Qrant müsabiqələrinin nəticələrini təsdiq olundu
Ombudsman Səbinə Əliyeva hesabat verir
Rusiya ordusu Xarkovu vurdu, yaralılar var
Hollandiyadan Ukraynaya 3,5 milyardlıq yardım...
Milli Məclisin iclasında 14 məsələyə baxılacaq
Vəzifəli şəxsin qardaşını öz oğlü öldürübmüş
“Otdıx”da yoxlama, ciddi nöqsanlar var
Beyləqanda zəhərlənmə... - Spirtdən
Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?


06.11.2022  10:19 

“Atışma başlayanda zabitlər qaçdılar“





A+  A-

Luqansk vilayətinin Svatovski rayonunda Ukrayna hərbçiləri Voronej vilayətindən səfərbər edilmiş ruslardan ibarət batalyonu məhv edib.

Rusiyanın “Layout” nəşri nəşri sağ qalan rus hərbçilərinə və səfərbər olunanların yaxınlarına istinadən xəbər verir ki, hadisə Makeevka kəndi yaxınlığında baş verib.

Rusiyalı hərbçi Aleksey Aqafonov hesab edir ki, orada 500-dən çox rus hərbçisi ölüb. Onun sözlərinə görə, səfərbər olunanlar 2079-cu hərbi hissədə təlim keçiblər. Batalyon komandiri onları “ərazi müdafiəsi”nə hazırladıqlarını bildirsə də, noyabrın 2-nə keçən gecə bütün batalyon təmas xəttinə aparılıb.

"Atışma başlayanda zabitlər dərhal qaçdılar. 570 nəfərdən 29-u sağ qalıb, 12 nəfər yaralanıb, qalanların hamısı ölüb”, - deyə Aqafonov bildirib.

Rusiya hərbçilərinin məlumatına görə, bu mövqelərdə daha əvvəl səfərbər edilmiş ruslardan ibarət ən azı daha bir batalyon məğlub edilib./Yeniavaz

Xəbər 918 dəfə oxunub.



06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq


BÜTÜN XƏBƏRLƏR +