Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


19.09.2017  14:26 

Problemin həlli üçün kimsə ölməlidir?





A+  A-

Bakıda bir neçə gün əvvəl baş verən dəhşətli yol qəzası hələ də müzakirə olunur. Belə ki, 39 nömrəli marşrut avtobusu dayanacaqda gözləyən ana ilə uşağı vurub. Günel Əsgərova körpəsini xilas edə bilsə də, özü həyatını itirib.
Araşdırmalar zamanı məlum olub ki, qəzanı törədən Hakim Saatovun sürücülük vəsiqəsi olmayıb. Daşıyıcı şirkət isə öz açıqlamasında qəza törədən şəxsin onların işçisi yox, sürücünün tanışı olduğunu bildirib. Hadisə baş verən gün sürücünün xahişi ilə işə çıxaraq avtobusu idarə edib. Hər iki sürücü barəsində cinayət işi açılıb.

Hadisədən sonra Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, həmin marşrut xətti artıq daşıyıcı şirkətdən alınıb və şirkətlə əməkdaşlığa xitam veriləcək.

Maraqlısı budur ki, Agentlik tez-tez bu kimi addımlar atmağa məcbur olsa da, ictimai nəqliyyatda baş verən qəzaların sayı hər ötən gün daha da artır.

Bundan başqa, mediada dəfələrlə marşrut avtobuslarının ötüşmə və sürətli hərəkət faktları ilə bağlı sərnişinlər tərəfindən şikayətlər yer alıb. Hər ötən gün şikayət və qəzaların sayı artsa da, hələ də məsələyə çarə tapılmayıb.

Hadisədən sonra sosial şəbəkələrdə Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və bir çox müvafiq qurumlar işlərinə səhlənkar yanaşdığı üçün qınaq obyektinə çevrilib. Şəbəkə istifadəçiləri bu qurumları hər hansı bir hadisə baş verdikdən sonra tədbir görməkdə günahlandırır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə məsələylə bağlı bildirib ki, Agentlik daşıyıcılarla müntəzəm olaraq iş görür və bunlar nəqliyyatda illərdən bəri yığılıb qalmış problemlərdir:

“Daşıyıcı şirkət vaxtında işinə səhlənkar yanaşdığı, işəgötürmə zamanı müəyyən səhvlərə yol verdiyi üçün nəticəsi belə ağır olan bir hadisə baş verib. Və bütün bunlar nəzərə alınaraq həmin daşıyıcı ilə 39 nömrəli marşrut xəttinin əməkdaşlığına xitam verilib. Ümumilikdə isə həmin daşıyıcının yaxın vaxtlarda marşrut şəbəkəsindən uzaqlaşdırılması nəzərdə tutulub.

Nəqliyyat Agentliyi fəaliyyətə başlayana kimi istehsal bazalarındakı vəziyyət olduqca acınacaqlı idi. Eynilə nəqliyyat vasitələri də bərbad vəziyyətdə. Daha sonra biz onların qarşısına müəyyən tələblər qoyduq. Bu tələblər əsasında son 9 ayda 647 ədəd marşrut avtobusu təmir olunaraq sərnişinlərin istismarına verilib. Hazırda nəqliyyatda vəziyyət o qədər də yaxşı deyil. Biz bu problemlərin həlli üçün işlər görməyə çalışırıq.

O fikirlə qəti qazı deyiləm ki, sırf qəza olduqdan sonra nəsə bir iş görürük. Bundan başqa, hazırda paytaxtın marşrut şəbəkəsində peşəkar sürücüyə böyük ehtiyac var. Bu problemin həlli yolunda sürücülər məcburi şəkildə təlimlərə cəlb olunur. Bunların hamısı nəqliyyatda illərdən bəri yığılıb qalmış problemlərdir”.

Bu kimi qəzalarda əsas məsuliyyətin Dövlət Yol Polisində olduğunu vurğulayan yol məsələləri üzrə ekspert Ərşad Hüseynov ictimai nəqliyyatdakı vəziyyəti illərin bataqlığı adlandırıb:

“İctimai nəqliyyatda marşrut avtobuslarının törətdiyi ağır qəzalar stabil olaraq 30 ildir ki, davam edir və heç kim də bunun qarşısını ala bilmir. Bunun da günahını konkret bir qurumda axtarmaq düzgün deyil. Bu, bir bataqlıqdır və hələ də davam edir. İnşaatçılar metrosunun yanında baş verən qəzadan sonra daşıyıcı şirkətin verdiyi açıqlamaya baxaq. Bildirilib ki, sürücü avtobusu tanışına verib. Bu, həmin bataqlıqda işlənmiş elementar riyakar bir fəndlərdən biridir. Əminəm ki, daşıyıcının xəbəri olmadan onun avtobusuna milçək belə qona bilməz. Belə açıqlamalarla öz kriminal fəaliyyətlərini pərdələyirlər. Çox təəssüf ki, rəsmi dövlət orqanları da buna göz yumur. Əsas məsuliyyət Dövlət Yol Polisindədir. Nəzarət funksiyası hər zaman olmalıdır ki, sürücülük vəsiqəsi olmayan biri o boyda avtobusu idarə etməsin”.

(qafqazinfo.az)

Xəbər 2286 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +