“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


20.11.2024  10:51 

Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır — VİDEO





A+  A-

Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində geniş ictimai rezonansa səbəb olan yol qəzası baş verib.

Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 14-də şəhər küçələrindən birində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qarşıdan gələn zolağa çıxan “Bentley” markalı avtomobil sola dönmək üzrə olan “Hyundai Solaris” markalı avtomobillə toqquşub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobilə ciddi ziyan dəyib, sürücüsü isə ağır yaralanıb. “Bentley” daha sonra idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılıb və aşıb.

Məlum olub ki, “Bentley”i Yekaterinburqda bir neçə ticarət obyektinin sahibi, azərbaycanlı iş adamı Şamil İsayevin oğlu 22 yaşlı Emil İsayev idarə edib. Emil bloqçuluq fəaliyyəti ilə də məşğul olur. Qəza zamanı o, ağır bədən xəsarətləri alıb.

Bildirilir ki, gənc üç il əvvəl sürücülük vəsiqəsi alıb. Bu müddət ərzində o, dəfələrlə yol hərəkəti qaydalarını pozub. Yerli yol polisinin məlumatına görə, onun adına 194 ödənilməmiş cərimə var.

Fövqəladə hadisədən üç gün sonra “Hyundai” sürücüsünün xəstəxanada ölməsi ilə bağlı internetdə məlumat yayılsa da, sonradan rəsmi mənbələr bunu təkzib edib.

Onlayn ictimai səhifələrdə Emilin idarə etdiyi “Bentley” markalı avtomobilin əvvəllər Sverdlovsk vilayətində tanınmış kriminal avtoritet Marsel Qasanova məxsus olduğu da bildirilir. Mənbələrin bildirdiyinə görə, Həsənov avtomobili azərbaycanlı iş adamlarından birinin borcunun ödənilməsi kimi alıb. Emilin bu cinayət başçısı ilə dostluq münasibəti saxladığı iddia edilir.

Qeyd olunur ki, Marsel Həsənov əvvəllər quldurluq cinayətinə görə məhkum olunub. Sverdlovsk vilayətində cəza çəkərkən o, kriminal avtoritet statusu alıb.

2016-cı ildə azadlığa çıxandan sonra Həsənov bəzi mənbələrə görə kriminal aləmdən olan insanları ətrafına toplamağa başlayıb. 2019-cu ildən mütəmadi olaraq hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.

2022-ci ildə Yekaterinburqda “toplantı” zamanı Həsənov döyülüb. 2023-cü ildə polis onu saxlasa da, tezliklə buraxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbsi “müntəzəm qabaqlayıcı əməliyyat tədbiri” adlandırıblar.






Xəbər 3064 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +