“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


09.12.2022  12:02 

Cümə söhbətləri... - İMAN





A+  A-

Bir çox alimlər buyurmuşlar ki, insanı (hansı halda olmasından asılı olmayaraq) idarə və islah edən yeganə amil imandan ibarətdir. Ümumiyyətlə iman üç hissəyə bölünür.

1. Dildə iman gətirmək.

Alimlər dildə iman gətirməyin insana heç bir fayda vermədiyini söyləmişlər. Çünki, insanın ağılda və qəlbdə Allaha imanı olmazsa dildə iman gətirməyin ona heç bir faydası yoxdur.

2. Ağıl vasitəsi ilə iman gətirmək.

Bəzi alimlər buyurmuşlar ki, ağlın vasitəsilə iman gətirərsə bu iman insanı idarə və islah edə bilər. Bu iman elm vasitəsilə insan üçün hasil olur. Ağılda olan iman dəlil və sübutlardan ibarətdir və fəlsəfə elmində ona elm deyilir. Yəni dəlil və sübutlarla insana hasil olan iman elm adlanır. Məsələn; İnsan Allahın varlığı, peyğəmbərin peyğəmbərliyi, imamın imaməti və qiyamət barəsində olan elminə ağıl vasitəsi ilə iman gətirməsi deyilir. Bunların hamısı üsuli dinə aiddir ki, bu da əqli dəlillərin vasitəsilə sübut olunur. Məsələn, nizam-intizamın sübutu əqli dəlillə öz yerini tapır və bu sübutun vasitəsilə insan başa düşür ki, bütün aləmi, nizam-intizamı, yaradan mütləq şüurludur, yəni Allahdır. Beləliklə də ona iman gətirir. İnsanda olan bu imana əqli iman, fəlsəfədə isə elm deyilir.

3. Qəlbi iman.

Fəlsəfədə bu iman mərifət adlanır. Qəlbi iman insanın qəlbinə nüfuz edən bir inamdır. Yəni insan öz qəlbində Allahın ona hakim olmasını və harada olmasından asılı olmayaraq Allahı ona nəzarət edən bir qüvvə olmasını dərk edir. Bütün alimlər bildirmişlər ki, insanın harada və ya hansı halda olmasından asılı olmayaraq onu düz yola yönəldən yeganə amil Allaha qəlbən iman və inam bəsləməsidir. İnsanın ağıl vasitəsilə ələ gətirdiyi iman onu hər yerdə və hər halda bütünlüklə idarə və islah etmək imkanına malik deyildir. Doğrudur, ağıl vasitəsilə ələ gələn iman insanı bəzi hallarda hidayət edə bilər, lakin insanın daxilində qərizələrin tüğyan etdiyi zaman insanın əqli imanı onu idarə və islah etməyə qadir olmur. Məsələn, siqaretin insan üçün ziyanlı olmasını hamı bilir və həkimlər də siqaret barədə öz mənfi nəzərlərini bildirmişlər. Lakin bəzən görünür ki, siqaretin ziyanlarını bilən həmin həkimin özü siqaret çəkir. Yaxud yanacaq doldurma məntəqəsində “Siqaret çəkmək qəti qadağandır” sözü yazılır. Lakin onu ora yazıb vuran şəxsin elə oradaca siqaret çəkdiyi müşahidə olunur. Onun öz yazdığı söz onu idarə və islah edə bilmir. O bilir ki, burada siqaret çəkmək böyük bir faciəyə səbəb ola bilər. Lakin ağıl vasitəsilə ələ gətirdiyi bu iman onu idarə və islah etməkdə aciz qalır.

Ümumiyyətlə insanı hər bir halda hidayət edən və tənzimləyən yeganə amil qəlbən insana hasil olan imandır. Ona görə də biz dualarda belə oxu-yuruq:

“İlahi! Mən səndən elə bir iman istəyirəm ki, həmişə mənim qəlbimdə olsun”.
Hz. Əli (ə): “Gizlində də olsa belə Allaha günah etməkdən çəkinin! Çünki, sizə şa-hid olan Allah Özü Qiyamət günü sizə hakim olacaq”.


Qəlbi iman insanı həm gizli, həm də aşkarda günahlardan qoruyub islah edə bilər. Çünki insan gizlicə günah etmək istədikdə qəlbində Allaha olan iman onu günah etməyə qoymur. Allah insanın harada və hansı halda olmasından asılı olmayaraq onun bütün əməllərini görür və ürəyindən nə keçdiyini bilir. Məsələn, sürücü yolda polisin olmamasından istifadə edib yol hərəkəti qaydalarını pozur. Əgər polis onun yanında olarsa, heç vaxt yol hərəkəti qaydalarını pozmaz. Çünki bilir ki, polis ona nəzarət edir. Əgər qaydanı pozarsa, onu cərimə edəcək.

İnsan harada olursa olsun Allahı öz daxilində ona nəzarət edən qüvvə kimi bilməlidir. Belə ol-duqda insan heç vaxt qayda-qanunu pozmaz və onun üçün təyin olan həddləri aşmaz.

İmam Sadiq(ə): “Qəlb Allahın evidir. Allahdan başqasının ora daxil olmasına icazə verməyin".

Əgər insan Allahdan başqası üçün öz qəlbdə yer etməsə heç vaxt günah etməz və Allah onun yadından çıxmaz.

Hədis: "Mömin (imanlı şəxs) ağır dağa bənzər, hər əsən külək, yağan yağış onu yerindən tərpədə bilməz”.

Yağış dağa yağdıqda onun üzərindən qumları və xırda daşları təmizləyər, lakin dağın özünü yerindən oynada bilməz. Dağın üzərində aylarla qar olur, lakin dağ öz yerində olduğu kimi qalır. Mömin möhkəm dağa bənzər ki, heç bir şey onu imanından döndərə bilməz. Əgər insanın imanı möhkəm olarsa onu imandan döndərmək heç zaman mümkün olmaz və o, Qurandan əl götürməz.

Əbdül Məlik ibn Mərvanın Allaha əqli inamı var idi və əqli dəlillərlə Peyğəmbərin peyğəmbərliyini və məadı dərk etmişdir. O məsciddə çox ibadət etdiyinə görə və çox Quran oxuduğuna görə ona məscid göyərçini deyirdilər. Bir gün Mərvan məsciddə əyləşib Quran oxuyurdu. Bir nəfər gəlib onun vəzifəyə seçildiyi xəbərini verdikdə, o Quranı yerə qoyub dedi: “Ey Quran bu günə qədər mənimlə idin, lakin bu gündən sonra səndən ayrılmalı olacağam”.

Əbdül Məlik Mərvan vəzifə başında əyləşdikdən sonra hər şeyi yaddan çıxardı və İslamın böyük düşmənlərindən biri oldu. Onun Allaha qəlbən imanı olmadığından belə işlər gördü. Əgər onun Allaha qəlbən imanı olsaydı heç vaxt haqq yoldan azmazdı.

Tarixdə elə şəxsiyyətlər də olmuşdur ki, onların qəlbləri Allah məhəbbətilə dolu idi. Belə şəxsiyyət-lər qiyamət gününə qədər yaşayacaq və dillər əzbəri olacaqlar. O şəxsiyyətlərdən biri İmam Əli(ə) idi. Camaat onu özlərinə rəhbər seçmək üçün onun qapısına yığışdılar. İbn Abbas deyir: Mən evə daxil olanda Əli (ə)ın öz çarıqlarını yamadığının şahidi oldum.
Dedim:

- Ya əmirəl-möminin camaat səni özlərinə rəhbər seçmək üçün qapıya yığışıblar. Sənsə evdə əyləşib çarıqlarını yamayırsan?

İmam Əli (ə) çarıqları cütləyib yerə qoydu və məndən soruşdu:

- İbn Abbas, bu çarıqlara nə qədər qiymət verərsən?

