Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


28.11.2022  12:16 

Mənəm günahkar...





A+  A-

Ötən əsin 20-ci ilində - Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ərəfələrdə Cəlil Məmmədquluzadə naşiri olduğu “Molla Nəsrəddin” jurnalını da götürüb ailəliklə İrana – Cənubi Azərbaycana (Təbriz şəhərinə) köçür və fəaliyyətini orada davam etdirir.

1922-ci ildə hökumət başçısı Nəriman Nərimanov məktub ünvanlayaraq, respublikada sabit həyat şəraitinin qurulduğunu vurğulayır, Vətənə dönməsini, jurnalı burada nəşr etdirməsini ondan xahiş edir.

Bu xahişi nəzərə alan böyük ədib elə həmin il geri – Bakıya qayıdır.

Bir gün şəhəri gəzərkən o, qəribə hadisəylə qarşılaşır: yeni bir tikilinin qarşısında dayanıb onu seyr edən zaman kimsə çiyni ilə ona toxunur və “nə baxırsan dəvə nalbəndə baxan kimi” deyib sual edir.

Mirzə Cəlil qarşısındakının cahil və nadan olduğunu hiss etsə də, ədəb və təmkinlə “elə-belə baxıram” deyir və uzaqlaşmaq istəyir.

O isə - “yox, sən dəvə nalbəndə baxan kimi baxırsan”, - deyib inad edir…

Mirzə Cəlil “səhv etmişəm, bir də heç zaman baxmaram” desə də, faydası olmur, çağırılmamış qonaq eyni sözü təkrar-təkrar söyləyir.

Bu zaman iki nəfər qəfil həmin şəxsə yaxınlaşır və qollarını qandallayıb aparmaq istərkən, yazıçı onların kim olduğunu və nə üçün belə hərəkət etdiklərinin səbəbini soruşur.

Onların hökumət başçısı N.Nərimanov tərəfindən onun mühafizəsi üçün təhkim edilmiş xəfiyyəçilər olduğunu eşidəndə söylədikləri çox ibrətamiz olur:

“Gedin, Doktor Nərimana deyin ki, onu yox, onun tərbiyəsini həbs etsinlər, müəllimini həbs etsinlər, məni həbs edin, mənəm günahkar. Zamanında biz ona elm, təhsil və tərbiyə verə bilsəydik, o, bu gün cahil olmaz və nadanlıq etməzdi...”.

V.Hüseynov
XəzərNews.az


Xəbər 946 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +