AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


14.06.2022  17:56 

Əsas vəzifəmiz - qazilərimizi və dövlətimizi qorumaqdır!





A+  A-

Cəmiyyətimiz, dövlətimiz üçün ən təhlükəlisi həssas məsələlərdən istifadə edib, dövlət, cəmiyyətin bütövlüyünə təhlükə yaratmaq, ən başlıcası MİLLİ HƏMRƏYLİYİMİZİN əsaslarını, zəminlərini zədələyəcək addımlar, təşəbbüslərdir.

44 günlük Vətən müharibəsi iştirakçılarının, qazilərin qayğı ilə əhatə olunması sahəsində ölkədə aparılan böyük həcmli işləri bütün ictimaiyyət yaxşı görür və yüksək də qiymətləndirir.

Lakin olur ki, bəzən hansısa bir qrup qazinin narazılığının və kimlərinsə hökumətin qazilərlə bağlı apardığı işlərə kölgə salmaq üçün bundan sui-istifadə edərək cəmiyyətə yanlış fikirlər aşılamasının da şahidi oluruq.

Birincisi, heç kimdə şübhə yoxdur ki, dövlət, müvafiq dövlət orqanları tərəfindən 44 günlük Vətən Müharibəsi iştirakçılarına, qazilərə, veteranlara qayğı göstərilir, onlar üçün sosial təminatlar sistemi yaradılıb.

Bu sosial təminatlar sisteminin işləməsi üçün müvafiq hüquqi prosedurlar işlənib, həmçinin mexanizmlər yaradılıb. Məsələn, müharibədən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri, müharibə iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) tərəfindən sosial dəstək paketi icra olunur.

Bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, 190 min xidmət göstərilib. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin olunub.

Müalicə müddəti başa çatan qazilərdən artıq 3 min qazimizə əlillik dərəcələri və avtomatik şəkildə sosial ödənişlər təyin olunub. 2021-ci ildə əvvəlki ildən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi evin verilməsi proqramı icra olunub. Postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinə minik avtomobili verilib.

Bu statistika açıqdır və əlçatandır, görülən işlərin miqyasını göstərir. Daha bir vacib istiqamət şəhid ailələri və qazilərin məşğulluğuna dəstək verilməsidir. ƏƏSMN artıq 12,1 mindən çox qazini və şəhid ailəsini aktiv məşğulluq proqramlarına cəlb edib. Onlardan 8 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Bu rəqəmlər də göstərir ki, iş gedir, hüquqi baza yaradılıb, mexnizmlər hazırlanıb.

Dövlət siyasətinin necə olması, necə həyata keçirilməsi ilə bağlı qərarlar verilir. Vahid əlaqələndirmə mərkəzləri şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 41 mindən çox şəxsə müxtəlif qurumlara aid 26 xidmət istiqaməti üzrə bir pəncərədən xidmətlər göstərib.

İkincisi, şəhid ailələri və qazilərin sosial, məşğulluq, reablitasiya, müalicə, psixoloji dəstək göstərilməsi məsələləri ilə əlaqədar daha çox iş görülməli olduğunu və hər bir qazinin də bu dəstəklə əhatə olunacağını da yaxşı bilirik.

Əlbəttə, heç kim hansısa qazinin ona olan münasibətdən narazı qalmaq, etiraz etmək haqqını ondan ala bilməz. Bu günlərə onların sayəsində gəldik, onların fədakarlığı, şücaəti bizi yaşadıb və yaşadır. Onlar bu dövlətin fədailərdir.

Bütün bunlarla yanaşı, onların öz canları, qanları ilə qoruduqları dövləti də müharibədən sonra hər şeydən, bütün məsələlərdən uca tutacağını, qoruyacağını gözləyirik. Onları anlamayanın ürəyi daşdan olsun gərək, yanlışla üzləşəndə necə sarsıntı keçirdiklərini gərək başa düşək, anlayaq. Onlar da gərək onların bir çox hallarda bilməyərəkdən yanlışlarının cəmiyyətdə üçün necə böyük sarsıntı yaratdığının fərqinə varalar.

Tələblər irəli sürmək, etiraz etməyin üsulu gərək elə seçilsin ki, müsbət nümunə yaratsın, bunun əksi dövləti, cəmiyyətin bütövlüyünü zədələyir. Onlara qarşı yanlış olsa belə, bu səhvin, təqsirin miqyasından asılı olmayaraq dövləti zədələyən, cəmiyyətimizdə qütbləşmə yaradan addımlar atıla bilməz.

Dövlət haqqında təlimində tarixin ən böyük mütəfəkkirlərindən Konfutsi ilk növbədə mərhəmət, ədalət, qarşılıqlı hörmət prinsipini, cəmiyyətdə, insanlar arasında isə hər üçün hən də öhdəlik olan rituallar, qaydaları önə çəkirdi. O, hesab edirdi ki, dövlət qanunlara tabe olduğu qədər, cəmiyyətdaxili münasibətlər də müəyyən qaydalara əsaslanmalıdır.

Konfutsiyə görə rituallar, qaydalar harmoniyanı qorumaqla, cəmiyyətin bütövlüyünü təmin edir və hər kəsin öhdəliyini müəyyən edir. “İnsanlar hüquqlarına necə həssaslıqla yanaşırlarsa, vəzifələrinə münasibətdə də o qədər cavabdeh olmalıdırlar” prinsipi isə müasir insan hüquqları nəzəriyyəsinin əsasını təşkil edir.

Hazırda doğurdan da cəmiyyətimiz, dövlətimiz üçün ən təhlükəlisi bu cür həssas məsələlərdən istifadə edib, dövlət, cəmiyyətin bütövlüyünə təhlükə yaratmaq, ən başlıcası MİLLİ HƏMRƏYLİYİMİZİN əsaslarını, zəminlərini zədələyəcək addımlar, təşəbbüslərdir. Tələblər irəli sürmək, etiraz etməyin üsulu gərək elə seçilsin ki, bu məsələlər nəzərə alınsın.

Əlbəttə, qazilərimiz var ki, onların problemləri, maddi çətinlikləri, onlarla bağlı həll olunmamış məslələr var.

Lakin görülən işlər, Prezidentin yanaşması, diqqəti onu deməyə əsas verir ki, qısa müddətə bu məsələlər həllini tapacaq, İkinci Qarabağ müharibəsi Azərbaycan təcrübəsində bir çox məsələlərə, xüsusən özünüdərk məsələlərinə münasibəti dəyişdi, tam əminəm ki, dövlətin öhdəliklərə və onların icrası ilə bağlı da yanaşma da müsbətə doğru dəyişib, icra məsələsində çətinliklər qaldığı müşahidə edilir. Yaxın perspektivdə bu çətinliklərin da aradan qalxacağı aşkar görünür.

Əsas vəzifəmiz qazilərimizi və dövlətimizi qorumaqdır!

Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri


Xəbər 7404 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +