AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


01.02.2017  12:44 

“Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini təşkil etməlidir”





A+  A-


“Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini özü təşkil etməlidir”.

XəzərNews.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O xatırladıb ki, Azərbaycan tərəfi beynəlxalq aləmə Dağlıq Qarabağa qanunsuz səfər etməyin yolverilməz olduğunu bəyan edib.

“Erməni tərəfi bundan çox narahatdır. Azərbaycan isə bu məsələni Xarici İşlər Nazirliyində olan “Qara siyahı” ilə tənzimləyir. Açıq deyim ki, bu məsələdə hüquqi mexanizmlər məhduddur. Çünki biz Gürcüstanda olduğu kimi işğal olunmuş yerlərlə bağlı qanun qəbul etməmişik. Biz çalışmalıyıq ki, Dağlıq Qarabağa getmək istəyən xarici vətəndaşalara viza verək. Doğrudur, bu, müəyyən çətinliklər yaradacaq. Biz özümüz Dağlıq Qarabağa səfərlər təşkil etməliyik”, - deyə, deputat vurğulayıb.



Xəbər 1768 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +