Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


11.01.2018  10:56 

“Vergidəki dəyişikliklər sahibkarların xeyrinə olacaq”





A+  A-

Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.
Bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək, nazirliyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.

Paralel olaraq, vergi sistemində şəffaflığın təmin olunması, sahibkarların aktiv fəaliyyətinə yaradılan süni maneələrin aradan qaldırılması üçün əsassız vergi borclarının silinməsinə başlanıldığı da bildirilir.

Yeni nazirdən ən çox gözləntisi olanlar, əlbəttə, sahibkarlardır. Sabiq nazir Fazil Məmmədovun rəhbərliyi altında olarkən vergi orqanları ilə sahibkarlar arasında ciddi problemlər yaranması heç kimə sirr deyil. Belə ki, büdcə proqnozuna əməl olunması bəhanəsi ilə minlərlə sahibkara əsassız vergilər hesablanıb. Hesablanan vergini ödəməyənlərə irihəcmli cərimələr yazılıb, bir çoxları məhkəməyə verilib, bəzilərinin əmlakı müsadirə olunub. Bir çox hallarda Vergilər Nazirliyinin hesabladığı borclara görə məhkəməyə müraciət edən sahibkarın hüquqları pozularaq, məhkəmənin yekunu gözlənmədən hesablarına həbs qoyulub, əmlakı əlindən alınıb.

Qeyd edək ki, vergi orqanlarının bu fəaliyyəti son vaxtlar bütün ölkəboyu narazılıqlara səbəb olmuşdu. İş o yerə çatmışdı ki, vergi orqanları ölkədə sahibkarlığın inkişafını əngəlləyən başlıca maneəyə çevrilmişdi. Fazil Məmmədov vəzifəsindən alınandan sonra aparılan müzakirələr göstərdi ki, bu narazılıqlar, vəziyyətin kritik həddə çatması yuxarı dövlət qurumlarına məlum olub və sonda mümkün olan qədər sahibkarların haqlı mövqeyi nəzərə alınıb.

Məsələn, Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyevin mətbuata verdiyi açıqlamaya görə, 2016-cı ildə inzibati-iqtisadi məhkəmələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən Vergilər Nazirliyinin struktur qurumlarına qarşı qaldırılmış 869, 2017-ci ilin birinci yarısında 218 iddiaya baxılıb. Bunlardan 688 (63,3 faiz) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9 faiz) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8 faiz) iddia isə mümkün sayılmayıb:

Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir.

Lakin məhkəmələrin bu qərarları vergi orqanlarının sahibkarlara yönəlik mövqeyini dəyişmək üçün yetərli olmadı. Getdikcə artan narazılıqlar sonda ölkə rəhbərliyinin diqqətinə çatdırıldı və F.Məmmədov nazir postu ilə vidalaşmalı oldu.

Mikayıl Cabbarovun təhsil naziri postundan Vergilər Nazirliyinə rəhbər gətirilməsi müəyyən qədər gözlənilməz olsa da, son günlərdə baş verənlər seçimin düzgün və məqsədli olduğunu göstərməkdədir.

Belə ki, biznes çevrələrindən "Yeni Müsavat”a verilən məlumatlara görə, yeni ilin ilk günlərindən etibarən əvvəlki illərdə çoxsaylı sahibkarlara, şirkətlərə hesablanmış vergi borclarının ləğv olunması prosesinə start verilib. Bununla bağlı iş adamlarına müraciət olunaraq, borcların əsassızlığını sübut edən sənədlərin hazırlanaraq vergi orqanlarına təqdim olunması istənilir.

Məlumatda sahibkarların vergi orqanlarından narazılıqlarının qısa müddətdə aradan qaldırılması, bu iki subyekt arasındakı münasibətlərin qarşılıqlı əməkdaşlıq müstəvisinə keçirilməsi barədə ölkə rəhbərliyi tərəfindən tapşırıq verildiyi bildirilir. M.Cabbarovun qarşısına qoyulan ilk və əsas vəzifə məhz bu münasibətləri səmərəli müstəviyə keçirmək, vergi sistemini sahibkarlığın inkişafına təkan verən quruma çevirməkdir. Bu səbəbdən də ilk növbədə əvvəlki illərdə hesablanmış, ödənilməyən, yaxud ödənilməsi mümkün olmayan borcların silinməsi prosesinə start verilib.

XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a bildirib ki, Mikayıl Cabbarov start verdiyi islahatlar öz nəticəsini verəcək:

“Ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması və vergi ödəyicilərinə xidmətin yüksəldilməsi yolunda mühüm dəyişikliklər olacağına əminəm. Hər bir yeni təyinat almış nazir yeni struktur təşkil etməlidir, bu, normaldır. Vergilər Nazirliyində çox böyük strukturlar, idarələr var. Mikayıl müəllim təcrübəli bir insan kimi, hansıların lazımlı, yaxud lazımsız olduğunu görür. Bunun müqabilində də müvafiq işlər həyata keçiriləcək. Rəsmi məlumatlardan da göründü ki, 64 nəfər vergi xidmətindən uzaqlaşdırılıb. Məqsəd işləyən yeni struktun formalaşdırılmasıdır. Aparılan islahatların əsas mahiyyəti də budur ki, sahibkarlar incidilməsin, öz məsuliyyətini dərk etsin. İnsanlar anlasın ki, bu vergini ödəməyə borcludur. Xüsusilə əsassız vergi yoxlamaları ilə bağlı başlanan işlər diqqətəlayiqdir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov
bildirib ki, vergi sahəsindəki problemlər hər kəsə məlumdur:


“Başladılan islahatlar vergi ödəyicilərinin xeyrinə olacaq. İnanıram ki, Mikayıl Cabbarov bu işlərin öhdəsindən gələcək.

Hansı vergidən, hansı faizlərdən, hansı borclardan söhbət gedir... Çünki vergidəki problemləri biz də çox gözəl bilirik. Ona görə də dəqiqləşdirmə apaırlmalıdır. Biri var ki, dövlətin qanunla müəyyən etdiyi vergi, biri də var qeyri-qanuni tələblər nəticəsində formalaşan vergilər.

Əgər əsassız “vergilər”in ləğvinə start verilibsə, bu, müsbət haldır. Çünki hamıya məlumdur ki, belə “vergilər” kifayət qədərdir. Hansı ki, sahibkarların fəaliyyətinə ciddi maneə yaradırdı. Bəzən mübahisələr düşürdü. Ona görə də belə “vergilər” aradan götürülürsə, sahibkarlar əlavə yükdən azad olacaqlar”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Tahir Mirkilşili deyib ki, vergi gəlirləri 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin təqribən 40%-ni təşkil edir:

“Eyni zamanda, ölkədə sahibkarlıq mühitinin cazibadarlığının artırılmasında fiskal siyasətin mühüm rolu var. Ölkədə artıq yeni iqtisadi artım modeli formalaşmaqdadır, iqtisadiyyatın geniş şaxələndirilməsi baş verir, rəqabət getdikcə artır, ixraca yönəlik addımlar intensivləşdirilir. Belə bir şəraitdə təbii olaraq vergi tutma və vergi toplama alətlərinin də təkmilləşdirilməsinə və daha innovativ vasitələrdən istifadəyə ehtiyac yaranıb. İnanıram ki, bu sahədə atılacaq addımlar məhs yuxarıda dediyim istiqamətləri əhatə edəcək”.

Xəbər 2320 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +