Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


25.12.2023  09:21 

Baydenin hədəfi - Putin, Ərdoğan və Əliyev...





A+  A-

ABŞ prezidenti Bayden hakimiyyətdə olduğu müddətdə bu fotoda gördüyünüz üç ölkə rəhbərininin üçünü də devirməyi, ölkələrini isə öz iradəsinə tabe etdirməyi hədəfləmişdi – Putini, Ərdoğanı və Əliyevi.

Çünki hər 3 ölkənin amerikalıların iradəsindən kənar yaxınlaşma cəhdlərini ABŞ regionda öz maraqlarına ən böyük təhlükə sayırdı.

Son 3 il ərzində bu 3 ölkədən birində ABŞ-ın maraqlarına uyğun hakimiyyət dəyişikliyinin baş verməsi yetərli idi ki, Rusiya ilə Türkiyənin münasibətləri korlansın, yaxınlaşma cəhdlərinin qarşısı alınsın və yenidən hər iki ölkə bizim də daxil olduğumuz böyük bir coğrafiyada davamlı qarşıdurma vəziyyətində olsunlar, amerikalılar da rahatca öz işlərini görsünlər...

Rusiya-Türkiyə əməkdaşlığından ən çox qazanan Azərbaycan olduğu kimi, hər iki ölkəninin qarşıdurmasından ən çox itirən də Azərbaycan olacaqdı.

Ona görə də Ermənistanın arxasında gizlənmiş bütün Azərbaycan düşmənlərinin son 3 ildə ən çox hədəf aldıqları həm də Rusiya-Türkiyə əməkdaşlığı idi...

Bayden administrasiyası Türkiyədəki 2023-cü ilin 14 may seçkilərində Ərdoğanı yıxacaqlarını gözləyirdilər, alınmadı. Bu seçkilərdə Ərdoğanın qalib gəlməsini ən çox istəyən və açıq şəkildə buna çalışansa iki dövlət başçısı idi - Putin və Əliyev...

İndi - qarşıdakı 3 ayda da bu iki liderin ölkəsində prezident seçkiləri keçiriləcək: 2024-cü ilin 7 fevralında Azərbaycanda, 17 martında isə Rusiyada.

Hər ikisində də Baydenin dəstəklədiyi siyasi fiqurları döyüş meydanında məğlub etmiş namizədlərin – Əliyevin və Putinin çox yüksək səs üstünlüyü ilə qalib gələcəklərinə şübhə yoxdur.

Çünki Ermənistanla müharibədə qərbpərəst Paşinyanın dizini yerə gətirmiş Əliyev, Ukraynadasa Qərbin oyuncağı Zelenskinin planlarını pozmuş Putin hazırda ölkələrində ən yüksək reytinq daşıyıcılarıdır, xalqları tərəfindən sevilir və dəstəklənirlər.

ABŞ və Avropa İttifaqının hər iki ölkədə - həm Azərbaycanda, həm də Rusiyada dəstək verdiyi siyasi qüvvələrsə "ölü durumunda"dırlar, seçkidə qalib gəlmək imkanları yoxdur.
Bu səbəbdən, Qərb indidən hər ikisində hələ keçirilməmiş seçkiləri qeyri-legitim elan etmək və prosesi pozmaq mövqeyi tutub.

Bu isə o deməkdir ki, Azərbaycan və Rusiya hakimiyyətlərini qeyri-demokratik vasitələrlə dəyişmək, hər ikisinin daxilində kütləvi iğtişaşların təşkili planları ABŞ və Avropa İttifaqı üçün, ən azından, gələn ilin sonunadək aktual olacaq...

Qərbin bütün bu planlarını məhv etməyin ən yaxın və yaxşı yolu rəsmi Vaşinqtonun və Brüsselin regionda maşası rolunda çıxış edən Paşinyan Ermənistanını çox qısa müddətdə sülhə məcbur etmək, ABŞ və Avropa İttifaqının regiona pozucu müdaxilələrinin qarşısını almaq və Azərbaycanın təklif etdiyi “3+3” formatının qurulmasını və işləkliyini təmin etməkdir.

Regionda sülh "Qarabağ İttifaqı"nın - Ərdoğan-Əliyev-Putin triosunun Bayden üzərində öldürücü qələbəsi və həm də ABŞ-dakı 2024-cü il seçkilərinin taleyini indidən həll etmək deməkdir!

Elxan Şükürlü

Xəbər 785 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +