Qrant müsabiqələrinin nəticələrini təsdiq olundu
Ombudsman Səbinə Əliyeva hesabat verir
Rusiya ordusu Xarkovu vurdu, yaralılar var
Hollandiyadan Ukraynaya 3,5 milyardlıq yardım...
Milli Məclisin iclasında 14 məsələyə baxılacaq
Vəzifəli şəxsin qardaşını öz oğlü öldürübmüş
“Otdıx”da yoxlama, ciddi nöqsanlar var
Beyləqanda zəhərlənmə... - Spirtdən
Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?


06.12.2019  19:26 

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı





A+  A-

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
XzəərNews.az xəbər verir ki,qurumun inzibati binasında keçiriləcək iclas dekabrın 13-də baş tutacaq. Saat 10:00-da başlayacaq iclasın gündəliyinə 13 məsələ daxil edilib:

1)Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat

2)Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə

3)Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı

4)Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat

5)“Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi

6)AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat

7)AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması

8)“Azərbaycan Futbolunun Etik Kodeksi"nin hazırlanmasının müzakirəsi

9)AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi

10)“Elit Məşq” kitabı ilə bağlı məlumat

11)AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması

12)“Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə

13)AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi.

Xəbər 1698 dəfə oxunub.



06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq


BÜTÜN XƏBƏRLƏR +