Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


07.04.2017  12:33 

“Rusiya ilə Azərbaycanın münasibətlərini korlamağa çalışırlar”





A+  A-

Milli Məclisin bugünkü iclasında deputatlar Ümummrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciət etməsi məsələsinə münasibət bildiriblər.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, deputat Mixail Zabelin “bu bizi, Azərbaycandakı rus diasporunu narahat etməyə bilməz” deyə, məsələyə reaksiya verib.

O, ÜAK-ın Rusiyadakı normal fəaliyyətindən bəhs edib. Bildirib ki, Azərbaycanda rus mədəniyyətinin, rus dilinin inkişafına xüsusi diqqət yetirildiyi halda, ÜAK-ın qeydiyyatının ləğvi yolverilməzdir.
M.Zabelin qeyd edib ki, bu addım Rusiya və Azərbaycan arasındakı münasibətləri korlamağa xidmət edir. Deputat deyib ki, Rusiya XİN, Rusiya səfirliyi və digər qurumlarla əlaqələr saxlayaraq, bununla bağlı narahatlığını ifadə edib.
“Mən əminəm ki, Rusiyanın Ədliyyə Nazirliyinin müraciəti məhkəmədə qəbul olunmayacaq və ÜAK fəaliyyətini davam etdirəcək”.

Spiker O.Əsədov da buna inandığını bildirib. Qeyd edib ki, söhbət Rusiaydakı ən böyük icma ilə bağlı narahatlıqdan gedir, ona görə də bu istiqamətdə işləri davam etdirmək lazımdır.

M.Zabelin icma sədri olaraq bununla bağlı rəsmi mövqeyinin dərc olunacağını bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə deyib ki, son illə Rusiya-Azərbaycan münsaibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
“Ümumrusiya Azərbaycan Konqresi zamanında Ulu Öndər Heydər Əliyev və Rusiya prezdenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Konqres diaspor sahəsində Rusiyada real fəaliyyət göstərən qurumdur. Qurum ölkəmizlə yanaşı, Rusiyanın dövlət maraqlarını ifadə edib”.

Bizim əməkdaşlıq səmimi xarakter daşıyır. Məhz bu baxımdan konqresin fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyinin müraciəti təəccüb doğurmaqla yanaşı, həm də təxibat olması ilə bağlı fikir yaradır”.

Ə.Hüseynli bildirib ki, qeydiyyatla bağlı ÜAK-a müraciət edilib, sonuncü müraciət ötən lin oktyabr ayında olub.


“Lakin konqresin ötən ilin dekabrında qurultayı keçirilib. Həmin ayda konqreslə bağl yeni sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Buna baxmayaraq Rusiyanın Ədliyyə Nazirliyi birliyin vahid dövlət reyesterindən çıxarılması ilə bağlı mart ayında Ali Məhkəməyə müraciət edib. Rusdiya qanunvericiliyi belə vəziyyətdə bir neçə tədbirləri özundə ehtiva edir. Burada cərimə, eləcə də sənədlərin qaydaya salınması kimi qərarlar qəbul edilə bilərdi. Lakin onlar son addımı, məhz konqresin ləğvini seçiblər”.
Komitə sədri Rusiya qanunvericliyinə bir daha baxmağı təklif edib. “Bizim qanunvericiliyimizdə də belə hallar var. Axtarsaq, Rusiya icmasının sənədləri ilə bağlı müəyyən məsələlərin olduğunu görərik. Lakin onun ləğvi ilə bağlı heç zaman məsələ qaldırılmayıb. Bu məsələ çox ciddidir və ölkələr arasında siyasi münasibətlərdə mühüm rola malikdir. Dostluq qrupu Ədliyyə Nazirliyi və Rusiya İnzibati Məhkəsinə müraciət ünvanlayacaq” .


Xəbər 2172 dəfə oxunub.




30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +