Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


21.06.2023  18:24 

Sən dövlətsən, o adamlar isə cinayətkar deyil...





A+  A-

Yenə başlayıblar Gədəbəydə baş verən hadisənin arxasından xarici faktor axtarmağa. Guya bu insanları xaricdən qızışdırırlar. Qardaş, o ana Azərbaycan xalqıdır. O, nə bilir Qərb haradır, Şərq haradır, ABŞ haradır. Yəqin ki, ABŞ prezidentləri arasında bircə Obama yadlarında qalıb. O da qara dərili olduğuna görə. Obamaya da qara gədə deyirlər.

O, insandır.

O, anadır.

O, nənədir.

O, vətəndaşdır.

Onun öz dünyası var. Kəndi var. Eli-obası, qapı-bacası, toyuq-cücəsi var. Siyasətə-zada da qarışmır. Siyasət nədir, başı da çıxmır. Gətirib onun kəndində, qulağının dibində zəhərli bir göl yaradırsan, udduğu havanı da zəhərləyirsən.

Nə haqqın verirsən, nə hüququn tanıyırsan. Üstəlik doğulduğu yurdun, torpağın təmiz havasını da ona çox görürsən.

Sən öz ölkənin problemlərini həll eləmirsən, insanların nifrətini, kinini, qəzəbini öz üzərinə çəkməkdən doymursan, etiraz edən olanda da deyirsən ki, aha, xaric qızışdırır.

Mən vətəndaşam, sən dövlətsən. Dövlət kimi sənin qarşında öhdəliklərimi, vəzifəmi konstitusiya ilə müəyyənləşdirmisən. Özün yazmısan ki, mənə nə olar, nə olmaz. Və ya sənə nə olar, nə olmaz. İndi isə deyirsən ki, mənə hər şey olar, sənə heç nə olmaz.

Bütöv bir kəndin insanlarına sanki o qədər aşağılıq məxluq kimi baxırsan, hətta hesab edirsən ki, onlar 3-4 palatkanın üzərinə iki kəlmə söz də yaza bilməzlər.

Sən dövlətsən.

O adamlar isə cinayətkar deyil.

O adamlar düşmən deyil.

O adamlar sənin öz vətəndaşındır.

Müharibədə düşmənlə döyüşə onun balasını aparırsan. Şəhidi onun qapısına gətirirsən. İndi sən balaca bir kəndin əhalisi ilə dil tapa bilmirsənsə, onun problemini həll edib könlünü ala bilmirsənsə, iki adam səsin qaldıran kimi əlinə çomaq götürüb onların üstünə cumursansa, onda sən bu insanları necə idarə edəcəksən?

Öz də bilə-bilə ki, Azərbaycan xalqı üçün ana, ağbirçək necə həssas bir məsələdir. Onun gözlərinə bibər qazı vurunca, valla, başındakı kaskanı çıxarıb o ananı qucaqlasaydın, bağrına bassaydın, necə böyük bir rəğbətlə qarşılanacaqdı.

Sevgidən böyük gücmü var? Lap o ana söyüş söyür. Söyür, söyüsün də. Bilmirsiniz ki, Azərbaycan xalqı üçün ana həmişə haqlıdır?

Kəramət Böyükçöl

Xəbər 1379 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +