“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


31.07.2018  12:58 

Bu gün Mars-Yer qarşıdurması olacaq





A+  A-

İyulun 31-də Qırmızı planet Yerə ən yaxın məsafədə olacaq.
XəzərNews.az AMEA-nın saytına istinadən xəbər verir ki, bu zaman məsafə 0.39 astronomik vahid və ya 57.5 milyon kilometrədək qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü 2.8 olan qırmızı ulduz kimi görünəcək.

Qeyd edək ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Qarşıdurma qışda baş verirsə planetlərarası məsafə 100 milyon kilometr, yayın sonlarında baş verərsə 50-60 milyon kilometrədək qısalır. Marsın belə qarşıdurması orta hesabla 13-17 ildən bir baş verən hadisədir. Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir.

Sonuncu böyük qarşıdurma 2003-cü il avqustun 28-də baş verib. Bu zaman yaxınlaşma 55.8 milyon kilometrə çatıb.

Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci il sentyabrın 16-na təsadüf etməsi gözlənilir. Bu il isə həmin yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşəcək və bir saat 44 dəqiqə davam edəcək.

Xəbər 1577 dəfə oxunub.




27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +