Qrant müsabiqələrinin nəticələrini təsdiq olundu
Ombudsman Səbinə Əliyeva hesabat verir
Rusiya ordusu Xarkovu vurdu, yaralılar var
Hollandiyadan Ukraynaya 3,5 milyardlıq yardım...
Milli Məclisin iclasında 14 məsələyə baxılacaq
Vəzifəli şəxsin qardaşını öz oğlü öldürübmüş
“Otdıx”da yoxlama, ciddi nöqsanlar var
Beyləqanda zəhərlənmə... - Spirtdən
Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?


14.02.2018  09:06 

BBC plastik qablara qadağa qoydu





A+  A-

Britaniya xəbər yayım şirkəti “BBC” 2020-ci ilə qədər plastik qab və butulkaların qurum ərazisində istifadəsinə qadağa qoyacaq.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, qərara “BBC”də yayımlanan “Blue Planet II” sənədli filmi səbəb olub. Filmdə plastik qab və butulkaların təbiətə və ekologiyaya ciddi zərərlərindən bəhs edilir. Xüsusilə dəniz və su hövzələrində canlıların məhv olmasına gətirib çıxarır.

“BBC”nin baş direktoru Tony Hall mətbuata açıqlamasında deyib ki, sənədli filmdən sonra plastik qabların təbiətə zərərini görəndə heyrətə gəlib. Hazırda şirkət ərazisində əməkdaşlar və ziyarətçilər tərəfindən illik 2 milyona yaxın plastik qab və butulkalardan istifadə olunur. Bu ildən başlayaraq 2020-ci ilin sonunadək birdəfəyə məxsus istifadə üçün nəzərdə tutulan plastik qablara tamamilə qadağa qoyulacaq.

Qeyd edək ki, bu tip qabların istifadəsinin dayandırılması üçün atılan addımlara Britaniya Kraliçası və Şotlandiya Parlamenti də dəstək verib.

Xəbər 1345 dəfə oxunub.



06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq


BÜTÜN XƏBƏRLƏR +