Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


22.02.2017  12:31 

Çovdarova “parnik”lər tikib, 6 ev bağışlayıb... “Yeni Yasamal” MTK rəhbərinin şok dosyesi





A+  A-

Adı MTN-nin odioz generalı Akif Çovdarovla çəkilən “Yeni Yasamal” MTK sahibi sakinlərə zülm edir
Çovdarovun istixanalarını tikməkdə adı keçən Cahangir Alışov rəhbəri olduğu tikinti firmasından ev alanlara işgəncə verir.

“Yeni Yasamal” MTK-nın inşa etdiyi binadan 6 mənzil və 1 qeyri-yaşayış sahəsi MTN generalına verilib. Onun istixanalarını tikmiş Alışov sonra özünü Çovdarovun qurbanı kimi təqdim edib.

Cahangir Alışov “Yeni Yasamal”MTK-nın və “Yüksəliş C”MTK-nin təsisçisi, ”Bərpa Tikinti”MMC-nin direktoru, ”Karvan 2010”ticarət mərkəzinin və “Yeni Yasamal”MTK-nın tikinti işlərini icra edir.

Onu məcbur edirlər ki, MTK-nın Yasamaldakı tikdiyi 16 mərtəbəli binadan ümumi dəyəri 1 milyon dollar olan bir neçə mənzili Çovdarovun adamlarının adına rəsmiləşdirsin.Yeni Yasamal" MTK-dan mənzil almaq üçün illər əvvəl pul ödəmiş bir qrup vətəndaş aksiya keçirmişdi.

Onlar deyirdilər ki, Cahangir Alışova pul ödəyiblər, ancaq 9 ildir ki, bu adam binanı tikib təhvil vermir. Barəsində dəfələrlə şikayət etsələr də tədbir görən olmur. Çünki pul Çovdarova gedib.

XəzərNews.az gununsesi.info-ya istinadla xəbər verir ki, Cahangir Alışov keçmiş polis əməkdaşı işləyən Hüseynov Zamiq Əsədxan oğlundan fırıldaq yolu ilə külli miqdarda pul alıb.

Zərərçəkən Yasamal Rayon Məhkəməsinə müraciət edərək “Yeni Yasamal” MTK-ya və bu təşkilatın direktoru Alışov Cahangir Həsənağa oğluna qarşı pul tələbi ilə iddia ərizəsi irəli sürüb.

Şikayətçi iddia edir ki, “Yeni Yasamal” MTK-nın Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binasından aldığı 3 otaqlı mənzilə görə haqsız olaraq iki dəfə ödəniş etmək məcburiyyətində qaldığını deyir.
“13 mart 2007-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə ilə 76.400 manatı birdəfəlik ödəməklə tikilməkdə olan binanın 3 otaqlı, ümumi sahəsi 152.8 kv.metr olan 173 nömrəli mənzilini aldım. Elə həmin gün də müqavilədə göstərilən məbləği ödəməyim barədə “Yeni Yasamal” MTK-dan maliyyə arayışı verildi”.

Z.Hüseynov deyir ki, bir müddətdən sonra “Yeni Yasamal” MTK-dan aldığı mənzili satmaq məqsədilə elan verib: “Şəxsi telefonuma zəng vurub evi almaq istədiyini bildirən xanım mənzilə baxmaq istədiyini dedi. 2009-cu ilin noyabr ayında Yaqut Əfəndiyeva adında həmin xanımla görüşüb onu mənzilə apardım.

O, mənzili baxıb bəyənərək MTK-nın direktoru ilə görüşmək istədiyini bildirdi. C.Alışovun ofisində bizimlə görüşdü. Yaqut xanım evlə bağlı bəzi suallar verdi və mənim MTK-ya borcumun olub-olmadığını soruşduqda direktor mənim borcumun olmadığını və həmin mənzilin mənə məxsus olduğunu bildirdi.

Razılıq olduqdan sonra C.Alışov sənədləşdirmə üçün 1500 manat pul alacağını bildirdi. Yaqut xanımla mənzilin alqı-satqısına dair razılığa gəldik və evi onun adına rəsmiləşdirdik”.

“Yeni Yasamal” MTK-nın Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabanı küçəsi 5 ünvanında ucaltdığı 16 mərtəbəli yaşayış binasının sakinlərinin problemləri illərdir ki, bitmir.

Daha doğrusu, bu MTK illərdir ki, sakinlərə mənzillərini təhvil verə bilmir. Mənzilini alan 15 ailə isə kommunal problemlər, şəraitsizlik içərisindədir.

Xəbər 4941 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +