Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


09.08.2022  12:11 

Başqalarının dini azadlığına sayğı ilə yanaşmaq bu qədərmi çətindir?





A+  A-

İnanc fərdidir və toxunulmazdır. Başqasının inancına toxunmamaq, aşağılamamaq ləyaqət göstəricisidir. Modern insan davranışıdır. Bu, hətta qanunlarla təsbit olunmuş qaydadır. Əks hərəkət isə bu keyfiyyətlərin olmaması deməkdir. Yəni ləyaqətsiz davranışdır.

Müsəlman aləmində Məhərrəmlik ayı başlayıb. Dünən isə Aşura mərasimi qeyd olundu. Kərbəla müsibətinin növbəti ildönümü.

Dünyanın hansısa ölkəsində Azərbaycandakı qədər insanların, özü də əhalinin əhəmiyyətli bir kəsiminin inancının bu qədər ələ salınması faktı bəlkə də olmayıb. Burada obyektiv səbəblər tapmaq da mümkündür. Məsələn, bir qism İranın antiazərbaycan davranışlarına görə təsir əks təsirə bərabərdir prinsipi ilə belə mövqe sərgiləyir. Onlar dinlə dini siyasi məqsədlərə alət edənləri bir-birindən ayıra bilməyənlərdir. Bir az dini, bir az da siyasi savadı olan adam bu yanlış mövqeyə sürüşə bilməz. Bizim minillik inancımızı bir-iki mollanın davranışına qurban verə bilməz.

Bu qism adamlarla normal polemika aparmaq mümkündür. Lakin elələri var ki, Allah göstərməsin...

Son 2-3 gündə Məhərrəmliklə bağlı elə şərhlərə - daha doğrusu təhqirlərə, aşağılamalara, məqsədli şəkildə yanlış bilgilərə rast gəldim ki, bu təhqirləri heç yüzillik düşmən də etməzdi. Özü də onlar həmin adamlardır ki, hər zaman ağıllı görünməyə çalışıblar. Dövlət və dövlətçilikdən dəm vurublar. Multikulturalizm haqda onların palaz-palaz fikirləri var. Fikir azadlığının öncülləri sayırlar özlərini. Azərbaycanın demokratik ölkə olduğunu deyirlər və yaxud da demokratik ölkə olmasını tələb edirlər.

Bəs nə oldu? Başqalarının fikir azadlığına, dini azadlığına sayğı ilə yanaşmaq bu qədərmi çətindir? Öz ailəsində sözü keçməyən adamlar böyük bir toplumu aşağılamaq haqqını hardan alır? Onlar anlamırmı ki, ehtiram görmək üçün əvvəlcə qarşındakı insanlara hörmət etmək gərəkdir?! Məncə, anlamırlar. Ona görə də kloun kimi göründüklərinin fərqində də deyillər.

Ya zəlzələdən, ya da vəlvələdən Azərbaycan əhalisinin böyük qismi şiə əhlidir. Əhli-şiə üçün Məhərrəmlik müqəddəsdir və toxunulmazdır. Ola bilsin ki, sənin inancın, dəyər verdiyin heç bir şey yoxdur. Amma bu qarşındakının da sənin qədər dəyərsiz biri olduğunu düşünməyinə əsas verə bilməz. Ona görə də, toxunma!

Mən heç zaman Aşura mərasimlərində olmamışam. Amma orada insanların heç olmasa bir neçə saatlıq tək ürək olduğunu hiss edirəm. Bu ilahi birlikdir. Təşkil olunmuş, arxasında başqa məqsədlər gizlənmiş ayin deyil (Belə hal varsa da, mində birdən də azdır). Səmimidir. Ruhdan gəlir. Onlar inanırlar. İnanc elə bir hissdir ki, insan o inancı sorğulamaz. Sadəcə, o inandığına itaət edər. Sevgi kimi...

Deməyim odur ki, tolerant olduğumuzu sözdə ifadə etmək azdır. Bunu əməldə göstərmək daha vacibdir. Biz dünya xəritəsində balaca bir ölkəyik. Sağdan, soldan öz tarixi torpaqlarımızla həmsərhədik. Bu qədər param-parça olduğumuz bir durumda insanlarımızın da arasında parçalanma yaratmağa gərək yoxdur. Necə ki, xristianın, buddistin dininə hörmət edirik, öz həmvətənlərimizin - əhli-şiənin də inancına sayğı ilə yanaşaq. Çətin deyil: Bir az ləyaqət, bir az empatiya, bir az tolerantlıq, bir az da qanunlara əməl etmək kifayətdir.

Elnur Məmmədli
Yenisabah.az

Xəbər 7398 dəfə oxunub.




30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +