AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


16.02.2017  14:11 

Anar Məmmədov Londondakı malikanəsini 9,5 milyona satışa çıxardı - FOTOLAR





A+  A-

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, adı əsasən qalmaqallarda hallanan Anar Məmmədov Londondakı malikanəsini satışa çıxarıb Londonda yaşayan soydaşlarımızdan birinin veridiyi məlumata görə, İngiltərənin ev alqı-satıqsı üzrə ixtisaslaşmış saytlarında bir müddətdir ki, “22 The Bisops Avenue, London” ünvanında yerləşən malikanənin satıldığına dair elan yerləşdirilib. Bizneslə məşğul olan soydaşımız bildirib ki, həmin ünvan ona tanış gəldiyindən kiçik bir araşdırma aparmaq qərarına gəlib və məlum edib ki, bir müddət əvvəl yenə də axtarış sistemlərində rast gəldiyi və sahibi azərbaycanlı olan bir şirkətin hüquqi ünvanı da məhz “22 The Bisops Avenue, London”dur. Soydaşımız bizə müvafiq koordinatları verib, “Araşdırın və qarşılaşacağınız ad sizə də tanış gələcək”. İnformasiya bizə maraqlı gəldiyindən “tanış gələcək ad”ın axtarışına başladıq. İngilətərədə qeydiyyatdan keçmiş şirkətlər barədə məlumatların yer aldığı saytların bir neçəsinə göz gəzdirdik və nəticədə həmin adı tapdıq – Anar Məmmədov. Keçək dettallara. Companycheck.co.uk saytında yer almış məlumata görə, 2002-ci ilə Londonda “BROOKWOOD INTERNATIONAL LIMITED” adlı şirkət yaradılıb(Ziya Məmədov 2002-ci ildə nəqliyyat naziri vəzifəsinə təyin olunub – Red). Şirkətin sahibi bölməsində açıq və aydın şəkildə göstərilib: “Anar Məmmədov. Vətəndaşlığı: Azərbaycan”. Bu şirkət sonradan başqa bir şəxsə satılıb. Şirkətin hüquqi ünvanına gəldikdə isə, burada da deyildiyi kimi məhz hazırda satışa çıxarılmış malikanənin ünvanı göstərilib: “22 The Bisops Avenue, London”. Yəqin ki, aydındır. Bəli, şirkət də, onun hüquqi ünvanındakı mülkiyyət də məhz eyni adama məxsusdur. Qeyd edək ki, digər müvafiq saytlarda da “BROOKWOOD INTERNATIONAL LIMITED” şirkətilə bağlı məlumatlarda satışa çıxarılmış malikanənin ünvanı göstərilib. İndi keçək malikanənin özünə. Bu özəl mülkiyyət A. Məmmədov tərəfindən 2001-ci ildə alınıb. Alış qiyməti 2 milyon 700 min funt sterlinq olub. Amma indi onu satış qiyməti 9 milyon 500 min funtdur. Malikanınin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur. Biz Google Maps-ın imkanlarından yararlanaraq A.Məmmədovun satdığı malikanənin fotolarını da əldə etdik. Yazıda təqdim olunmuş fotolar məhz həmin evin və onun yerləşdiyi küçənin görüntüləridir.  (missiya.az)


Xəbər 6895 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +