Leylanın uğuru - O, ilk azərbaycanlıdır ki...
Qəzadan sonra xuliqanlıq edənlər SAXLANILDI
DİN İmişlidəki qəzanın görüntülərini yaydı - VİDEO
Naxçıvanda hamilə qadın və körpəsi öldü
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim GİZLƏDİB?
Suriyadakı səfirliyimiz bərpa olunacaq
İmişlidə maşın üç məktəblini vurdu: Ölən VAR
Azərbaycandan Qorbaçovla bağlı Nobel Komitəsinə MÜRACİƏT
QHT sədri qəza törətdi: Ölən VAR
Hakan Fidan Bakıya gəldi


23.06.2021  19:53 

Türkiyədə koronavirusun “delta” növü 134 nəfərdə aşkarlanıb





A+  A-

Türkiyədə 134 nəfərdə koronavirusun Hindistanda meydana çıxan “delta” ştammına yoluxma faktı qeydə alınıb.
XəzərNews.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca AK Partiyanın Baş qərargahında millət vəkilləri ilə keçirilən iclasda açıqlama verib.

İclas zamanı Fəxrəddin Qoca səhiyyə siyasəti, 1 iyul tarixindən etibarən başlayacaq normallaşma prosesi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün elan etdiyi “TurkoVac” peyvəndinin 3 mərhələ sınaqlarının başlaması ilə əlaqədar aparılan işlər barədə məlumat verib.

Bundan əlavə səhiyyə naziri Hindistanda meydana gələrək dünyada yayılmağa başlayan koronavirusun “delta” növünə Türkiyədə 134 nəfərin yoluxduğunu bildirib.

3.5 saat davam edən iclasdan sonra heç bir rəsmi açıqlama verilməyib.

Xəbər 1907 dəfə oxunub.




18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi

18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi

18.01.2025  10:16 

Sürücülərin nəzərinə!

17.01.2025  18:14 

Bakıda restoran YANDI


BÜTÜN XƏBƏRLƏR +