Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


27.11.2017  17:38 

İntihara sürükləyən qrip dərmanları Azərbaycanda da satılır?





A+  A-

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi qrip əleyhinə olan "Tamiflu" adlı dərmanı qəbul edən xəstələrdə "qəribə davranış”lar müşahidə etdiyindən həmin dərmanın uşaq və yeniyetmələr üçün istifadəsini məqbul saymır. Artıq bir neçə ildir ki, Yaponiyada "Tamiflu" həkimlər tərəfindən uşaqlara yazılmır.
Lakin indi Yaponiya nazirliyi belə hesab edir ki, "qəribə davranış”la əlaqədar risklər yalnız "Tamiflu"ya aid deyil. Qripə qarşı digər dərmanları - "Laninamivir", "Relenzu" ("Zanamivir") adlı dərman vasitələrini qəbul etmiş xəstələr, xüsusilə uşaqlarda da qeyri-adi hərəkətlər müşahidə edilir. Ötən il Yaponiyada nazirlik tərəfindən qrip əleyhinə dərmanlar qəbul etmiş şəxslərin, xüsusən uşaqlar və yeniyetmələrin qəfil həyəcanlanb qaçmağa başlaması, pəncərədən tullanmağa cəhd etməsi ilə bağlı 54 fakt aşkarlanıb.

Yaponiyada narahatlığa səbəb olan bu dərmanlar Azərbaycanda istifadə edilirmi?

XəzərNews.az-ın Trend-ə istinadən xəbərinə görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, Almaniya, Fransa, İtaliya, ABŞ istehsalı olan "Tamiflu” adlı dərman vasitəsi ölkəyə idxal olunması və istifadə edilməsi üçün dövlət qeydiyyatından keçib:

"Lakin Farmakonəzarət sektoruna bu dərman vasitəsi ilə əlaqədar şikayət daxil olmayıb. Bundan əlavə Farmakonəzarət sektoru bütün dərman vasitələrinin təhlükəsizlik profilini və risk - fayda nisbətini nəzarətdə saxlayır”.

Qripə qarşı istifadə edilən digər iki dərmana gəldikdə isə, mərkəzdən əlavə edilib ki, Azərbaycanda "Laninamivir", "Relenzu" ("Zanamivir") adlı dərman vasitələri dövlət qeydiyyatından keçməyib və onlar dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyib.

Xəbər 1685 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +