Leylanın uğuru - O, ilk azərbaycanlıdır ki...
Qəzadan sonra xuliqanlıq edənlər SAXLANILDI
DİN İmişlidəki qəzanın görüntülərini yaydı - VİDEO
Naxçıvanda hamilə qadın və körpəsi öldü
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim GİZLƏDİB?
Suriyadakı səfirliyimiz bərpa olunacaq
İmişlidə maşın üç məktəblini vurdu: Ölən VAR
Azərbaycandan Qorbaçovla bağlı Nobel Komitəsinə MÜRACİƏT
QHT sədri qəza törətdi: Ölən VAR
Hakan Fidan Bakıya gəldi


26.07.2023  10:58 

Aytac Əliyeva bacısını həbsə aparır... - Məhkəmə





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XəzərNews.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Aytac Əliyeva cinayət işində olan sənədləri elan edib.

O bildirib ki, zərərçəkmişlər - Gülnaz Məmmədova, onun qızları Aygün və Zəminənin etibarından sui-istifadə etməyib, onlardan pul almayıb.

Aytac Əliyeva deyib ki, işdə olan səndələrdə Aygünlə olan səs yazları ona yox, bacısı İlknura aid olub.

Bildirib ki, müstəntiq həmin səsyazılarını onun adını qeyd edib.

Aytac Əliyevanın sözlərinə görə, işdə olan sənədlərdən də məlum olur ki, zərərçəkmişlər İlknurla iş görməsi barədə söhbətləri olub:

“Heç bir yazışmada mənim adım keçmir. Əgər mən işi danışmış olsaydım, o zaman yazışmalarda mənim adım hallanaırdır. Deyərdilər ki, bu pulu Aytaca veririk, onunla iş görürük. Amma həmin yazışmalarda Aygün yazır ki, İlknurla görüşdük, iş qurmaq barədə razılığa gəldik”.

Aytac Əliyeva bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Ceyhun Kərimovun məhkəmədə dindirilməsini tələb edib.

Onun sözlərinə görə, işdə olan bəzi qanunsuzluqlarla bağlı müstəntiqin məhkəmədə aydınlıq gətirməsi vacib idi:

“Amma müstəntiqin məhkəməyə çağırılması barədə vəsatətlərimiz təssüf kimi təmin olunmayıb”.

Növbəti məhkəmə iclası avqustun 1-də davam edəcək.

İttihama görə, Aytac Əliyeva və bacısı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçiriblər.

İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər.

Təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmişlərə vəd veriblər.

Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.

Onlar zərərçkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vurublar.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, ötən iclasda A.Əliyevanın bacısına əsəbi halda dediyi sözlərdən aydın olub ki, bacısı ev dustaqlığına buraxıldıqdan sonra onunla soyuq davranır, onu görmək üçün cəzaçəkmə müəsisəsinə gəlmir:

“Mənim hörmətimə Kürdəxanıda qızıl balıq yeyirdin. Hamısı mənə görə idi! 7 ay içəridə qaldın, özün hər şeyi gördün. Bütün işlərdə sən də mənimlə olmusan, ağlını başına qoy! Meymunun boğazına su dolanda balasını ayağının altında qoyur. Məni o həddə çatdırma!”

İ.Turkut gülümsəyərək bacısını sakitləşdirməyə çalışıb, cümə günü cəzaçəkmə müəsisəsinə gedəcəyinə söz verib.

Xəbər 1056 dəfə oxunub.



18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi

18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi

18.01.2025  10:16 

Sürücülərin nəzərinə!

17.01.2025  18:14 

Bakıda restoran YANDI


BÜTÜN XƏBƏRLƏR +