Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


18.12.2018  16:11 

Tolikdən Elçinə ağır sözlər - “Müğənnilərdən iyrənirsizsə...”





A+  A-

Teleaparıcı Elçin Əlibəyli ilə prodüser Tarix Əliyev arasında qalmaqal yaranıb.
XəzərNews.az xəbər verir ki, əvvəlcə aparıcının sosial şəbəkədə müğənniləri tənqid edən səsyazısı yayılıb. E. Əlibəyli qeyd edib ki, incəsənət nümayəndələri “sırtılıb”:

“Toylarda o qədər üz görüblər... Kiminsə sponsorluğu naminə nə oyunlardan çıxıblar, sırtılıblar”.

Prodüser Tarix Əliyev (Tolik) E. Əlibəylinin bu fikirlərinə aparıcı olduğu “Hər şey daxil” proqramında münasibət bildirib. O, ad çəkmədən qarşı tərəfi sözlərinə görə qınayıb:

“Adını açıqlamayacam, bir aparıcı var, illərin aparıcısıdır. Bir açıqlamasını oxudum. Deyir ki, müğənnilər o qədər toya gedib ki, sırtıqlaşıblar.

Müğənnilərə “sırtıq” deyirsiz, amma qohumlarınızın toyunda onları çağırtdırıb oxutdurursunuz, sonra da bəyənmirsiniz. O ifaçılar sizin efirə gəlməsə... Əslində, özünə hörmət edən müğənni ora çıxmaz.

Onların hamısı yox, aparıcıların da bəziləri var ki, istər həyat tərzləri, istər özlərini aparmaqlarında səhvə yol verirlər. Mənim də səhvlərim olur, amma sizin qədər səhvim olmayıb. Sizin qədər hələ Azərbaycanda qınağa çevrilməmişəm. Amma müğənniləri “sırtıq” adlandırıb, onlardan iyrənirsinizsə, elə sizdən də iyrənən var”.

Xəbər 1536 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +