Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


27.11.2017  10:57 

Putin yeni Azərbaycan diasporasının yaradılmasına razılıq verdi





A+  A-

Rusiya Federasiyasında bu yaxınlarda ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni struktur yaradılır.
XəzərNews.az bildirir ki, bu barədə virtualaz.org-un Moskva bürosuna ÜAK-ın Rusiya paytaxtı üzrə icraçı direktoru, Azərbaycan mədəniyyətinin dirçəlişi və inkişafı fondunun direktoru Şamil Tağıyev məlumat verib.

Ş.Tağıyev Rusiyanın regionlarından olan Azərbaycan icmaları rəhbərlərinin Ümumrusiya Azərbaycan Konqresinin prezidenti akademik Fazil Qurbanova məktub ünvanladıqlarını və ona yeni yaranacaq təşkilata rəhbərlik etməyi təklif etdiklərini təsdiqləyib: “Onu son qurultayda seçiblər. Amma, əlbəttə, yeni təşkilatı nəzərə alaraq, yeni qurultay olacaq, yeni seçkilər keçiriləcək. Ancaq səmimi deyəcəyəm, Fazil Qurbanova alternativ tapmaq çətindir. O, həyatının çox hissəsini Moskvada yaşamış nüfuzlu insandır. Ona görə də yeni təşkilat qarşısında diaspora başçısının seçimi ilə bağlı məsələ yalnız formal cəhətdən durur”.

Ş.Tağıyev qeyd edib ki, yeni təşkilat ÜAK-ın bazasında yaradılacaq. Amma ümid edir ki, yenilənmələr də olacaq: “Çalışacağıq ki, peşəkarları cəlb edək. Çünki diaspora ilə iş yalnız restoranlarda konsertlərin və ya tədbirlərin keçirilməsi deyil. Bu – qeyri-formal diplomatiyadır və bununla onu bilən insanlar məşğul olmalıdır”.

Yeni təşkilatın necə adlanacağına gəlincə, Ş.Tağıyev bildirib ki, hələlik ad təsdiq edilməyib: “Amma "köhnə-yeni" rəhbərlik – onun tərəfdarıdır ki, əvvəlki ad-ÜAK saxlanılsın. Bu mümkündür, axı əvvəlki Ümumrusiya Azərbaycan Konqresi artıq mövcud deyil, deməli, ÜAK-ı hüquqi cəhətdən yenidən qeydiyyatdan keçirmək olar”.

“Sizdə yeni ÜAK-la Rusiya rəsmi strukturları arasında problemlər yaranacağı baxımından qorxu yoxdur ki...” sualına cavab verərkən Ş.Tağıyev deyib: “Əgər təşkilat Ədliyyə Nazirliyi vasitəsilə qeydiyyatdan keçəcəksə, onda hər şey yaxşı olacaq”.

Qəti qərarın nə vaxt qəbul ediləcəyinə gəlincə, Ş.Tağıyev bir daha vurğulayıb ki, yeni təşkilatın yaradılması haqda qəti qərar artıq qəbul edilib
: “Amma köhnə ÜAK-ın ləğvi ilə bağlı texniki detallar var. Ona görə də təşkilatın qeydiyyatı yarım ildən bir ilə qədər çəkə bilər. Axı bu, federal səviyyəli strukturdur. Düşünürəm ki, hansısa nüansları Diasporla iş üzrə Azərbaycan Dövlət Komitəsi ilə də razılaşdırmaq lazım gələcək.

Bir daha vurğulayıram, biz kadrların tərkibinin ən azı 80 faiz yenilənməsinə ümid edirik ki, yeni təşkilat köhnə ÜAK-ın taleyini təkrarlamasın”.

Xəbər 1294 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +