Qrant müsabiqələrinin nəticələrini təsdiq olundu
Ombudsman Səbinə Əliyeva hesabat verir
Rusiya ordusu Xarkovu vurdu, yaralılar var
Hollandiyadan Ukraynaya 3,5 milyardlıq yardım...
Milli Məclisin iclasında 14 məsələyə baxılacaq
Vəzifəli şəxsin qardaşını öz oğlü öldürübmüş
“Otdıx”da yoxlama, ciddi nöqsanlar var
Beyləqanda zəhərlənmə... - Spirtdən
Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?


29.05.2018  18:09 

CHP namizədi Ərdoğana: “İsbatlamasam, namərdəm”





A+  A-

Cumhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Muharrem İncə Rəcəb Tayyib Ərdoğanın onu namərd adlandırmasına sərt reaksiya verib.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İncə bildirib ki, Ərdoğan hər mövzuda danışır, bircə diplomatiyadan başqa: “Biz bu aralar Ərdoğanla bir-birimizi başa düşmürük. Mən gələcəkdən danışıram, o keçmişdən danışır. Hər dəqiqə mənə söz atır,cavab verməli oluram. Partiya yaratmadan əvvəl Fətullah Gülənin icazəsini almısan? Bəli! Deyir ki, isbatlamasa namərdəm. Mən də deyirəm, isbatlamasam, namərdəm!”.

Muharrem İncə qeyd edib ki, Ərdoğanın Gülən ilə oynadığı bütün oyunlardan xəbərdardır. Sadəcə indi araları pisdir: “ Kim qalıb ki yanında? Bülent Arınç yoxdur, Abdullah Gül yoxdur. Mənim sübutum var,Ərdoğanın yaxınında olan bir nəfər bunu mənə deyib. Adını təhlükəsizlik səbəbilə demirəm. 24 iyundan sonra hamısını danışacam!”.

Muharrem İncə Ərdoğanın “ Onlar məni edam edərlər” fikrinə də münasibətini açıqlayıb: “Deyir ki, məni edam edərlər. Bu haradan çıxdı? Millətə özünü acındırmağa ehtiyac yoxdur. Edam çoxdan ləğv olunub, Bahçeli bunuyaxşı bilər. Qorxma sən, CHP var, biz buna mane olarıq.Biz qarşılarına çıxarıq! Amma belə bir şey yoxdur, boşuna özünü acındırma!”.

Xəbər 1693 dəfə oxunub.



06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq


BÜTÜN XƏBƏRLƏR +