AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


01.02.2017  11:16 

DYP avtomobil və avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ





A+  A-


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə növbəti dəfə müraciət edib.

XəzərNews.az-ın məlumatına görə, BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev “Report”a bildirib ki, son 2 gündə əsasən ölkənin dağətəyi və dağ rayonlarında yollar buz bağlayıb: "Bakı-Şamaxı, Ağsu aşırımı, Yevlax, Daşkəsən, Zaqatala, Qax, Lənkləran, Lerik, Quba, Qusar yollarının bəzi hissələrini buz bağlayıb. Buna görə də tövsiyə olunur ki, hər iki oxu aparıcı olmayan, avtomobilləri texniki cəhətdən nasaz olan sürücülər yola çıxmasın".

Sadalanan rayonlarda müvafiq qurumların işçiləri, o cümlədən Yol Patrul Xidmətinin əməkdaşları yol nəqliyyat hərəkətinin tənzimlənməsi üçün ərazilərə cəlb edilib.

“Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollarda baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə olunmasın. Əks təqdirdə, idarə olunan nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılmaqla sürücü inzibati məsuliyyətə cəlb ediləcək”.

Kamran Əliyev sərnişin daşıması ilə məşğul olan avtobus sürücülərinə də xəbardarlıq edib: "Ölkə yollarında texniki cəhətdən hazır olmayan avtobuslarda var ki, yollarda xarab olaraq qalır və nəqliyyatın hərkətinə mane olur. Bu səbəbdən, avtobus sürücülərinə də tövsiyə olunur ki, nəqliyyat vasitəsi texniki cəhətdən saz deyilsə yola çıxmasınlar" .



Xəbər 2066 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +