Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


08.04.2017  15:12 

Nəsimidə “abadlıq” adı ilə ağacları kimlər kəsir?





A+  A-

Bakının Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində çoxillik meyvə ağacları kəsilir. İcra Hakimiyyətinin tapşırığı ilə beşmərtəbəli binaların həyətyanı sahələrinə ekskavator salınaraq, bar verən ağacları kökündən qoparıb, yük maşınları ilə daşıyırlar.
XəzərNews.az xəbər verir ki, bu barədə virtualaz.org-a ağacların kəsilməsinə etiraz edən şikayətçilər bildiriblər. Sakinlər deyirlər ki, onlara bu ərazidə park salınacağı deyilsə də, əslində həyətyanı sahilərdə bir neçə çoxmərtəbəli binanın salınacağı məlumdur.

Parkın layihəsi niyə sakinlərdən gizlədilir?

“Bu ağacların bəzilərinin 50 yaşı var. Bəziləri də cavan, meyvə gətirən ağaclardır. Çoxunun üzərində çiçəkləri ilə ekskavatorun altına salıb, kökündən qoparıblar. Mən gəlib çatınca 10 dənə nar ağacını bu cür çıxardılar. Adını budama qoyublar, bu vaxt budama olar? Quru ağaclar qalıb, onlara dəymirlər, məhsuldar ağacları kəsirlər. Bizə deyirlər ki, buralar zəbt olunub. Guya biz işğalçıyıq, buraları zəbt eləmişik. Əslində, bura hər bir vətəndaşın torpağıdır və hamının da payı var. Sökürlər, söksünlər, biz tam tərəfdarıyıq. Amma park salırsansa, burada əl işi getməlidir, traktor girməməlidir. Gəlib bütün ağacların ətrafını çərçivəyə alsınlar, bordyurlar qoysunlar”, - deyə şikayətçi Elman Əhmədov bildirir.

Sakinlər həm də ondan narazıdırlar ki, onlara ərazinin park olacağı ilə bağlı heç bir layihə göstərilmir. Şikayətçilər deyirlər ki, dəfələrlə İcra Hakimiyyətinin səlahiyyətli şəxslərindən parkın layihəsini tələb etsələr də, niyə bu sakinlərdən gizli saxlanılır?

Bina tikənlərin adları məlumdur…

“Bura gözəl bir yer idi, havası gözəl yer idi. Camaat gəlib istirahət edirdi. Bu əkilmiş ağaclar da tozun-torpağın qarşısını alırdı. İndi ağacları məhv elədilər. Biz də deyirik ki, əgər həqiqətən də bağ salırsınızsa, onda bizi də layihə ilə tanış edin. Sakinlər də sizə kömək etsin, əlbir olaq, bağ düzəldək. Yalandan deyirlər ki, park olacaq. Torpaq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən satılıb. Əslində, biz buranı tikənləri də tanıyırıq. Burada fırlanırlar, qorxularından yaxın gəlmirlər. Buranı alanlardan biri Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı Nəsib Məhəmməliyevin qardaşı Yusif Məhəmməliyev, Cəlilabaddan Fəadil adlı şəxs, daha öncə bir qədər aralıda iki binanın arasında ağacları kəsərək çoxmərtəbəli bina tikən Elbrus adlı şəxs (virtualaz.org bu barədə reportaj hazırlamışdı) və İmişlidən olan biznesmen Eldar adlı şəxs şərikdirlər”, - deyə Famil Gözəlov bildirir.

Şikayətçilər deyirlər ki, onlara binanın arxasından yol çəkmək üçün hasarların söküldüyünü deyirlər. Səbəb isə o göstərilir ki, hər hansı yanğın hadisəsi olarsa, yanğınsöndürən girə bilsin. “Gör bizim başımızı necə aldadırlar?! Bu binanın dörd tərəfindən üçü boşdur, bu harada görünüb ki, binanın dörd dövrəsini asfaltlasınlar, heç bir ağac əkməyib yanğın təhlükəsi ilə bağlı boş saxlasınlar. Onda belə çıxır ki, nə vaxtsa zəlzələ ola bilər deyə, adamlar küçədə yaşasınlar, evə girməsinlər?” - deyə sakinlər sual edirlər.

Digər bir şikayətçi Ruzi Abiyev isə deyir ki, Nəsimi Rayon İcra Hakimiyyəti “abadlıq” işlərinə yaxınlıqakı binaların qarşısında yaşıl hasarları sökərək başladı. Hədəf isə buradakı geniş ərazini əldə etmək idi: “Çünki insanların gözü öyrəşir, həm də belə görüntü yaradırlar ki, guya mikrorayonda abadlıq işləri aparılır”, - deyə şikayətçi bildirir.

“Ad-familyam sizin nəyinizə lazımdır?!”

Biz həmin ünvanda olarkən hələ də traktorlar işləyirdi, hasarlar sökülərək “KamAZ”lara yığılırdı. Ərazidə olan MİS (“JEK”) nümayəsindən də suallarımıza cavab ala bilmədik:

“Zəbt olunmuş yerlərdir, burada ağac var? Traktorlar işləyir, kol-kosu kəsirlər”.

MİS nümayəndəsi özünü təqdim etməkdən də imtina etdi:

“Mənim ad-familyam sizin nəyinizə lazımdır, mən bura iş üçün gəlmişəm. Ümumiyyətlə, mən sizə heç bir informasiya verə bilmərəm, mənim heç bir səlahiyyətim yoxdur”, - deyə kobud şəkildə sözümüzü kəsdi.

Nəsimi Rayon İcra Hakimiyyəti “abadlıq”dan bixəbərdir

Nəsimi Rayon İcra Hakimiyyətindən də cavab ala bilmədik. Rayon təsərrüfat şöbəsinin baş məsləhətçisi Elvin Bağırov Ə.İsgəndərov küçəsində aparılan “abadlıq” işlərindən xəbərsiz olduğunu dedi.

Həmin ünvanda monitorinq aparan Ekologiya Nazirliyinin sektor müdiri Sadiq Bərafərin də hər hansı ağac kəsimi faktı ilə qarşılaşmadığını dedi. Onun sözlərinə görə, ərazidə Nəsimi Rayon İcra Hakimiyyətinin göstərişi ilə abadlıq işləri aparılır.

“Bizə sakinlər tərfəindən şikayət olunmuşdu, həmin ünvanda olduq. Orada hər hansı ağac kəsimi faktı ilə qarşılaşmadıq. Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları budama işləri aparırlar. Bəzi ağaclar isə çıxarılaraq başqa ünvana köçürülür. Sakinlərin iradları əsassızdır”, - deyə S.Bərafərin bildirdi.

Qeyd edək ki, virtualaz.org daha öncə də həmin ünvanda ağacların kəsilməsi ilə bağlı sakinlərin şikayətini araşdırmışdı. Onda Nəsimi Rayon İcra Hakimiyyətinin özünü təqdim etmək istəməyən rəsmisi ərazinin satılması və orada çoxmərtəbəli binaların tikilməsi ilə bağlı sakinlərin şikayətinin əsassız olduğunu bildirmişdi.

“Həmin ərazidə əsasən binaların birinci mərtəbələrində yaşayan sakinlər tərəfindən qanunsuz zəbt edilən həyətlər var. Onlar əvvəlcə evlərinin qarşısında ağaclar əkir, sonra ərazini hasarlayır, daha sonra da evlərinə qatırlar. Biz o cür qanunsuz hasarları sökürük və əraziləri abadlaşdırırq. Orada ağacların qırılmasından söhbət gedə bilməz. Ola bilər ki, gediş-gəlişə mane olan kol-kos qırılsın”, - deyə İcra Hakimiyyəti rəsmisi bildirib.


Xəbər 2954 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +