Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


13.10.2023  17:00 

Şuşada I Türk Dünyası Mədəniyyət Forumu başlandı





A+  A-

Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, qədim söz-sənət beşiklərimizdən olan Şuşa şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edir.

Xəzərnews.az xəbər verir ki, 13-14 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə şəhərdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə I Türk Dünyası Mədəniyyət Forumu keçirilir.

Oktyabrın 13-də forum iştirakçıları və qonaqlar Şuşa Yaradıcılıq Mərkəzini ziyarət edərək "Heydər Əliyev və Qarabağ" adlı sərgi ilə tanış olublar.

Sərgidə Ulu öndər Heydər Əliyevin sovet dövründə Azərbaycanın Qarabağ bölgəsində sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətlərində xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotoları da yer alır.

Daha sonra forum iştirakçıları şəhərdəki Saatlı məscidinə baş çəkib. Qonaqlara məscidin tarixi barədə məlumat verilib. Bildirilib ki, Şuşanın Saatlı məhəlləsində yerləşən eyniadlı məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə İmamzadə türbəsinin memarı olan Kərbəlayı Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa olunub.

Saatlı məscidində sonuncu dəfə ötən əsrin 80-ci illərində təmir-bərpa işləri aparılıb. 1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə bərpa işləri aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidinə də baş çəkib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Kərim” hədiyyə edib.






Xəbər 1281 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +