Qrant müsabiqələrinin nəticələrini təsdiq olundu
Ombudsman Səbinə Əliyeva hesabat verir
Rusiya ordusu Xarkovu vurdu, yaralılar var
Hollandiyadan Ukraynaya 3,5 milyardlıq yardım...
Milli Məclisin iclasında 14 məsələyə baxılacaq
Vəzifəli şəxsin qardaşını öz oğlü öldürübmüş
“Otdıx”da yoxlama, ciddi nöqsanlar var
Beyləqanda zəhərlənmə... - Spirtdən
Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?


05.06.2018  18:52 

ABŞ OPEK-dən gizli xahiş edib





A+  A-

ABŞ OPEK ölkələrinin bəzi üzvlərindən neft hasilatı ilə bağlı gizli xahiş edib.
XəzərNews.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, ABŞ istehsalatın 1 milyon barelə kimi artırılmasını xahiş edib.

OPEK üzvlərindən əsasən Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Əlcəzair və Omandan qeyri rəsmi şəkildə neft hasilatının artırılması xahiş olunub.

Bu gizli xahiş əsasən İrana qarşı tətbiq edilən sanksiyalar və neftin dünya bazarında qiymətinə təsir etmək üçün edildiyi bildirilir.

Agentliyin məlumatına görə qeyri-rəsmi xahiş Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Əljir və Omanın neft nazirlərinin görüşündə müzakirə edilib.

Lakin agentlik bu xahişin hansı kanallarla çatdırıldığının məlum olmadığını bildirib.

ABŞ-ın bu istəyindən sonra “Brent” markalı neftin qiyməti 1,5 % aşağı düşərək bir barel üçün 74,16 dollara təklif edilir.

Qeyd edək ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra 2016-cı ildə OPEK ölkələri, Rusiya, Meksika və Qazaxıstan hasilatı 1,8 milyon barelə qədər salmağı qərara alıblar. Bundan sonra hər il uzadılan bu qərarın sayəsində neftin qiyməti 45 dollardan 2018-ci ilə kimi 80 dollara kimi qalxıb.

Xəbər 1554 dəfə oxunub.



06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq


BÜTÜN XƏBƏRLƏR +