Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


18.05.2024  21:14 

Azərbaycanlı idmançının inanılmaz məşq qiymətləri - VİDEO





A+  A-

TikTok-un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin məşqlərinin müzakirəsi davam edir.

Özünəməxsus tərzdə məşq keçən idmançı gündəmdən düşmür.

Rəqs edərək və tempi hesablayaraq arıqlama məşqləri aparan məşqçinin qiymətləri son günlər cəmiyyəti maraqlandıran məsələlərdən biridir.

Xəzərnews.az xəbər verir ki, Yenisabah.az Çaqayevin məşq qiymətləri ilə maraqlanıb. Belə ki, 60 günlük xüsusi məşq proqramına qoşulmaq üçün nə az, nə çox 1000 manat ödəmək lazımdır.

Proqrama qoşulan zaman şəxsə özəl, onun məqsədinə uyğun xüsusi yemək proqramı yazılır. Məşqlər idmançının nəzarəti altında, həftədə 3 dəfə aparılır.

Lakin məşhur məşqçinin proqramına qoşulmaq elə də asan deyil, bunun üçün öncədən sıraya yazılmaq lazım olur.

Qeyd edək ki, Çaqayev “TikTok” və “Instagram”ın aktiv istifadəçisidir, onun “TikTok” səhifəsinə 860 000 izləyici abunə olub, baxışlarının sayı isə 20 milyonu keçib və artmaqda davam edir. Onun məşqlərdə çəkilən videoları sosial şəbəkədə yayılaraq qlobal TikTok tendensiyalarına çevirilib.



Xəbər 7470 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +