Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?
Azərbaycan kişisinin ideal qadın obrazı bunlarmı?
Rusiyada qadını öldürüb Azərbaycana gəldilər
Döyülən uşağın məsələsi böyüyür...
Tramp ABŞ-dəki ukraynalıları deport edir
Ağ Ev onlarla ilə gizli əlaqə saxlayır
Tıxaca səbəb iftar imiş... - RƏSMİ
Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb - VİDEO
Döyülən gəncin valideyinləri nə tələb edir? - VİDEO


16.10.2019  22:19 

Suriyada yeni qaçqın təhlükəsi





A+  A-

Avropa Komissiyası Avropaya miqrant axınını dayandırmaq yox, idarə olunmasını təkmilləşdirmək yolunu tapmaq niyyətindədir.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) miqrasiya, vətəndaşlıq, daxili işlər komissarı Dimitris Avramopulos Brüsseldə keçirdiyi brifinq zamanı bildirib.

“Gəlin dürüst olaq: miqrasiya olub və olacaq. Əsas olan onu dayandırmaq yox, onun idarəetməsini təkmilləşdirməyin yolunu tapmaqdır”, - deyən Aİ rəsmisi Suriyanın şimal-şərqində Türkiyə Ordusunun əməliyyatı nəticəsində bu sahədəki vəziyyətin yenidən kəskinləşə biləcəyini qeyd edib.

Avropa Komissiyasının miqrasiya məsələsinə dair fəaliyyətini qiymətləndirən komissar 2016-2019-cu illər ərzində İttifaq ölkələrində kvota əsasında 55 minədək miqrantı yerləşdirdiklərini, bunun “böyük nailiyyət” olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 2015-ci ildən etibarən Avropa İttifaqının xarici sərhədlərini keçən qanunsuz miqrantların sayı 2,5 milyondan artıqdır.

Xəbər 1700 dəfə oxunub.



06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq

05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“


BÜTÜN XƏBƏRLƏR +