 illik günahları sildiyi, bir ömrlük oruca, 100 həccə və 100 ümrəyə bərabər olduğu yazılıb.
*Qədir günündə qüsl almaq, təzə və gözəl libaslar geyinmək, ətir vurmaq da çox bəyənilən işdir. Bir-biri ilə görüşən zaman bu duanı oxumağın böyük savabı var: “Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam” (“Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”)
Qədir günündə bu duanı da 100 dəfə təkrar etməyin savabı var: “Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam”. (“Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi”)
Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə, buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar.
Qədir-Xüm günü günorta vaxtı, kölgələr məğribə doğru qısalmağa başlamazdan yarım saat əvvəl iki rükət namaz qılmağın xüsusi savabı var. Əslində İmam Sadiqin (ə) buyurduğuna görə bu namazı günün istənilən vaxtında qılmaq olar, amma hicrətin 10-cu ilində hadisə məhz günün bu vaxtında baş verdiyi üçün, namazı da o zaman qılmağın savabı böyükdür. Namazın hər iki rükətində bir dəfə Fatihə surəsi, 10 dəfə İxlas surəsi, 10 dəfə ayətül-kürsi və 10 dəfə Qədr surəsi oxunur. Ardınca Həzrət Fatimənin (ə) təsbihi deyilir: 34 dəfə “Allahü əkbər”, 33 dəfə “Əlhəmdü lillah” və 33 dəfə “Sübhan Allah”. Bu namazı qılan adamın arzularını Allah yerinə yetirər.
Seyyid ibn Tavus “əl-İqbal” kitabında qeyd edir ki, hər kim Qədir günü ziyarətnaməni oxuyub müstəhəb namazı qıldıqdan sonra səcdəyə getsə, səcdədə 100 dəfə “əlhəmdü lillah” və 100 dəfə “şükrən lillah” söyləsə, sanki Qədir-Xüm hadisəsində iştirak edib, Peyğəmbərlə və Əli ilə beyət etmiş kimi savab qazanar.
İmam Rza (ə) buyururdu ki, Allah-təala bu gündə mömin kişi və qadınların 60 illik günahlarını bağışlayar. Allah Qədir günündə üst-üstə Ramazan ayı, Qədr gecəsi və Fitr gecəsinə nisbətən iki dəfə artıq mömini cəhənnəm əzabından xilas edər (əlbəttə, bunlar həqiqi möminlərə və Qədir gününü layiqli ibadətlə keçirən insanlara aiddir)
Qədir günündə sileyi-rəhim etmək, yəni qohumların görüşünə getmək, möminlərə hədiyyə vermək, ehsan etmək böyük savaba malikdir. İmam Rza (ə) buyururdu ki, bu gündə edilən ehsanın hər dirhəmi savab cəhətdən başqa gündə edilən min dirhəm ehsana bərabərdir.
Təsadüfi deyil ki, xalq arasında Qədir-Xüm gününə seyidlərin bayramı deyirlər. Bu gündə seyidləri təbrik etmək, onlara kiçik də olsa hədiyyə aparmaq, ümumiyyətlə bir-birinin görüşünə getmək, möminlərin qəlbini sevindirmək tövsiyə edilib.
Mənbə:
İmameli.az
Xəbər 5116 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|