Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


10.10.2023  18:10 

Artromed klinikasında təhlükəli burun əməliyyatı - Video





A+  A-

Artromed Tibb Mərkəzində burnunu əməliyyat etdirən Məmmədova Günel Kəmaləddin qızı gözlənilməz nəticə ilə üzləşib.

Xəzərnews.az xəbər verir ki, Günel Məmmədova Reportyor.info-ya bildirib ki, sözügedən tibb ocağının İdrak Əhmədov adlı həkimi burun əməliyyatı adı altında onun tənəffüs və iybilmə orqanını ciddi şəkildə zədələyib: “8 sentyabr 2022-ci ildə burnumdan əməliyyat olundum. Əməliyyatı İdrak Əhmədov adlı həkim edib.

Əməliyyatdan sonra burnumda müəyyən problemlər yarandı. 5 ay sonra isə burnum demək olar ki, sıradan çıxdı. Burnumda şiş əmələ gəldi. İdrak Əhmədov çözüm kimi burnuma iynə vurdu. Bu iynədən sonra isə burnum daha da pis vəziyyətə düşdü. İdrak Əhmədovdan burnumu yenidən əməliyyat etməsini tələb etdim. Lakin həkim yenidən əməliyyata razı olmadı. Mən əməliyyat haqqı olara 4500 manat ödəmişdim. Bu halda pulumu geri istədim. Bununla bağlı klinikanın rəhbərliyinə şikayət etdim. Estetik cərrahiyə şöbəsinin müdiri Mais həkim dedi ki, problem həllini tapacaq, yəni pulum geri qaytarılacaq. Onun sentyabrın 25-nə qədər pulumun qaytarılacağını bildirdi”.

Şikayətçinin sözlərinə görə, Mais həkim verdiyi vədə əməl etməyib. “Pulumu qaytarmadılar. Əksinə, həkimlər birləşib məni təhqir etdilər”, – deyə Günel Məmmədova bildirib.



O, saytımız vasitəsilə Baş Prokurorluğa müraciət edərək məsələ ilə bağlı tədbir görülməsini xahiş edir.

Ayrıca, Günel Məmmədova məsələ ilə bağlı prokurorluğa videomüraciət edib. Həmin videonu da oxuculara təqdim edirik.

Sonda qeyd edək ki, Reportyor.info Günel Məmmədovun iddiaları ilə bağlı Artromed Tibb Mərkəzinə sorğu göndərib. Üzərindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq sorğuya cavab verilməyib.



Xəbər 3601 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +