Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?
Azərbaycan kişisinin ideal qadın obrazı bunlarmı?
Rusiyada qadını öldürüb Azərbaycana gəldilər
Döyülən uşağın məsələsi böyüyür...
Tramp ABŞ-dəki ukraynalıları deport edir
Ağ Ev onlarla ilə gizli əlaqə saxlayır
Tıxaca səbəb iftar imiş... - RƏSMİ
Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb - VİDEO
Döyülən gəncin valideyinləri nə tələb edir? - VİDEO


21.10.2021  20:56 

“Qarabağ” – “Kayrat” matçı başlayıb - Yenilənib





A+  A-

UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” - “Kayrat” matçında birinci hissə başa çatıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda start götürən oyunda qonaq komanda 1:0 hesabı ilə irəlidədir. "Kayrat"ın qolunu 19-cu dəqiqədə onbir metrlik cərimə zərbəsindən Jose Kantə vurub.

***

Bu dəqiqələrdə UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” - “Kayrat” matçına start verilib.

XezerNews.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda start götürən oyunu ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edir.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Tural Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxırlar.

“Kayrat” klubunun ilk onbirliyində isə Stas Pokatilov, Yan Voroqovski, Nurali Alip, Rade Duqaliç, Maki Baqnak, Dino Mikanoviç, Rikardo Alves, Denis Polyakov, Neboyşa Kosoviç, Joao Paulo və Jose Kante yer alıblar.

Ağdam təmsilçisinin heyətində üç futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə üzündən görüşü buraxmalı olublar. Qonaq komandanın heyətində bombardir Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayıblar.

Qeyd edək ki, hazırda “Qarabağ” 4 xalla H qrupuna liderlik edir. Ağdam təmsilçisi ilə eyni xala malik “Bazel” ikinci, 1 xalı olan “Kayrat” və “Omoniya” isə 3-4-cü pillələrdə qərarlaşıblar. Bu qrupun digər oyununda Kiprin “Omoniya” klubu İsveçrədə “Bazel” komandasının qonağı olacaq.

Xatırladaq ki, “Qarabağ” klubu birinci turda “Bazel” ilə heç-heçə edib – 0:0. Qurban Qurbanovun yetirmələri ikinci turda Kiprdə “Omoniya” klubunu 4:1 hesabı ilə darmadağın ediblər.

Xəbər 1576 dəfə oxunub.



06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq

05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“


BÜTÜN XƏBƏRLƏR +