Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


07.04.2017  13:12 

“Atəşkəs ATƏT-in sifarişi ilə pozulur” – Cəbhədə vəziyyət gərgindi





A+  A-

Ermənistan ATƏT-in sifarişlərini yerinə yetirərək cəbhə bölgəsindəki yaşayış yerlərinə atəş açırlar.
XəzərNews.az xəbər verir ki, bunu BakıPost.az hərbi ekspert Üzeyir Cəfərov dünən ermənilərin Tərtər rayonunun Qapanlı kəndindəki yaşayış ərazilərinə atəş açmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ATƏT iki ölkə prezidentini yenidən görüşdürmək üçün bu cür addım atır: "Ötən həftələrdə ATƏT-n Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdə oldu. Bu səfərlər zamanı həm mətbuata açıq, həm də bağlı qapılar arxasında müəyyən danışıqlar olur. Əslində biz bu məsələni daim gündəmdə saxlamalıyıq. Çünki Ermənistan ATƏT-in sifarişlərini yerinə yetirir. Onların sifarişlərindən biri də odur ki, iki ölkə prezidenti bir araya gətirilsin. Yəni o mənasız danışıqları davam etdirsinlər. Onların ağzında sanki şirə qalıb. Vyana, Avstriya və Sankt-Peterburqda prezidentlərin görüşünü təşkil elədilər.

Ümumiyyətlə, ATƏT-i Qarabağ məsələsinin həlli maraqlandırmır. Onları maraqlandıran məsələ öz işləri və dolanışığıdır. Çünki onlar çalışırlar ki, cəbhədə qan tökülsün. Necə ki, ötən il aprel ayında çox böyük toqquşma baş verdi. Xeyli sayda itkilər oldu. Rusiya bu məsələyə qarışdı və ondan sonra iki ölkə prezidenti bir araya gətirildi. İndidə eyni mənzərədir. Ermənilər sanki xəstəliyə tutulublar, qaşınırlar. Mülki obyektləri hədəfə alıblar. Dünən də Tərtərin insanların yaşadığı ərazini atəşə tutublar. Çalışırlar ki, qan tökülsün və yenə də Azərbaycan cavab atəşi açsın”.

Ekspert bildirib ki, Ermənistan seçkilərin nəticələrini unutdurmaq üçün ATƏT-in bu sifarişini həyata keçirir: "Əslində cəbhədə vəziyyət çox ciddidir. Onlar bütün cəbhə boyu işğal olunmuş əraziləri deyil, birbaşa Azərbaycan Ermənistan sərhədində təxribatlarını həyata keçirirlər ki, ölkəmiz buna cavab versin. Yenidən ara qarışsın. Ermənistan üçün bu dəqiqə seçkilərin nəticələri unutdurmaq, daxildəki o problemlərdən diqqəti yayındırmaq əsas məsələdir. Həm də ATƏT-i razı salmaq üçün ən münbit şərait cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdir.

Ona görə də Azərbaycan Silahlı Qüvvələri son dərəcə diqqətli və ehtiyatlı olmalıdır. İstənilən an vəziyyət nəzarətdən çıxa bilər. Döyüş bölgəsində yenidən ötən ilki vəziyyətdən daha ağır hadisələr baş verə bilər. Çünki o vaxtı Ermənistan cəbhəyə bu sayda şəxsi heyət və texnika cəlb eləməmişdi. İndi isə artıq çox ağır silahlar, toplar və texnikalar cəlb ediblər. Ona görə də baş verə biləcək növbəti toqquşmada bizdən və qarşı tərəfdən itkilərin sayı həddindən artıq olacaq. İstənilən an cəbhə bölgəsində çox ciddi hadisələrin baş verməsi qaçılmazdır”.

Qeyd edək ki, dünən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edib.
Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Xəbər 1324 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +