Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


17.01.2018  15:23 

Hansı saytlara dövlətdən maliyyə ayrıla bilər? - Əflatun Amaşov AÇIQLADI





A+  A-

“İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir. Saytlar da klassik Kütləvi İnformasiya Vasiələri (KİV) kimi dövlət tərəfindən maliyyələşməlidir. Çünki hüquqi baxımdan internet üzərindən yayımlanan xəbər portalları da Kütləvi İnformasiya Vasiələri hesab olunurlar. Eyni zamanda, praktiki baxımdan hazırda ictimai fikir formalaşdırmaq missiyası daha çox xəbər portallarının üzərinə düşür. Beynəlxaql təcrübə də onun göstərir ki, ictimai fikir daha çox xəbər portalları vasitəsilə formalaşır. Belə bir məqamda Azərbaycanda fəaliyyət göstərən həmin portallar dövlət tərəfindən maliyyələşməlidir”.
XəzərNews.az bildirir ki, bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az saytına açıqlamasında deyib.

Mətbuat Şurasının sədri bildirib ki, internet medianın dövlət tərəfindən maliyyələşməsi ona görə aparılmalıdır ki, reklam bazarının tam formalaşmadığı bir zamanda həmin xəbər portalları özlərinin müstəqilliyini saxlaya bilsinlər.

“Həmin portalların maliyyə imkanları yoxdursa, bu və ya digər mənada özlərinin müstəqilliyini itirə bilərlər. Ayrı-ayrı şəxslər, məmurlar xəbər portalları ilə bağlı daha asan “əməkdaşlıq” edə bilər. Bütün bunlar da həmin şəxslər və məmurlarla bağlı baş verən olayların qeyri-dəqiq formada ölkə ictimaiyyətinə çatdırılmasını təmin etmiş olar. Digər tərəfdən, həmin xəbər saytları Azərbaycanı sevməyən başqa güc mərkəzləri ilə də əlaqədə ola bilər. İndiki şəraitdə əlbəttə ki, bunlar arzuolunmazdır. Bütün bu problemləri aradan qaldırmaq üçün mütləq xəbər portallarını dövlət maliyyələşdirməlidir. Nə zaman ki, onlar reklam vasitəsilə öz müstəqilliklərini təmin edə biləcəklər, ondan sonra həmin xəbər portalları öz gəlirləri hesabına fəaliyyətlərini qura bilər. Mən bir neçə dəfə də parlamentdə bu barədə məsələ qaldırmışam. Məsələ hazırda gündəmdədir”.

Ə.Amaşovun sözlərinə görə, hansı xəbər saytlarına maliyyə ayrılması ilə bağlı bəzi prinsiplər müəyyən edilib.

"İndi saytlar çoxdur. Ancaq elə saytlar var ki, hüquqi şəxs kimi fəaliyyət göstərmir, qanunvericilikdə nəzərdə tutulan müvafiq icbari öhdəlikləri yerinə yetirmirlər. Bəzən bir internet media orqanında rekvizitlər qeyd edilmir. Hansısa oxucu maraqlanır, ancaq həmin saytın rəhbərliyi barədə məlumat əldə edə bilmir. Təbii ki, belə saytlara dövlət dəstəyi şamil edilə bilməz. Azərbaycanla bağlı həqiqətləri ölkədən kənarda yayan, ölkəmizi sevməyən qüvvələrə qarşı mübarizə aparan və ölkə daxilində xüsusi çəkisi olan, ictimai fikri formalaşdırmaqda rolu olan bütün saytlar dövlət tərəfindən maliyyələşə bilərlər”.

Xəbər 1984 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +