“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


07.04.2022  13:23 

Bu status nədən doğdu?





A+  A-

Hakimiyyət-müxalifət formatı əslində Qərb praktikasında tətbiq olunan dövlət idarəetmə formasıdır. Həmin ölkələrdə elə təəssürat yaradılır ki, guya bu iki cəbhə arasında kəskin ziddiyyət var və onlar çox ciddi rəqabət aparırlar. Əslində isə həm iqtidarlar, həm də müxalifətlər həmin dövlətin alt yapısını, yəni bazasını, sütununu təşkil edən iri maliyyə oliqarxiyasına, böyük bank-maliyyə şəbəkələrinə, dövlətin siyasi xəttini, prioritetlərini müəyyən edən multi-milyarder şirkətlərə, varlı elitaya bağlı olurlar. Yəni onların xeyir-duası olmadan kimsə nə iqtidar ola bilər, nə də müxalifət.

Məsələn, ABŞ-da siyasi meydanı ona görə iki partiya inhisara ala bilib ki, digərlərini həmin meydana buraxmırlar. Tutaq ki, Amerika Kommunist partiyasının xalq arasında nə qədər böyük dəstəyi olsa da, o, seçkilərdə ciddi uğur qazana bilməz. Çünki sözügedən dairələr buna imkan verməzlər və onlar hələ ki, çox güclüdürlər.

Bu mexanizm Avropanın da bir çox ölkələrində işləkdir. Ancaq ABŞ-dan başqa bütün ölkələrin iqtidar və müxalifətlərinə kənardan da təsir var. Kənar təsir də elə Amerikadandır. Yəni ABŞ-dakı trilyonerlər və milyarderlər öz ölkələri ilə yanaşı, dünyanı da idarə edirlər. Harada ki, sözləri keçmir, kimə ki, dişləri batmır, onu devirir, başqasıyla əvəz edir, yaxud devirməyə çalışırlar. Özü də bunu həmin ölkənin xalqının adından, onun əliylə, guya onun istəyi ilə edirlər. Giya xalq demokratik seçki keçirərək, yaxud rəngli inqilab edərək, "diktatoru" devirir, əvəzinə "demokrat" birini gətirir. Əslində isə, amerikanların və ingilislərin sözünə baxmayan dövlət başçısını devirir, yerinə özlərinə sərf edən, daha üzüyola, daha yaxşı baş əyən, daha çox xərac verən, onlara öz ölkəsində daha yaxşı şərait yaradan, onların zir-zibilini daha çox alan, onlara daha çox və daha ucuz təbii sərvət verəni gətirirlər.

Onlar bu işi dünyanın hər yerində görürlər: Avropada, Afrikada, Cənubi Amerikada, Afrikada, ərəb ölkələrində, post-sovet respublikalarında, Əfqanıstanda, Pakistanda, Şərqi Asiyada, Birmada, bir sözlə, hər yerdə.

Ukraynada baş verənlər də bu proseslə bağlıdır. Onlar Ukraynada bir neçə dəfə özlərinə sərf etməyən hakimiyyəti devirib, yerinə öz adamlarını qoyublar. Kravçuk, Yuşşenko, Poroşenko və Zelenski birmənalı Amerika kadrlarıdır.

ABŞ Ukraynada bütün istədiklərinə nail olduqdan sonra Rusiyaya keçəcək və ona tam tabe olmaq istəməyən Putini devirib, yerinə öz adamını gətirəcəkdi. Ona görə "tam tabe olmaq istəməyən" yazıram ki, Putin Qərbə qarşı loyal idi və onunla ləyəqətli şərtlərlə işləmək istəyir, onlara amerikalı tərəfdaşlarımız deyirdi. Ancaq bu, Amerika lotularını qane etmədi. Kərbəlayı demişkən, dedilər, namusunu da ver, qeyrətini də, papağını da... Putin də vermək istəmədi və dedi ki, ölmək-ölməkdirsə, xırıldamaq nə deməkdir. Öləcəyiksə, sizi də özümüzlə aparacağıq...

