Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


09.02.2022  21:56 

İki toyuq oğurlayan türmədə küllənir, 2,5 milyon oğurlayan villada şellənir





A+  A-

İnsanlar təkcə xarici görünüşünə, boy-buxununa deyil, həm də talelərinə görə bir-birindən fərqlənir. Bəşər övladı qaranlıq ana bətnindən işıqlı dünyaya göz açdığı gündən müxtəlif ədalətsizliklərin şahidi olur. Kamil insan ömrünü ədalət axtarışında keçirir. Yaradıcı adam bunu öz əsərlərində dilə gətirir, heç vaxt yaşamadığı "ədalətli dünya"nı təxəyyülündə canlandırır. Dahi Nizami kimi...

Aradan qərinələr, əsrlər keçsə də, çox şey dəyişməyib. Biz nəinki böyük Cəlildən, ustad Sabirdən, heç şairlər şairi qoca Nizamidən də çox uzaqlaşa bilməmişik. Təkcə 100-150 il deyil, hətta 800-900 il əvvəl mövcud olan problemlər bu gün də aktualdır. Belə getsə, sabah da aktual olacaq. .

Məncə, ədəbiyyat üfüqlərində vurnuxmaqdan əl çəkib günümüzə dönsək, oxucuya əməlli-başlı yaxşılıq etmiş olarıq. Söhbətə uzaqdan başlamağımıza baxmayın, mövzu təzədir, yaxın zamanların söhbətidir.

Bilənlər bilir, bilməyənlər üçün yazıram: Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin adı heç də mədəni sayılmayan bir məhkəmə prosesindıə hallanır. Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun istintaqa ifadələri açıqlanıb. Soyadındakı sultan sözündən təsirlənərək, vəzifədə işlədiyi dövrdə bolluca rüşvət yığmağa müvəffəq olmuş Zakir yoldaş deyib ki, aldığı pulun çoxunu sabiq nazir Əbülfəs Qarayevə verib. İş işdən keçdiyi üçün boynuna alıb ki, mədəniyyət abidələri və binalarının təmir-tikintisi üçün tenderdə qalib olmaq istəyən şirkətlərdən pul alıb və aldığı pulları keçmiş nazirin xidməti otağında ona şəxsən təqdim edib. Z.Sultanovun ifadələrinə əsasən, Ə.Qarayevə verdiyi pulların ümumi məbləği 2,5 milyon manatdan çox olub.

Yəqin xəbəriniz var: Bu pulun bir hissəsi Bərdədə qədim məscidin bərpası zamanı əldə olunub. Allahın başından tökdükləri ilə kifayətlənməyən Əbülfəs yoldaş sirdaşı Zakir qardaşın əli ilə qədim məsciidn inşası üçün nəzərdə tutulan pulun böyük hissəsini ciblərinə doldurub. Hərçənd heç bir cib o boyda pulu tutmaz, amma biz məsələ aydın olsun deyə bir qədər sadə üslubda yazdıq. Əsas məsələnin mahiyyətidir: Məsələnin mahiyyəti isə odur ki, bu adamlar Allahın evindən oğurluq ediblər...

Zakir Sultanov əməlinin cəzasını çəkir. Amma Əbülfəs Qarayevə "qaşın üstə gözün var" deyən olmayıb. Səbəbini bilmirəm. Amma bəzi təxminlərim var, Axı Azərbaycanda ancaq kiçik oğruları tuturlar. Yəqin ki, Zakir Sultanov tez "böyüyüb" keçmiş müdiri kimi böyük oğru olsaydı, onu da tutmazdılar...

Ötən ay məhbəsdən çıxmış bir tanışımla görüşdüm. Bir az ordan-burdan danışandan sonra dedi ki, türmələr toyuq oğruları ilə doludur. Adam insanların ehtiyac üzündən bu yolda düşdüyünü deyib, hətta onlara haqq qazandırmaq istəyəndə, mübahisə etdik. Hər kəs öz fikrində qaldığı üçün söhbətimizdən bir nəticə hasil olmadı.

Əbülfəs Qarayevin də adı keçdiyi istintaq materialları ilə tanış olandan sonra o adama az da olsa haqq verdim. Təəssüf ki, reallıq belədir: İki toyuq oğurlayan türmədə küllənir, 2,5 milyon oğurlayan villada şellənir...

Seymur VERDİZADƏ

Xəbər 5200 dəfə oxunub.




25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +