AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


02.01.2022  11:26 

“XOŞBƏXTLİK İNDEKSİ“nin təhrif olunmuş mahiyyəti





A+  A-

31 dekabr günündə bəzi deputatların, imtiyazlı şəxslərin bayram təbriklərinin sosial-iqtisadi ağırlığını artırmağa hesablanmış "Xoşbəxtlik İndeksi"nə istinad etdilər.

İki səbəbdən reaksiya verməyi doğru saymadım:

1. Həmrəylik günündə bayram ovqatını mübahisə müstəvisinə çəkməmək üçün;

2. Həmin şəxslərin düşündürücü mətnlərdən, xüsusuilə indeksi müəyyənləşdirən indikatorlardan bixəbər olduqları üçün.

Elə təqdim etdilər ki, guya bütün dünya bədbəxtlik zolağında ikən təkcə Azərbaycan xoşbəxt ölkə olaraq konfort zonasındadır.

Amma düşündüm ki, bayram sonrası bu indeksin gerçək mahiyyətini izah etməyə çalışacam. Daha geniş açıqlaması olan yazını media üçün analitik təhlil kimi yazmışam.

Amma burada bəzi qısa qeydimi yazıram.

Həmin hesabatı ötən həftə “Gallup İnternational” təşkilatı yayıb. Bu hesabata görə, Azərbaycan vətəndaşları dünyada iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdən biri hesab olunub. Təşkilatın cari ilin oktyabr-dekabr aylarında apardığı sorğular ümumilikdə 44 ölkədə 41,560 insanı əhatə edib.

Sorğunun nəticələrinə əsasən dünya üzrə respondentlərin 38 faizi 2022-ci ilin 2021-ci illə müqayisədə daha yaxşı, 28 faizi daha çətin, 27 faizi isə əsaslı dəyişikliklərin olmayacağına inanır. Beləliklə də, qlobal miqyasda iqtisadi ümid indeksi ötən illə müqayisədə azalmışdır.

İndeksin nəticələri hər bir ölkənin iqtisadi perspektivlərlə bağlı ümidləri ölçən əsaslı göstərici hesab olunur. Məlum indeksin əsas metodologiyası əhalinin ümumi rifahını deyil, daha çox, gələcəklə bağlı iqtisadi gözləntilərini əsas götürür.

Bildiyimiz kimi gələcəklə bağlı gözləntilər isə məhz cari situativ vəziyyət əsasında formalaşır. Buna görə indeksin nəticələri sosioloji sorğulara əsaslandığı üçün ölkə vətəndaşlarının təkcə iqtisadi imkanlarını yox, daha çox insanların sosial-psixoloji ovqatını müəyyənləşdirir.

Gözləntilər insanların mənəvi-psixoloji halını ifadə edir. Bu sizin yaşam standartlarınızı, gəlir səviyyənizi və sosial rifahınız şərtləndirmir. Bir insanın xoşbəxt olması ilə onun gələcəyə ümidli baxması arasında birbaşa bağlılıq yoxdur, dolayı əlaqələr var.

Son 25 illik işğalçılıqdan əziyyət çəkmiş bir cəmiyyətin sabaha ümidi zəif olduğu halda vətənin qəhrəman oğullarının şücaəti hesabına əldə etdiyi qələbə bizim cəmiyyətdə sabaha inam yaratması baxımından başa düşülən deyilmi? Bu sual sabahla bağlı ümidli yaşamaq üçün önəmli deyilmi? Aşağılıq kompleksindən əziyyət çəkmiş bir toplumun üstünlük kompleksinə sahib olması iqtisadi inkişaf və yüksəliş amili deyil, mənəvi-psixoloji ovqat amilidir.

Məhəmməd Talıblı

Xəbər 5234 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +