Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


13.10.2023  12:16 

Azərbaycan bu xəstəliyə görə dünyada ikincidir - SOS





A+  A-

Ürək-damar xəstəliklərindən ölənlərin sayına görə Azərbaycan dünyada ikincidir — Hökumət addım atmalıdır!

"World of Statistic" ürək-damar xəstəliklərindən ölənlərin sayına görə hesabat açıqlayıb. Azərbaycan ikinci yerdədir. Dünüşürəm ki, real və dəqiq hesabatdır.

Azərbaycanda dərin ümidsizlik hökm sürür, heç kəsin sabaha ümidi, inamı yoxdur. Pulu olan da, olmayan da özünü bədbəxt hiss edir. Ani də olsa, xoşbəxt olmaq mümkün deyil, bütün perspektivlər dəfn olunub.

Azərbaycan hökumətinin cəmiyyət üzərindəki klassik "sıfırlama metodologiyası"nın uğurları:

- Yüksək faizli bank kreditləri insanların azadlığını, yaşamaq hüququnu, xoşbəxt olmaq üçün atdığı bütün addımları bloklayıb

- Məhkəmə-hüquq sisteminə qarşı bərpası mümkün olmayan inamsızlıq var, bütün məhkəmələr və hakimlər rüşvətlə işləyirlər

- Ölkədə hər gün 40-45 ailə boşanır. Boşanmaların əsas səbəbləri işsizlik və sosial problemlərdir.

- İntellektli insnalar, xüsusilə də, gənclər ölkəni sürətlə tərk edirlər. Ağlı başında olan heç kəs bu ölkədə qalıb məhv olmaq istəmir. Türkiyəyə və digər ölkələrə ali təhsil almaq üçün yollanan gənclər öz ölkəsinə deyil, işləmək üçün başqa ölkələrə üz tuturlar.

- Məmurların, varlı ailələrin və onların ailə üzvlərinin bahalı həyatı, villalarının, maşınlarının, şirkətlərinin nümayişkəranə təqdimatı gənclər arasında dərin ruh düşkünlüyü yaradıb, bir çox hallarda ölkədə baş verən intiharların da əsas bazasını məhz bu amil təşkil edir

- Narkomaniyanın və narkotik maddələrin satışının cəmiyyət üzərində təntənəli qələbəsi... Nəinki işsiz insanlar, hətta saysız-hesabsız dövlət məmurları narkotik maddələrdən asılı vəziyyətə düşüblər.

Bir çıxış yolu mütləq olmalıdır, mütləq! Cəmiyyəti bu qədər təhqir etmək olmaz, ölkədə elə bir qapı yoxdur ki, qulağını söykəyib xoş söz eşidəsən... İnsanlar dəli kimi küçələrə axışıblar, hər gün yüz minlərlə insan şəhərdə fırlanır, nə elədiyini bilmirlər. Döyüləsi qapı, ümid ediləsi qurum qalmayıb. Hökumət xalqı bu ağır stressdən çıxarmağın yollarını düşünməlidir. Qarabağ eyforiyası elə də uzun müddətli olmayacaq.

Samir Feyruzov

Xəbər 1091 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +