Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


13.10.2023  14:58 

Bunların yeri elə yataqdır, də! - Xeyrəddin Qoca TV-ləri tənqid etdi





A+  A-

“O buna deyir ki, "səni yataqda tutdum", bu ona deyir ki, "mən də səni yataqda tutdum"! Nə deyəsən, bunların yeri elə yataqdır, də!

Bunu başa düşdük, bəs, yataq adamlarının televiziyada nə işləri var? Vallah-billah, biabırçılıqdır! Bunları televiziyalara niyə buraxırlar? Niyə televiziyaları "yataq yerlərinə" çevirirlər?”

Xəzərnews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a tanınmış yazıçı-publisist Xeyrəddin Qoca deyib.

Günlərdir mətbuatda manşetə çevrilən müğənni Nüşabə Musayeva ilə xalası arasında gedən “yataq qalmaqalı”na münasibət bildirən yazıçı bunu biabırçılıq adlandırıb:

“Televiziyaların rəhbərləri, bunları görmürsünüz, eşitmirsiniz? Sizdən başqa hamı görür, eşidir, axı! Sizin əvəzinizə başqaları utanır, başqaları xəcalət çəkir! Ayıb deyil? Məqsədiniz nədir? İnsanları onlar kimi yaşamağa çağırırsınız! Baş tutmayacaq! Millət şərəfli millətdir, millət namuslu millətdir! İçərisində əlbəttə, zir-zibil də var! Millət sizsiz həmin zir-zibildən can qurtarmaq istəyir! Zir-zibili süpürüb atmaq istəyir! Amma sizlər dayanmırsınız, ölkədə nə qədər iyrəncliklər var, xalqa tərəf "püskürdürsünüz! Çörəyinizi belə qazanırsınız? Bu qədər nifrətin, qarğışın, söyüşün müqabilində o çörəyi necə yeyirsiniz? Ər-arvad düşüblər ortalığa, şit-şit deyib-gülürlər, əttökən hərəkətlərlə camaatın ətini tökürlər! Bütün gün belələrinə ekran verilir! Ekran sizin dədənizin, babanızındır ki?”

O, teleaparıcıları da tənqid atəşinə tutub:

“Ağızlarının sözünü danışa bilməyənlər gecə-gündüz ekranlardadırlar! Küçə adamları, gədə-güdələr bu televiziyadan çıxıb, o birinə gedirlər! Eyni sifətləri nə qədər görmək olar? Hörmətli tamaşaçılar bilmirlərsə, deyim: İndi abırlı adamlar nadir hallarda televiziyalara gəlirlər. Adam tapılmadığı üçün, daim "öz adamlarını" dəvət edirlər. Necə deyərlər, "qazanc özümüzə qalsın"! "Oxuyanlar", müğənnilər yox ha, "oxuyanlar" səviyyəsiz toylardan, səs-küydən ibarət yığıncaqlardan qazandıqları pulların bir hissəsini gətirib "tökürlər" televiziyalara! Tənqid edənlərə də deyirlər ki, "dövlət müstəqil televiziyalara pul ayırmır, bəs, televiziyanı necə saxlayaq! Saxlamayın, bağlayın, bizə belə televiziyalar lazım deyil! Daha yazmayan, deməyən qalmayıb, sizin vecininizə deyil! Ey televizionşiklər, eşidirik, deyirsiniz ki, "xoşun gəlmir, baxma". Şəxsən mən sizin eybəcər verilişlərinizin heç birinə baxmıram! Mətbuatdan oxuduqlarımdan, eşitdiklərindən bilirəm ki, nə gündəsiniz!!!”

X.Qocanın sözlərinə görə, telekanallarda olan şou xarakterli verilişlər uğursuzdur:

“Biz televiziyalarda işıqlı adamları görmək istəyirik ki, gözümüz sevinsin! "Şou biznes" dediyiniz verilişlərə çıxardıqlarınızın heç birinin şoudan-filandan xəbərləri yoxdur! Yalnız bir məqsədləri var, özlərini göstərsinlər, toy tutsunlar, özləri kimilərindən pul qazansınlar! Biz axı, başqa ölkələrin də şou verilişlərinə baxırıq. Hər verilişin bir məqsədi, ideyası olur. Şou verilişləri lağlağı etmək, hır-hır hırıldayıb bir-birinə söz atmaq üçün deyil, axı!

Televiziyalar evlənmək, boşanmaq yeridir? Kişi arvadından şikayət edir, arvadı ərindən! Məncə, arvadından şikayət edən, onun eyiblərini bütün ölkəyə bildirən kişi "kişi", ərini ekranlarda rüsvay edən qadın da "qadın" deyil! Bir də onların ailə məsələlərinin tamaşaçılara nə dəxli var? Aparıcılar və "ekspert" dedikləri də özlərini müstəntiq kimi, hakim kimi aparırlar! Hansı ki, onların bəzilərinin heç ailəsi də yoxdur, tamaşaçılara "ailə dərsi" verirlər! Utanıb-qızarmırlar da!

Verilişlərin çoxunun mövzusu qardaş ölkədən götürülür, şit, bayağı şəkildə Azərbaycan tamaşaçılarına təqdim olunur. Elə verilişlər var ki, musiqisini də qardaş ölkədən götürürlər. Məsələn, "Kim milyonçu olmaq istəyir?" Verilişin adının özü gülüncdür, mənasızdır! Kim milyonçu olmaq istəməz ki?

Aparıcıların Azərbaycan dilində səlis, mənalı, məzmunlu danışa bilməmələri də biabırçılıqdır!

Yüngül xasiyyətli, ətli-canlı qadınların televiziyalarda ortalığa düşüb əzalarını tərpədə-tərpədə oynamaları lap biabırçılıqdır! Hansı birini deyək?”

Xəbər 1391 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +