Sabah da qar yağacaq
Üç israilli girov Qırmızı Xaç işçilərinə təhvil verildi
Təhsil eksperti azadlığa buraxıldı
Ramin İsmayılov işdən çıxarıldı
“Gərək “Azərişıq“da da adamın olsun“
Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?
Bu ərazilərdə evlər ucuzlaşacaq
“Qlobal” Media Qrupun saytlarına yenə hücum EDİLDİ
Şahin Bağırov yeni rəis təyin etdi


06.08.2018  20:37 

Yol polisi radara düşdü - Protokol başqasına yazıldı





A+  A-

Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazılıb.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 189-cu kilometrliyində baş verib.

Belə ki, sürət həddi 60 km/saat olan yolda 110 km/saatla hərəkət edən YPX avtomobilinin əvəzinə radara yolun sağ tərəfində baqajı açıq şəkildə dayanan 90-BO-370 dövlət qeydiyyat nişanlı “Mercedes 190” markalı avtomobil düşüb və cərimə bu avtomobilə tərtib olunub.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı bildirib ki, belə texniki səhvlər çox nadir hallarda baş verir:

“Ümumiyyətlə protokollar avtomatik tərtib olunur. Daha sonra cərimələr çap olunaraq ünvana göndərilir. Ancaq həmin sistemə nəzarət edən şəxslər daha diqqətli olarsa, o məlumatı yoxlayarlarsa, belə səhvlər olmaz”.

Ekspertin sözlərinə görə, bu cür halla qarşılaşan şəxs protokolun surəti əlavə olunmuş ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir:

“Əgər söhbət sürət həddinin pozulmasından gedirsə, idarədə video görüntü olmalıdır. Həmin videoya baxdıqda fakt aydın şəkildə görünəcək”.

Xəbər 1483 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.02.2025  16:09 

Sabah da qar yağacaq

22.02.2025  15:42 

Viktor Qonçarov həbs EDİLDİ

22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı


BÜTÜN XƏBƏRLƏR +