13.06.2019 15:43
Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayrağı hazırlandı
Azərbaycan sərhədçiləri 15 iyun - “Milli Qurtuluş günü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.
Dovlət Sərhəd Xidməti tərəfindən bu münasibətlə 12 iyun 2019-cu il tarixdə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib.
XəzərNews.az xəbər verir ki, dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayrağımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər heyət çiyinləri üzərində daşıyıb.
Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sərhədçi süvariləri müqəddəs dövlət bayrağımızı başları üzərində ucaldıblar.
Yürüş boyu yerləşdirilmiş zirehli döyüş texnikalarında dövlət bayrağının dalğalandırılması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərənnüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.
Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri ulu öndər Heydər Əliyevin uca xatirəsinə və milli dövlətçilik ənənələrinə sadiqliklərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdışı ilə ulu öndər Heydər Əliyevin qısa zaman ərzində ölkədə sabitliyi bərpa etməsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qоrumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsini böyük qürur hissi ilə qeyd dib.
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqlarımızı azad etməyə, işğal altında olan dövlət sərhədlərini mühafizəyə götürməyə və bütün dövlət sərhədlərimiz boyu şanlı dövlət bayrağımızı ucaltmağa sərhədçi əzminin ifadəsi olub.
Bu bayram gününün təntənəsini sərhədçilərlə birgə yaşayan hərbi qulluqçuların ailə üzvləri sərhədçilərin əzəmətli bayraq yürüşünü böyük ruh yüksəkliyi ilə qarşılayıb, Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, “Nur” vokal-instrumental qrupunun kollektivləri bayram gününə və bayraq yürüşünə həsr olunmuş konsert proqramı ilə şəxsi heyət qarşısında çıxış ediblər.
Xəbər 1541 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|