02.08.2017 17:25
Bakıda qanunsuz sahibkarlıq faktları aşkarlanıb
Bakı şəhərində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi orqanlarında qeydiyyata durmadan qanunsuz sahibkarlıqla məşğul olma faktları aşkarlanıb.
Vergi Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, vergi orqanları tərəfindən iyul ayının 24-də Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, Köndələn eninə 4-cü küçə, ev 1 ünvanında yerləşən ümumi sahəsi 2000 kv.m. olan mebel sexində vergi nəzarəti tədbirləri keçirilib. Nəzarət tədbirləri zamanı həmin obyektdə Türkiyə vətəndaşı Uğur Safi Mustafa tərəfindən vergi orqanında uçota durmadan mebel istehsalı fəaliyyəti ilə məşğul olunduğu və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilib.
Uğur Safi təqdim etdiyi izahatında bu fəaliyyətlə vergi orqanında uçota durmadan məşğul olduğunu, eləcə də 16 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb etdiyini bildirsə də, götürülmüş sənədlərə əsasən müəyyən olunub ki, həmin obyektdə təkcə istehsalla əlaqədar işlərə 31 nəfər əmək müqaviləsiz işçi cəlb edilib. Obyektdə olan işçilər nəzarət tədbirini həyata keçirən vergi orqanı əməkdaşlarına izahat verməkdən boyun qaçıraraq obyekti tərk etsələr də, sonradan vergi orqanlarının uçot-baza məlumatlarına əsasən həmin işçilərin şəxsiyyətləri müəyyən edilib.
İyul ayının 25-də həmin ərazidə keçirilmiş növbəti vergi nəzarəti tədbiri zamanı Uğur Safiyə məxsus olan vergi orqanında uçotda qoyulmamış daha 2 mebel istehsalı sexi (sahələri müvafiq olaraq 1000 kv.m və 900 kv.m olmaqla), sahəsi 60 kv.m. olan mebel aksesuarları anbarı, sahəsi 180 kv.m. olan köhnə mebellerin saxlanıldığı anbar, 2 hazır məhsul saxlama anbarı (sahələri müvafiq olaraq 700 kv.m. və 600 kv.m. olmaqla) və 3 otaqlı ofis müəyyən edilib. Qeyd olunan obyektlərdən 2 ədəd kompüter və xeyli sayda qara mühasibatlıq sənədləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülərək müvafiq aktla rəsmiləşdirilib. Qeyd olunan obyektlərdə keçirilən vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 701,0 min manat dəyərində (270,0 min manat dəyərində avadanlıq, 240,0 min manat dəyərində hazır mebel məhsulları, 191,0 min manat dəyərində isə xammal materialları) uçotdan gizlədildiyi müəyyən edilib, sənədsiz mallar aşkar edilərək müvafiq qaydada rəsmiləşdirilib.
Aparılmış araşdırmalar zamanı, Uğur Safinin digər bir Türkiyə vətəndaşı Zengin Hakanla ticarət əlaqələri təhlil edilib və Uğur Safinin sözügedən mebel sexində istehsal olunan mebelləri heç bir sənəd təqdim etmədən, satış dövriyyəsini uçotdan gizlədərək Zengin Hakana təqdim etdiyi müəyyən edilib. Sonuncu isə öz növbəsində, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, ev 41a ünvanında yerləşən ona məxsus “VİVA-RİVA” adlı mebel mağazasında həmin malların satışını həyata keçirib. İyul ayının 28-də Zengin Hakana məxsus “VİVA-RİVA” adlı mebel mağazasında keçirilən vergi nəzarəti tədbiri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işləri (xidmətləri) yerinə yetirildiyi, habelə 90 min manat dəyərində uçotdan gizlədildiyi müəyyən edilib, sənədsiz mallar aşkar edilərək müvafiq qaydada rəsmiləşdirilib.
Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Uğur Safi qanunsuz olaraq fəaliyyət göstərdiyi mebel sexini "Azinşaat Servis" Açıq Səhmdar Cəmiyyətindən müvafiq icrarə müqaviləsinə əsasən icarəyə götürüb. Obyektin faktiki sahəsi 5000 kv.m-dən çox olmasına baxmayaraq, icarə müqaviləsində 1000 kv.m., aylıq icarə haqqının faktiki məbləği isə 4500 manat olmağına baxmayaraq, müqavilədə 1400 manat kimi rəsmiləşdirilib.
Sözügedən ünvanda icarəyə verilmiş obyektlərdə aparılan vergi nəzarəti tədbirləri zamanı “Azinşaat Servis" ASC tərəfindən bir sıra vergi ödəyicilərinin həmin obyektlərdə qanunsuz sahibkarlıqla məşğul olması faktları da aşkar edilib. Belə ki, Qurbanov Saleh Vəzir oğlunun ayaqqabı istehsalı sexində, Vəliyev Rəşad Tahir oğlunun dəmir profil istehsalı sexində, Heydərov Vusal Şahin oğlunun taxta qapıların boyadılması sexində vergi orqanında uçota durmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları, habelə İbrahimov Kamran İbrahim oğlunun taxta qapıların istehsalı sexini, Dəmirov Sübhan Kamran oğlunun döşək istehsalı sexini, Tağıyev Əli Teyyub oğlunun isə istehsal sexini vergi orqanında uçota qoymadan sahibkarlıq fəaliyyəti göstərdikləri aşkar edilərək həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Qeyd olunanlarla əlaqədar, Uğur Safi Mustafanın, eləcə də Zengin Hakan və "Azinşaat Servis" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə qeyd olunan sahibkarlıq subyektlərində səyyar vergi yoxlaması həyata keçirilir, yoxlamanın nəticəsinə dair aşkar olunan cinayət əməlləri üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-istintaq təbdirləri aparılacaq.
Vergilər Nazirliyi vergi əməliyyatlarında şəffaflığın təmin edilməsi, o cümlədən, vergi orqanında uçota durmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, mallarını və pul vəsaitlərini uçotdan gizlədən, habelə dövriyyələrini gizlədərək vergidən yayınan şəxslərin aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, qanun pozuntularına yol verilməsi və vergidən yaynma hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirlər
Xəbər 1555 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|