Dedim:

- Bu ayaqqabıların qiyməti çox azdır, onları heç bir dirhəmə də almazlar.
İmam Əli(ə) buyurdu:

- Ey ibn Abbas! And olsun Allaha ki, bu çarıqlar mənim üçün rəhbərlik vəzifəsindən daha da qiymətlidir. Lakin mən rəhbərliyi məzlumların haqqını zalımlardan almaq üçün qəbul edirəm.

Həzrət Əlidə(ə) olan bu iman qəlbi iman idi. Belə bir iman insanda olarsa, bu iman insanı hər bir yerdə günahlardan qoruyub saxlayar və onu hidayət edər. İmam Əli(ə) xəlifə olanda da, olmayanda da Allaha ibadət edərkən ağlamağın şiddəti nəticəsində ürəyi gedərdi. Əli (ə) Allaha yalnız Onun Özünə xatir və Ona olan məhəbbətinə görə ibadət edərdi. O Həzrət Allahla münacat edərkən belə deyərdi:

“İlahi, mən Sənə Cənnətə getməyə və Cəhənnəmin əzabından nicat tapmağıma görə ibadət etmirəm. Mən yalnız Sənin özünə görə iba-dət edirəm. Çünki yalnız Sən ibadətə layiqsən”.

Həzrət Əli(ə) yalnız Allahın razılığı olan işləri görərdi. Həyatı boyu yalnız Allah razılığını qazanmaq üçün çalışmışdı. Yaşlı qadın su apararkən səhəngi ondan alıb kömək edər, yetimlərin başına əl çəkib onların qayğısına qalar, kasıblara əl tutar və bu kimi işlərlə Allah razılığını qazanardı. Hamı bilirdi ki, Əli(ə) harada olsa haqq da oradadır.

Hz. Peyğəmbər (s)ın onun barəsində buyurmuşdu:

“Əli haqq ilədir və haqq da Əli ilə.”

Bir qrup müsəlmanlar Peyğəmbər (s) hüzurunda idilər.

Hz. Peyğəmbər (s) Əli (ə)ın əlindən tutub buyurdu: “Harada olmasından asılı olmayaraq Əli (ə) Quranladır və Quran da Əli ilə”.

Hz. Əli (ə)a baxarkən sanki Quran ayələri gözə görünürdü. Quran ayələri o Həzrətin simasında təsəvvür olunurdu.

İmam Hüseyn (ə) Əli (ə)ın oğlu idi. O da öz işlərini yalnız Allahın razılığını və Allah dininin diri qalması üçün görərdi.

İmam Hüseyn(ə) buyurdu: “Əgər Mühəmməd (s)in dini mənim ölümümlə diri qalacaqsa, onda ey qılınclar doğrayın məni!”

Qəlbində Allaha imanı olan şəxslər öz razılığını yox, yalnız Allahın razılığı olan işlərə can atar və o işləri görərlər. Hansı işdə Allah razılığı olarsa, o işin öz mahiyyətində olmalıdır.

Məcnunun Leyliyə olan məhəbbətinə nəzər salanda görürük ki, Məcnun Leyliyə görə hər şeyi qurban verməyə hazır idi. Əgər Leyli od-alovun içində belə olsaydı Məcnun da özünü odun içinə atmağa razı idi. Çünki Məcnun Leylini ürəkdən istəyirdi. Əgər insan bir şeyi ürəkdən istəyərsə onun üçün heç bir çətinlik olmaz.

Bilal Həbəşi Allaha qəlbən iman gətirdi. Ona nə qədər əzab-əziyyət verdilərsə yenə də Allahı səsləyirdi. Çünki, o Allaha ürəkdən iman gətirmişdi.

Bu bəhsdə biz “insanı idarə və islahedici amillərlə” qısa da olsa belə tanış olduq və bildik ki, insanın qəlbində Allaha inam və iman olmazsa o biri amillər insanı tam şəkildə idarə və islah edə bilməz. Növbəti sayımızda isə biz islahedici amillərin hər biri barədə geniş bəhs edəcəyik.

T.Abbaslı
XəzərNews.az

Xəbər 4489 dəfə oxunub.




14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb


BÜTÜN XƏBƏRLƏR +