Bu status nədən doğdu? Bəzi dostlar tez-tez ölkəmizdəki həqiqi və yalançı müxalifətdən danışırlar. Guya ki, məsələn, Əli Kərimli gerçək müxalifətdir, nə bilim, Qüdrət Həsənquliyev cib müxalifəti. Yaxud Müsavat həqiqi müxalifətdir, amma Böyük Quruluş yalançı müxalifət. Qətiyyən belə deyil, əzizlərim, son dərəcə yanılırsınız. Bizdə bütün dünyada olduğu kimi, Amerikanın, Qərbin müxalifəti var, bir də onların olmayan müxalifət.

Birincilər pulu, dəstəyi, gücü, hər şeyi Qərb dairələrindən aldıqları üçün, hakimiyyət onlara alternativ olaraq ikincini yaradıb ki, özünü qorusun.

Mən şəxsən hakimiyyəti bu məsələdə haqlı sayıram və hesab edirəm ki, yaxşı müxalifət elə öz hakimiyyətimizlə işləyən, dil tapan, ortaq məqamlar tapmağa çalışan müxalifətdir.

Mən başa düşürəm, xalqın hökümətdən, məmurlardan narazılığı var və bu səbəbdən onu sərt tənqid edənləri dəstəkləməyə həvəs göstərir. Ancaq inanın, o ağzından od tökən Əli Kərimli bizə heç nə verə bilməz. O bizim adamımız deyil axı. Onu Amerika yalnız bir halda gətirə bilər: onların maraqlarını İlham Əliyevdən daha yaxşı təmin etmək üçün. Bu isə heç bir halda Azərbaycan xalqının mənafeyinə uyğun deyil.

İqtidarı dəstəkləməyənlərin, sevməyənlərin onun müxalifətinə dəstək verməsini, onu gücləndirməsini məqbul sayıram. Çünki onlar da bir qədər yumşaq formada olsa da, problemləri səsləndirir, həll yolları göstərirlər. Sadəcə gücləri az olduğu üçün nəticə əldə olunmur. Bunun üçün məhz xalqın, sizin dəstəyiniz lazımdır. Əgər bu dəstək güclənsə, hakimiyyət də bununla hesablaşacaq, məmurlar da. Hətta Prezident də özünü daha güclü hesab edəcək, xarici təzyiqlərdən çəkinməyərək, bütün gücünü, potensialını ölkənin problemlərinin həllinə yönəldə biləcək.

Bizə həqiqətən kürsüləri kimin tutması yox, öz yaşayışımız, güzəranımız, ləyaqətimiz önəmlidir. Qərbin demokratiya oyunu bizə yox, onun özünə xidmət edir. Ölkə başçısı hər dörd-beş ildən bir dəyişməlidir, nə bilim, xalqın səs verdiyi şəxs prezident olmalıdır, deputatı xalq seçməlidir və s. Bəli, bunlar yaxşı şeylərdir. Ancaq real deyil.

Qərbdə bunlar ona görə mümkün olur ki, onlarda heç bir prezidentin, baş nazirin əində real hakimiyyət yoxdur. Onların hamısı icraçıdırlar, pərdə arxasında olanların əmrlərini yerinə yetirirlər. İri maliyyə dairələrinə bağlığı olmayan kimsə deputat ola bilməz. Xalqı istədikləri kimi oynadır və istədikləri cür səs veridirirlər. Yaxud elə oyun qururlar ki, namizədlərin çoxu öz adamları olur və onların içindən birini seçdirirlər.

Biz yaxşı, ləyaqətli yaşamaq üçün öz sistemimizi qurmalıyıq. Qərb demokratiyası bizə yaramır. Görürsünüzmü, Çində Qərb demokratiyası yoxdur, amma necə lazımdır, inkişaf edirlər. Biz də edə bilərik...

Nadir Qocabəyli

Xəbər 8251 dəfə oxunub.




14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb


BÜTÜN XƏBƏRLƏR +